Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib. Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.
Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Sonra 4 intellektual oyuna (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Tərtər, “Xəmsə”, “Axtar-tap” intellektual oyunlarında Füzuli rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
-
20NoyXəbərlər “AZƏRBAYCANIN İNTELLEKTUAL BİRİNCİSİ” LAYİHƏSİNİN SONUNCU TURNİRİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
20NoyXəbərlər 2017-Cİ İLİN 9 AYINDA TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 99,8 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2017-ci ilin 9 ayı ərzində Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 210 milyon 960,4 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 99,8 faiz artmışdır. Məhsul və xidmətlərin 77,6 faizi istehsal sahələrinin, 22,4 faizi xidmət sahələrinin payına düşmüşdür.
2017-ci ilin 9 ayında ümumi məhsul buraxılışının 107 milyon 718,6 min manatı və ya 51,1 faizi tikinti-quraşdırma işlərinin, 52 milyon 117,5 min manatı və ya 24,7 faizi kənd təsərrüfatının, 44 milyon 810,1 min manatı və ya 21,2 faizi ticarət sektorunun, 3 milyon 911,5 min manatı və ya 1,9 faizi sənaye sektorunun,1 milyon 974,4 min manatı və ya 0,9 faizi nəqliyyat sektorunun, 428,3 min manatı və ya 0,2 faizi informasiya və rabitə sektorunun hesabına formalaşmışdır.TƏRTƏR RAYON
STATİSTİKA İDARƏSİTeqlər: Xəbərlər
-
20NoyMilli-mənəvi dəyərlər 28 noyabr Həsən bəy Zərdabinin anım günüdür üçün şərhlər bağlıdır
MAARİFÇİ VƏTƏNPƏRVƏR
Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
-
20NoyDigər KƏLBƏCƏRƏ GEDƏN YOL… üçün şərhlər bağlıdır
İbtidai siniflərdə oxuyanda, müəllimimiz tez-tez bizi Kəlbəcərə gedən yolun kənarına gətirərdi. Yaz aylarında yolun hər iki tərəfində o qədər lalə bitərdi ki, biz bunların hansını dərəcəyimizi bilmirdik. Ora-bura qaçaraq, bu lalə dənizi ilə birlikdə uzaqda aydınca görünən Murova çatmaq, onun füsunkar gözəlliyinə qovuşmaq istəyirdik. Bir dəfə özümü unudub, möhkəmcə yıxıldım, dizlərim qanadı. Lalələrin üstünə qan töküldükcə, mən ağlayırdım. Birdən başımı qaldırıb Murova baxdım. Üfüqdən boylanan günəş onun ağ örpəyində bərq vururdu. Mənə elə gəldi ki, dağ sakitcə pıçıldayır: “Elə bilirsiniz bura çatmaq asandır? Bundan ötrü məni qorumaq, uğrumda qan tökmək lazımdır”.
O vaxtdan uzun illər ötüb. Mən yenə Tərtərdən keçib Kəlbəcərə gedən yoldayam. Əlbəttə ki, indi burada lalələr bitmir. Müharibə gedən ərazidir. Hər qarışı şəhid qanına boyanıb. Amma cəmi bir il ərzində buralar necə də dəyişib! Müasir, gözəl şəhərcik salınıb. İnsanların rahatlığı üçün nələr yoxdur burada: tam orta məktəb, uşaq bağçası, musiqi məktəbi, bir sözlə, bütün lazımi infrastruktur. Payız girəndən isə həm şəhərciyin özündə, həm də yol kənarlarında o qədər yaşıllıq salınıb ki, insan baxdıqca bu mənzərədən doymur. Daha ətraflı »Teqlər: Digər
-
20NoyXəbərlər “Dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır
MƏQSƏD ƏHALİNİN SƏMƏRƏLİ MƏŞĞULLUĞUNU TƏMİN ETMƏKDİR
Bu günlərdə rayon Gənclər Mərkəzində “Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da rayonda fəaliyyət göstərən 25-ə qədər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb.
“Dəyirmi masa”da əhalinin sosial müdafiəsini və səmərəli məşğulluğunu təmin etmək, işə götürənlərlə məşğulluq xidməti arasında əlaqələri yaxşıladırmaq, sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tədbiq edilməsi qaydaları barədə və digər sahələrdən söhbət gedib.
