-
14MarMilli-mənəvi dəyərlər TƏRTƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
14MarDigər 11 APREL 2018-ci İLDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİN KEÇİRİLMƏSİ VƏ SEÇKİQABAĞI TƏŞVİQAT İŞLƏRİNİN APARILMASI İLƏ BAĞLI RAYONUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ MÜƏYYƏNLƏŞDİRİLMİŞ AÇIQ VƏ QAPALI YERLƏRİN SİYAHISI üçün şərhlər bağlıdır
95 saylı Tərtər Seçki Dairəsi üzrə:
Tərtər şəhəri
Qapalı şərait üçün Mədəniyyət mərkəzi
Açıq şərait üçün Tərtər şəhər stadionu
Təşviqat üçün Seçki məntəqələri ərazisində
quraşdırılmış lövhələr
Azad Qaraqoyunlu kənd İƏD-nin Azad Qaraqoyunlu kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Poçt binasının qarşısındakı meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə
Azad Qaraqoyunlu kənd İƏD-nin İlxıçılar kəndi
Qapalı şərait üçün Müvafiq yer yoxdur
Açıq şərait üçün Kəndin mərkəzindəki meydan
Təşviqat üçün Seçki məntəqəsi ərazisində
quraşdırılmış lövhə Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMIDIR üçün şərhlər bağlıdır
Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.
Heydər Əliyev,
Ümummilli LiderQədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüz illər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatı-mızda mövqeyini və simasını müəyyən edir.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
07MarDigər SİYASİ XADİM, ŞƏFQƏTLİ VƏ XEYİRXAH İNSAN üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
Zahirən kövrək bir qadın olan Mehriban Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd ildən artıq müddətdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.
2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan Mehriban Əliyeva bu Fondun prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır. Daha ətraflı »Teqlər: Digər
-
07MarTərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN 8 MART –BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ QADINLARIMIZA TƏBRİKİ üçün şərhlər bağlıdır
Hörmətli ana və bacılar! Sizin hər birinizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, ailə xoşbəxtliyi, çalışdığınız sahədə müvəffəqiyyətlər arzulayıram!
Qeyd etmək istəyirəm ki, Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrılmayıb. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika olan Xalq Cümhuriyyətinin tarixi qərarlarından biri də qadınlarımıza seçki hüququnun verilməsi olub. Qadının azad olmadığı cəmiyyət özünü azad saya bilməz. Bu, dədə-babalarımızın bizdən ötrü müəyyən etdiyi yoldur.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrü yaşanır. Bu, ilk növbədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmiz daxilində, həm də xaricdə bəyənilir və alqışlanır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07MarDigər TƏRTƏRLİ QADINLAR DÖVLƏTƏ SƏDAQƏT RƏMZİDİRLƏR üçün şərhlər bağlıdır
8 Mart bayramının tarixi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən başlanır.
1908-ci il martın 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş günü, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur.
1910-cu ildə isə Klara Setkin adlı alman qadının təklifi ilə qadın mübarizəsinin genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart gününü bütün dünyada Qadınlar Günü kimi qeyd etmək qərara alınmışdır. Daha ətraflı »Teqlər: Digər
-
07MarXəbərlər TƏMƏLQOYMA MƏRASİMİ üçün şərhlər bağlıdır
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, möhtərəm Prezidentin Sərəncamı ilə rayonda 100 yerlik uşaq bağçasının, Kovdadıq və Zolgörən kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanıb. Otən ildə iki kənddə-Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılaraq istifadəyə verilib.
İndi isə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə yığılmışıq. Rayon rəhbəri cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tərtərlilər adından öz minnətdarlığını bildirib. Qeyd olunub ki, tərtərlilər dövlətə və dövlətçiliyə sadiqdirlər və həmişə olduğu kimi yenə də respublika Prezidentinin ətrafında sıx birləşiblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07MarXəbərlər “NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirdi.
Tədbirdə hüquq-mühafizə orqanlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07MarTərtər RİH-də RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır
Bəyimsarov kəndi Səhlabad kəndi Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu rayonun Bəyimsarov kəndində keçirildi. Qəbulda hüquq mühafizə, orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, sahələrinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV təmsilçiləri iştirak etdilər.
Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında ətraflı məlumat verdi.
Sonra ağsaqqal Bəhmən Bayramov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində internetin zəif olduğunu qeyd etdi.
Vaqif Əliyev kənd mədəniyyət evinin, Bəyimsarov kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin, kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova xəstəxananın təmiri ilə bağlı müraciət etdilər. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07MarDigər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır
BİZ O GÜNÜ GÖRƏCƏYİK
Qarabağ savaşında neçə-neçə şəhid verdik. Çox sayda vətən oğulları döyüşlərdə sağlamlığını itirdi. Döyüşlərin birində mən də ağır yaralanıb huşumu itirdim. Xəstəxanada ayılanda hiss etdim ki, ayağım kəsilib. Qolumdan və sinəmdən də ağır yaralar almışdım. Sağ qalmağım Allahın möcüzəsi idi.
O vaxtdan uzun illər keçsə də, məni döyüş bölgəsindən çıxarıb xəstəxanaya çatdıran əsgər dostlarımın fədakarlığını, həkimlərin qayğıkeşliyini minnətdarlıqla xatırlayıram.
Dövlət tərəfindən vətənimizə xidmət göstərən, lazım gələndə bu yolda canından keçənlər, sağlamlıqlarını itirənlər heç vaxt unudulmur, yaddan çıxmır. Onların sırasında mən də varam.
Məhz belə qayğı sayəsində İran İslam Respublikasında dövlət vəsaiti hesabına müalicə olunmuş, xaricdə istehsal edilmiş protezlə təmin edilmişəm. İldə iki dəfə tibbi müayinədən pulsuz keçirəm. Mənə təmənnasız minik avtomobili verilib. Ailəm dövlət hesabına geniş və rahat mənzillə təmin olunub. Aldığım təqaüd zəruri ehtiyaclarımızı ödəyir. “Vətən naminə” və “Vətənpərvərlik işində xidmətinə görə” medalları ilə təltif olunmuşam. Daha ətraflı »Teqlər: Digər
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Bölmələr:
- Açılışlar (21)
- Digər (2. 057)
- Ədəbiyyat (310)
- İdman (67)
- İqtisadiyyat (26)
- Kəndlərimiz (17)
- Kənd Təsərufatı (117)
- Mədəniyyət (55)
- Səhiyyə (133)
- Təhsil (261)
- Tərtər RİH-də (259)
- Xəbərlər (1. 268)
- Hərbi vətənpərvərlik (123)
- Kənd təsərrüfatı (204)
- Milli-mənəvi dəyərlər (285)
- Qazilərimiz (31)
- Sosial (96)
- Şəhidlər (209)
Arxiv
Yeni məqalələr
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
Yeni ismarıclar