MİTDİB.Bakı.Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakı şəhərində “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransa KİV təmsilçiləri və internet fəalları qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnternet informasiya resursla-rında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Bax-mayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsal-çıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”. Daha ətraflı »
-
29AvqXəbərlər BAKIDA “KİV VƏ MÜƏLLİF HÜQUQLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
29AvqTəhsil TƏLƏBƏ ADINIZ MÜBARƏK! üçün şərhlər bağlıdır
TƏRTƏRİN TARİXİNƏ YENİ SƏHİFƏLƏR YAZAN GƏNCLƏR
Bəlkə çoxlarına yuxarıda yazdığımız cümlələr bir qədər pafoslu görünə bilər. Ancaq tərtərli gənclərin ali məktəblərə qəbul zamanı göstərdikləri builki göstəriciləri həqiqətən qəhrəmanlıq adlandırmaq olar. Söhbət təkcə rəqəmlərdən getmir. Əsas məsələ budur ki, cəbhəyanı bölgədə yaşamağımıza, daimi olaraq ermənilərin törətdikləri təxribatlara baxmayaraq, uşaqlar öz amallarından dönməmiş, gözəl uğurlar qazanmışlar.
Builki qəbul zamanı kənd məktəblərinin, xüsusən də cəbhəyanı kənd məktəblərinin məzunları daha çox fərqlənmişlər. 600-dən çox bal toplayan uşaqların 7-si, 500-dən çox bal toplayan 19 nəfərin əksəriyyəti müharibə şəraitində yaşayan kəndlərimizdə təhsil alanlardır. Rayonumuz üzrə ən çox–636 bal toplayıb Azərbaycan Dillər Universitetinə qəbul olan Leyli Yunisli də Köçərli kənd tam orta məktəbinin məzunudur.
Təkcə bir fakta nəzər salaq. Bu ilin aprel hadisələri zamanı Tərtərin Qapanlı kəndinin adı dünyanın hansı guşəsində səslənmədi? Kimlər Qapanlıya gəlmədi? Belə bir şəraitdə, daimi güllə-baran altında 6 nəfər məzunun yüksək balla ali təhsil müəssisələrinə, 1 nəfərin isə texnikuma daxil olması (məktəbin cəmi 14 məzunu olub) düşmənlərimizə güllədən də ağır zərbə deyilmi? Bir faktı da diqqətə çatdıraq ki, məzunlardan 3-ü məhz hərbi peşəni seçib. Onlardan 2-si Daxili Qoşunlar, 1-i Sərhəd Qoşunları Akademiyasında oxuyacaq. Daha ətraflı » -
29AvqTəhsil KİMYA ELMİ SİRLƏR XƏZİNƏSİDİR üçün şərhlər bağlıdır
Buruc kənd tam orta məktəbinin məzunu Ceyhun Əliyevin attestatında fransız dilindən başqa bütün qiymətləri “əla”dır. Yanlız xarici dildən “4” alıb. Söz verir ki, tələbəlik illərində bu qiymətini də “əla”ya çevirəcək. Axı, hansı ixtisası seçirsən-seç, müasir dövrdə xarici dilə də mükəmməl yiyələnməlisən.
Ceyhun 632 balla Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olub. O deyir ki, kimya fənni bəzilərinə çox çətin görünür. Amma həqiqətdə belə deyil. Kimyanı öyrəndikcə bu elmə maraq artır, onu incəliklərinə qədər bilmək istəyirsən.
Ceyhunun anası Sevinc xanım ixtisasca kimya müəllimidir. Uşaqlıqdan özü oğlu ilə məşğul olub. İndi onun da sevincinin həddi-hüdudu yoxdur. Çünki həm müəllim kimi, həm də ana kimi zəhmətinin bəhrəsini görür.
Müəllimləri də, məktəb yoldaşları da bildirirlər ki, Ceyhun olduqca zəhmət-keş və çalışqan olmaqla yanaşı, həm də sadə və təvazökardır. Yoldaşlarından ötrü əlindən gələni etməyə hazırdır.
Aprel hadisələri Köçərli kəndinin həyatında silinməz izlər qoydu. Üç dəfə kəndə düşmən mərmisi düşdü. Ceyhunun və digər gənclərin uğuru o qaranlıq gecələrin işıqlı davamıdır. Gələcək yolunuz da həmişə işıqlı olsun, Ceyhun!Teqlər: Təhsil
-
29AvqTəhsil RƏFİQƏLƏRİN UĞURU üçün şərhlər bağlıdır
Bu qızlar rayonumuzun 600-dən yuxarı bal toplayan abituriyentləri arasındadırlar. Nərmin və Pərvanə –hər ikisi Qaradağlı kənd tam orta məktəbinin məzunlarıdır, həm də eyni sinifdə təhsil alıblar. İkisi də sınaq imtahanlarında birgə yarışardılar, eyni müəllimlərin yanında hazırlaşardılar. Bu gün bu qızların arzuları reallaşıb, həyəcanlı günləri arxada qalıb. Hər biri II qrupda imtahan verərək yüksək bal–Nərmin 625 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə edilməsi fakültəsinə, Pərvanə isə 622 balla Azərbaycan Dövlət İqtisad Universi-tetinin iqtisadiyyat fakültəsinə qəbul olunub. Nərminin də, Pərvanənin də sevinci hədsizdir. Qızlar gələcək arzularından və uğur qazanmalarında zəhməti olan valideyn və müəllimlərindən ürəkdolusu danışdılar.
Nərminin dediklərindən: – Böyük bacılarım Gülnar və Azadə ali məktəblərdə oxuyanda məndə bir həsəd hissi yaranmışdı, üzərimdə ciddi çalışırdım ki, mütləq mən də ali məktəb tələbəsi olmalıyam. Eşidəndə ki altıyüzdən yuxarı bal toplamışam, bir an gözlərimə və qulaqlarıma inanmadım. Indi isə qürur hissi keçirirəm. Üzərimdə zəhməti olan hər kəsə minnətdaram. Daha ətraflı »Teqlər: Təhsil
-
29AvqTəhsil NƏRMİNİN SEVİNCİ üçün şərhlər bağlıdır
Nərmin Rzazadə Sarov kənd tam orta məktəbini bu il bitirib. Sənədlərini III qrup üzrə vermişdi, Xarici Dillər Universitetinə qəbul olundu. Bu çalışqan qız orta məktəb illərində olduğu kimi, ali məktəbə imtahan verdiyi zaman da yüksək bilik səviyyəsini nümayiş etdirdi. Tərtər rayonu üzrə 600-dən çox bal toplayan 7 nəfər şagirdin ikincisi oldu.
O, bu uğurunda məktəbdə ona dərs deyən bütün müəllimlərinə, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən anası Almaz müəlliməyə minnətdarlığını bildirdi. Qeyd etdi ki, orta məktəb illərində olduğu kimi, ali məktəb həyatında da yaxşı oxuyacaq, universiteti əla qiymətlərlə başa vurub, vətənimizə layiqli övlad olmağa çalışacağam.
Sənə uğurlar diləyirik, Nərmin! Ümidvarıq ki, bu qabaqcıllığı ali məktəb illərində də daim saxlayacaqsan.Teqlər: Təhsil
-
29AvqTəhsil 7 NƏFƏRDƏN BİRİ üçün şərhlər bağlıdır
Sücayət Abbaslının ta uşaqlıqdan bir arzusu vardı: hüquqşünas olub, qanunların keşiyində durmaq, haqqı, ədaləti müdafiə etmək.
Gülabatlı kənd tam orta məktəbinin adını yüksəldən müdavimlərdən biri də məhz Sücayət Abbaslıdı. O, bu il III qrup üzrə imtahan verərək 626 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Rayon üzrə 600-dən çox bal toplayan 7 nəfərin dördüncüsüdür Sücayət. O, bu uğurunda ona dərs deyən həm müəllimlərinin, həm də məktəbin dil-ədəbiyyat müəllimi–anası Vəfa Quliyevanın da adını iftixarla çəkdi. Dedi ki, biz ailədə 3 uşağıq. Iki qız, bir oğlan. Məndən böyük bacım Günel ötən il orta məktəbi bitirən kimi Tibb Universitetinə daxil olub. Indi ikinci kursdadır.
Anam evdə bizimlə çox ciddi davranır, həmişə yaxşı oxumağımız, əlaçı olmağımız üçün var qüvvəsi ilə çalışır. Bu gün ailədə atamla anamın sevinci hədsizdir. Anam deyir ki, Sücayət, Günel, siz bu uğurunuzla həm məktəbimizin, həm də kəndimizin adını yüksəltmisiniz. Allah sizə yar olsun. Çalışın ki,hər ikiniz ali məktəb illərində də bu əlaçılığı, bu qabaqcıllığı əldə saxlayasınız.
Teqlər: Təhsil
-
29AvqTəhsil GƏLƏCƏYİN HÜQUQŞÜNASI üçün şərhlər bağlıdır
622 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Sevinc Mürsəlli Xoruzlu kənd tam orta məktəbinin məzunudur. Humanitar fənnləri, xüsusən də ingilis dilini gözəl bildiyinə görə o, məhz bu fakültəni seçmişdir. Amma burada bir məqam da var. Tələbə qız deyir ki, vaxtilə bu peşəni seçmək onun atasının arzusu olub. Ancaq atası universitetin hüquq yox, tarix fakültəsini bitirib. Oğul və ya qız, fərqi yoxdur, uşaqlar bu həyatda valideynlərinin davamçıları olmalı, onların arzularını yerinə yetirməlidirlər.
Buna görə Sevinc də məktəb illəri ərzində öz üzərində çox ciddi çalışıb, istirahət nə olduğunu bilməyib. İndi zəhmətinin bəhrəsini görür.
Sevinc Mürsəlli onu da bildirdi ki, indi tələbə adını qazanan gənclər çox məsuliyyətli və çətin yolun başlanğıcındadırlar. Bundan sonra da yaxşı oxumaq lazımdır ki, onlara böyük ümid bəsləyən valideynlərin, müəllimlərin, ən əsası isə, cəmiyyətimizin etimadını doğrultsunlar.“Yeni Tərtər”
Teqlər: Təhsil
-
29AvqDigər AVQUSTUN 23-də AZƏRBAYCANIN FÜZULİ VƏ CƏBRAYIL, AVQUSTUN 31-də İSƏ QUBADLI RAYONLARININ ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNMASININ 23-cü İLİ TAMAM OLDU üçün şərhlər bağlıdır
1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.
Rayonun ümumi sahəsi 1386 kv.kmdir.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.Teqlər: Digər
-
29AvqDigər üçün şərhlər bağlıdır
Həmin gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.kmə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
Ümumilikdə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal altındadır.Teqlər: Digər
-
29AvqDigər üçün şərhlər bağlıdır
31 avqust Qubadlı rayonunun işğal günüdür. 1993-cü ildə Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunub. İşğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən və Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.kmdir. Hazırda rayonun 50 minədək əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.
Teqlər: Digər
Yeni ismarıclar