Müzakirə şəklində keçən tədbirdə rayon subartezian quyuları istismarı idarəsinin nümayəndəsi Ruqiyyə Ağayeva, suvarma sistemləri idarəsinin nümayəndəsi Anaxanım Səfərova, rayon təhsil şöbəsinin işçisi Gülxar Abbasova, məşğulluq mərkəzinin işçiləri Tağı Məmmədov, Qədir Ələkbərov, Elxan Bağırov yaxından iştirak ediblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
20NoyMilli-mənəvi dəyərlər 2017-ci il “İslam həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır
İSLAMDA QADINA MÜNASİBƏT
Bəzi tarixi mənbələrdə göstərilir ki, İslamdan əvvəl qadınlara ikinci sinif varlıq kimi baxıldığı, hətta onların alınıb satıldığı dövrlər olub. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (s) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışlar.
Peyğəmbərimiz (s) qadınları Allahın əmanəti kimi dəyərləndirərək onları baş tacı etməyi məsləhət bilib. Rəsulullah (s) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət edib və bu mövzuda buyurub: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!” Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirliniz əhlinə
(qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”.
Bu günümüzə gəlib çıxmış hədislərdən birində isə deyilir: “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. (İmam Qəzəli). Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20NoyƏdəbiyyat GƏLİN VƏ QAYNANA üçün şərhlər bağlıdır
(Rəvayət)
Nəql edirlər ki, bir gəlin qaynanası ilə heç yola getmirmiş, təbii ki, qaynana da öz növbəsində gəlinə “borclu” qalmırmış. Beləcə günləri çox cansıxıcı və darıxdırıcı keçirmiş. Bütün bunlardan bezən gəlin, ata-sının əczaçı dostunun yanına gəlib ağlaya-ağlaya dərdini danışır və ondan zəhər istəyir ki, qaynanasının yeməyinə qatıb ondan canını qurtarsın. Dünya görmüş kişi ona dərman verir və deyir ki, a qızım, sən bu dərmanla onu öldürsən işin üstü açılar və səni də edam edərlər. Sən belə et, bundan onun yeməyinə az-az qat, dilini də şirin et ki, o öləndə səndən şübhələnməsinlər. Gəlin evə gəlib kişinin məsləhətinə əməl edir. Nə hikmətsə qaynana bütünlüklə dəyişir, bunlar elə mehribanlaşırlar ki, necə deyərlər, aralarından su da keçməz olur. Gəlin yenə ağsaqqal əczaçının yanına gəlir və ona deyir ki, mən böyük səhv etmişəm, bu vaxta qədər onun ölümünü istəmişəm. İndi mənə dərman ver, aparım onun bədənini zəhərdən təmizləyim. Kişi gülür və deyir ki, qızım, sənə verdiyim yeməyi dada gətirən ədviyyat idi, zəhər deyildi, zəhər sənin dilin idi ki, o da düzəldi, indi gedin mehriban yaşayın. Dünya güzəşt dünyasıdır, güzəştsiz dünya qaranlığa qərq olar.
Saleh ƏDİLOV
Teqlər: Ədəbiyyat
-
20NoyDigər Ahıllarımız üçün şərhlər bağlıdır
“ÖMÜR ÜSTƏ ÖMÜR CALANAR, GƏLİNİN YAXŞI OLSA…”
“Çox şükür ki, Allah mənim ailəmə, ocağımıza Şələlə kimi mehriban, qocaq bir gəlin qismət edib”. Bu sözlər elə-belə deyilmiş sözlər deyil. Ömrünü yaxşı yaşamış, gözəl günlər görmüş, hazırda ahıl yaşda olan el ağsaqqallarımızdan biri–İsrafil Quluyevin razılıq etdiyi qayğıdan, böyüyə hörmətdən irəli gələn fikirləridir. Axı, ahıl yaşdakı insanlar bir az kövrək olur, hamıdan, hər kəsdən diqqət, qayğı umurlar. Ən əsası da onu övladlarından, gəlinindən, nəvə-nəticəsindən görəndə daha çox duyğulanırlar. O zaman ömür üstə ömür calanır.
