Azərbaycan Uşaqlar Birliyinin regionlar üzrə departament rəhbəri Nigar Bayramlı və “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Beynəlxalq Bilik Günü münasibətilə rayonumuzun Bayandur kəndində olaraq, buradakı kənd ibtidai məktəbin şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə ediblər.
Bu münasibətlə keçirilən görüşə şagirdlərlə yanaşı, məktəbin müəllim kollektivi və valideynlər gəlmişdilər. Tədbir ikiqat sevinc içərisində keçib. Çünki cari tədris ilində şagirdlər onlar üçün tikilmiş modul tipli yeni məktəbdə təhsil alacaqlar.
Nigar Bayramlı, Nailə İsmayılova, məktəbin direktoru Natella İbrahimova, valideyn Gilas Əsədova balacaları yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilin inkişafından danışıblar. Bayandur kəndində tikilən yeni binanın bunun bariz nümunəsi olduğunu göstəriblər. Onlar şagirdlərə yaxşı oxumağı, valideynlərini daim əla qiymətlərlə sevindirməyi tövsiyə ediblər. Daha ətraflı »
-
20SenTəhsil HƏDİYYƏLƏR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
20SenXəbərlər “AÇIQ HÖKUMƏT”İN TƏŞVİQİ VƏ ELEKTRON XİDMƏTLƏRDƏN İSTİFADƏNİN ARTIRILMASINA DƏSTƏYİN TƏŞKİLİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR üçün şərhlər bağlıdır
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açıb.
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20SenXəbərlər “ƏMƏK YARMARKASI” üçün şərhlər bağlıdır
Tərtər Rayon Məşğulluq Mərkəzi “Əmək yarmarkası” keçirib.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb. O, keçirilən əmək yarmarkasının mahiyyətindən danışaraq bildirib ki, məqsəd işaxtaran və işsiz vətəndaşlarla işə götürənlərin birbaşa əlaqəsini təmin etməkdir.
Həmin gün tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və işaxtaranlarla birlikdə 250 nəfər iştirak edib.
Əmək yarmarkasına rayonun ərazisində fəaliyyət göstərən 23 idarə, müəsissə və təşkilatdan 168 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 65-i fəhlə, 103-ü qulluqçu kateqoriyasına daxildir ki, bunlardan da 55 nəfərə işə göndəriş verilib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20SenXəbərlər QARABAĞ MÜHARİBƏSİ VETERANLARI FƏXRİ DÖYÜŞ NÖVBƏSİNDƏ üçün şərhlər bağlıdır
Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə-döyüş mövqeyinə gedərək, şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.
Razılıq almış keçmiş döyüşçülərdən bir qrupu düşmənlə üzbəüz döyüş mövqelərinə yola salınıblar.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı bildirib ki, Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin mütəmadi olaraq cəbhəboyu zonaya gəlişləri, hərbi qulluqçularla yanaşı rayon sakinləri ilə görüşləri həm ordunun şəxsi heyətinin, həm də yerli əhalinin işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamlarını daha da artırır. Ordu ilə xalqın birliyi daha da möhkəmlənir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20SenXəbərlər YAŞAYIŞ BİNALARI TƏMİR OLUNUR üçün şərhlər bağlıdır
Cəbhə bölgəsi olan Tərtərimizdə quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
Hazırda şəhərimizin Nəriman Nərimanov, Mehdi Hüseynzadə, Ədalət Paşayev, Elman Hüseynov, Vüqar Həsənov, Nizami küçələrindəki 48 ədəd çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur. Həmin binaların 30-unda təmir-bərpa işləri artıq başa çatıb, qalanlarında isə işlər davam etdirilir.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
20SenDigər KƏND HƏYATI üçün şərhlər bağlıdır
MAMIRLIDA GÖRDÜKLƏRİMİZ
Rayonumuzun iri inzibati ərazi dairələrindən biri də Mamırlıdır. Bu dairə iki kəndi–Mamırlı və Poladlı kəndlərini əhatə edir. Kəndlərin fermerləri bu il 65 hektar sahədə buğda və 130 hektarda arpa becərmişdilər. Hər iki sahədə aqrotexniki tədbirlər vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığı üçün buğda zəmilərinin hər hektarında məhsuldarlıq 38 sentnerə, arpa sahələrində isə 39 sentnerə yüksəldi. Bu işdə fermerlər Cümşüd Məmmədov, Məhər Allahverdiyev, Namiq Məmmədov və Sərhəd Vəliyev daha çox əmək sərf etmişlər.
Mamırlı kənd İnzibati Ərazi Darirəsində təsərrüfat işlərinin gedişi ilə yaxından tanış olmaq üçün kənd icra nümayəndəsi Şikar Əliyev, Mamırlı Bələdiyyəsinin sədri Kamal Quliyev və icra nümayəndəsinin müavini Şahid Məmmədovla birlikdə pambıq, tarlalarına, çuğundur plantasiyalarına, yonca sahələrinə baxdıq. Günortanın istisi olmasına baxmayaraq, fermer Elbrus Salahov pambıq tarlasında idi. Burada pambıq kolları yaxşı inkişaf etmişdi. Daha ətraflı »Teqlər: Digər
-
20SenKənd təsərrüfatı BOL MƏHSUL HASİLƏ GƏLİB üçün şərhlər bağlıdır
Çoxdan unudulan sahəyə çevrilən pambıqçılığın yenidən inkişaf etdirilməsi, ölkə Prezidenti tərəfindən bu sahəyə ayrılan subsidiyalar, pambığın hər kiloqramının qiymətinin əvvəlki ilə nisbətən artırılması biz fermerlərin bu sahəyə olan marağını qat-qat yüksəldib.
Bu il kəndimizdə 36,5 hektar sahədə pambıq əkmişik. Onun 33 hektarını mən, 2 hektarını Vüqar Şirinov və 1,5 hektarını isə fermer Qəzənfər Hüseynov əkib.
Həmin sahələrin hamısında pambıqçılıqda tələb olunan aqrotexniki tədbirlər həyata keçirilib.
Əkinçilikdə suvarma xüsusi əhəmiyyət kəsb edir. Həmin sahələrin 33 hektarı “Xoruzlu yeri “deyilən sahədəki artezianla, 2 hektarını “Zolgörən” deyilən sahədəki artezianla, 1,5 hektarı isə 40 hektar deyilən sahədəki subartezianla suvarılıb. Həmişə çalışırıq ki, su itkisinə yol verməməklə artezianların gücündən səmərəli istifadə edək.
Pambıqçılıqda çoxillik təcrübəmizə arxalanaraq bol məhsul hasilə gəlməsinə nail olmuşuq. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
20SenKənd təsərrüfatı SUBARTEZİAN QUYULARININ XEYRİ üçün şərhlər bağlıdır
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən torpaq mülkiyyətçilərinin əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Tərtər rayonunun 13 kəndində 16 ədəd subartezian quyusu vurulub. Həmin quyuların biri də bizim ərazidəki “Kəndin altı” deyilən yerdə qazılıb. Kənd sakinləri həmin artezianın suyundan istifadə etməklə kənd təsərrüfatı bitkiləri əkib becərir, yaxşı məhsul götürürlər.
Torpaq mülkiyyətçiləri Qüdrət Nəsirov, Mətləb İsmayılov və Mehman Baxışov ölkə başçısının qeyri neft sektorunu inkişaf etdirmək barədəki tapşırığına əməli işləri ilə cavab verirlər.
Qüdrət Nəsirov bu il adıçəkilən ərazidə 3 hektar sahədə yonca və bir hektarda arpa becərmişdi. Arpa sahəsindən hektarın məhsuldarlığı 35 sentner oldu. Yoncalıqlarda isə 4 dəfə biçin keçirilib, məhsuldarlıq yüksəkdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
20SenKənd təsərrüfatı ƏRZAQ PROQRAMININ YERİNƏ YETİRİLMƏSİNƏ KÖMƏYİMİZ üçün şərhlər bağlıdır
Biz ata-babadan heyvandarlıqla məşğul olan insanlarıq. Ailəmizin qazancı daim bu sahədən çıxıb.Elə indiki kimi. Hal-hazırda 300 başdan çox xırdabuynuzlu qoyun-quzu və 15 baş ətlik cavan mal-qara bəsləyirik.
Heyvandarlıqdan yaxşı gəlir götürməyin əsas səbəbi bu sahəyə marağın olmasıdır. Müasir tipli tövlələrimiz var. Hər il ana qoyunlardan 70-90 baş quzu alırıq. Həm qoyun-quzular, həm də ətlik cavan mallar arasında xəstəliklərə qarşı profilaktiki tədbirləri vaxtaşırı yerinə yetirdiyimizə görə, heyvanlar arasında ölüm halları müşahidə olunmur. Mal-qaranın hamısı sağlam və gümrahdır.
Maldarlıqla məşğul olan daha bir fermer qonşu Ağkənddən olan Talıb Bayramovdur. Onun da mal-qara bəsləməkdə yaxşı səriştəsi var. Biz bir-birimizlə tez-tez görüşür, təcrübəmizi bölüşürük Talıb həyətində 20 baş ətlik cavan mal saxlayır. Onun 3 hektardan çox yonca sahəsi evinin yaxınlığındadır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
20SenKənd təsərrüfatı PAMBIQ YIĞIMINA BAŞLADIQ üçün şərhlər bağlıdır
Mən Kovdadıq kəndində yaşasam da, Bəyimsarov kəndindən 30 hektar torpaq sahəsi icarəyə götürüb pambıq əkmişəm. Artıq çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir zaman cərgəaralarında becərmə işləri görən insanlar indi ağ önlük bağlayaraq pambıq toplanışına başlayıblar.
Sahəmizin yaxınlığında subartezian quyusu var. Bu il həmin artezianın köməyilə bitkiləri vaxtlı-vaxtında, keyfiyyətlə suvardığımıza görə tarlalarda bol “ağ qızıl” hasilə gəlib. Pambıqçı qızlarımızdan Sücayət, Əfsanə Hüseynovalar, Sevda Rəcəbova, Rəfiqə Quliyeva hər gün adama xeyli pambıq toplayırlar. Yığıma başladığmı ilk günlər məhsul toplanışına 7-8 nəfər çıxırdı. Onların sayı günbəgün artır.
Hamılıqla məqsədimiz gərgin zəhmət hesabına hasilə gətirdiyimiz məhsulu son qozasınadək itkisiz toplayıb qəbul məntəqəsinə təhvil verməkdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar