TƏRTƏR ŞƏHƏRİNİN SAKİNLƏRİNƏ TƏMİZ İÇMƏLİ SU VERİLƏCƏK VƏ EYNİ ZAMANDA, KANALİZASİYA XƏTLƏRİ DƏ TAM İSTİSMARA HAZIRDIR . GƏLƏCƏK MƏRHƏLƏDƏ ƏTRAF KƏNDLƏRƏ DƏ İÇMƏLİ SU VERİLƏCƏK.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
2017-ci ildə 31,1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla, 1257,8 hektar, o cümlədən, bar verən yaşda 1078,7 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 9193,4 ton meyvə və gilə-meyvə toplanmışdır. Rayonda 10,3 hektar sahədə xurma, 5,4 hektar sahədə fındıq, 3,4 hektar sahədə qoz bağları salınmışdır. Daha ətraflı »



Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonumuzda yüksək səviyyədə əməl olunmuşdur. 2017-ci ilin fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin 57 min 845 nəfəri tibbi müayinədən keçirilmiş, onlardan 3658 nəfəri ambulator, 47 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
İl ərzində “Yeni Tərtər” qəzetinin elektron saytı da fəaliyyət göstərmişdir. Saytın məlumatına görə, hazırda qəzet 20 xarici ölkədə oxunur və izlənir. Xarici ölkələrdə onun minlərlə oxucusu vardır. İl ərzində “Yeni Tərtər” qəzeti öz fəaliyyətini zamanın tələbi səviyyəsində qurmağa çalışmış və əksərən buna nail olmuşdur. Qəzetin baş redaktoru Tofiq Yusif və foto müxbiri Kənan Hüseynzadənin xidmətləri nəzərə alınaraq “Vətən naminə” medalı ilə təltif olunmuşlar. Baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan Mətbunat Şurasının Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqədə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun respublika üzrə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş, təşəkkürnamə və pul mükafatları almışdır. 
Rayon icra hakimiyyəti başçısının 7 dekabr 2017-ci il tarixli, 198 nömrəli əmri ilə 2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilmişdir. Cədvəl Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər.
Yeni ismarıclar