İsrafil Quluyev o ahıllarımızdandır ki, həyatın ən gözəl anlarını zəhmətə bağlayıb. Harada olmasına baxmayaraq, çalışıb, qabaqçıllar sırasında olub. Bu iş-güzarlıq, məsuliyyət hissi onun qanına atası Rzaqulu kişinin, anası Güllər xalanın verdiyi tərbiyədən hopub. Ailədə tərbiyə alan 7 övladın hamısı eyni ruhda böyüyüb. Sadə bir kolxozçu ailəsinin övladlarından biridir, İsrafil müəllim. Əslən Laçın rayonundan olsalar da, uzun illərdir ki, Tərtər rayonunun Nərimaniya kəndində yaşayırlar. Bu kənddə doğulub, burada boya-başa çatıb İsrafil Quluyev. Daha ətraflı »Teqlər: Digər
-
20NoyDigər GÜNÜMÜZÜN HƏYATİ REALLIQLARINI ƏKS ETDİRƏN SİSTEM üçün şərhlər bağlıdır
Xalqımızın özünəməxsus adət-ənənələri, qanunları var. Bunlar nəsillər tərəfindən qorunub saxlandığı kimi, qanunlarımızın da həyata keçirilməsində dövlət orqanları öz səlahiyyətlərindən səmərəli istifadə etməyə çalışırlar. Belə dövlət orqanlarından biri rayon qeydiyyat şöbəsidir. Doğum tarixi, ad, soyad, valideynlik hüququ, ailə nikah, sağlam ailə hüquqları və nəhayətdə ölümün sənədləşməsi prosesləri əsasən qeydiyyat şöbələrində aparılır. Redaksiyanın iş planındakı mövzuyla bağlı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Elşən Quliyevdən və aparıcı mütəxəssis Ayna Niftalıyevadan bəzi məlumatlar aldım.
Bildirdilər ki, 2017-ci ilin doqquz ayı ərzində şəhərdə və kəndlərimizdə birlikdə 152 nikah qeydə alınmış, 461 nəfər uşaq doğulmuşdur. Əlbəttə, 152 nikah yeni xoşbəxt ailənin təməlindən xəbər verir, 461 nəfər uşağın doğulması ailələrdəki sevincin, isti hərarətin, məhəbbətin artdığını göstərir. Bəzi ailələrimiz var ki, övlad arzusu ilə yaşayırlar. Belə ailələr müxtəlif tibb ocaqlarına üz tuturlar. Nəticə alınmayanda isə hansısa uşaq evindən və ya qohum-əqrabadan övladlığa uşaq götürülür. Bu proses də qeydiyyat şöbəsində qeydə alınır və oradan bildirildi ki, bu il rayonumuzda iki nəfər övladlığa verilib. Daha ətraflı »Teqlər: Digər
-
20NoyDigər NARKOMAN CƏMİYYƏTİN ÇIXDAŞ MƏHSULUDUR üçün şərhlər bağlıdır
Lakin bu “çıxdaş məhsul” yenidən yararlı ola bilər və normal həyata qayıda bilər. Əlbəttə, bunun üçün ona əsl kişi iradəsi lazımdır! Bu iradəni özündə tapa bilməyənlər ciddi müalicə yolu ilə yenidən insana dönmək xoşbəxtliyini yaşaya bilərlər. Narkomanlıqdan insanlığa dönən adamlar az deyil.
Şübhəsiz, hamı bilir ki, narkomaniya nədir və onun faciəvi nəticələri nələrdən ibarətdir. Ən çox gənclər arasında yayılan bu bəla bir millətin gələcək bədbəxtliyinə zəmin yaratmış olur. Nəhayətdə, bəşərin bəlası kimi bütöv insanlığı məhv edər. Buna görə də dünya ölkələri bu “ağ ölüm”ə qarşı “üsyan” qaldırıblar.
Bəzi mənbələrə görə Azərbaycanda çox ciddi mübarizə aparılsa da, narkomaniya cavanlaşaraq hətta 13-14 yaşa keçib, lakin 20-25 yaş arasında yayılma daha çoxdur. Narkomanlığın kütləviləşməsinin bir səbəbi qonşu ölkələrdə həm narkotik maddələrin ticarətindən əldə olunan gəlirlərin “yuyulması”, həm də başqa maliyyə cinayətlərinin həyata keçirilməsidir. Digər səbəb də həmin ölkələrdə narkotik maddələrin istehsalının çoxalmasıdır. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar