27İyl
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə təltif olunan media işçiləri arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Hüseynov Tofiq Yusif oğlu (Tofiq Yusif) də vardır.
Tofiq Yusifi yüksək dövlət mükafatına–“Tərəqqi” medalına layiq görülməsi və Azərbaycan milli mətbuatı yaranmasının 140 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, jurnalist fəaliyyətində yeni uğurlar diləyirik. Arzu edirik ki, ömrünün bir hissəsini həsr etdiyi “Yeni Tərtər” qəzeti bundan sonra da region mətbuatı sırasında sayılıb-seçilən mət-bu orqanlarından, onun baş redaktoru isə respublikamızda sevilən və yazıları oxunan jurnalistlərdən olsun.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27İyl
YAP Tərtər Rayon Təşkilatı yaradılmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli yığımcaq keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb.
Yığıncaq Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib. Mərasimdə YAP Tərtər Rayon Təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal YAP üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
25İyl
Azərbaycanın görkəmli alimi, professor Nazim Axun-dovun uşaqlıq illəri bizim Tərtər rayonunda keçsə də, o, əslən şuşalı idi. Şuşanı həyatından çox sevirdi, ən böyük arzusu burada şəxsi ev tikdirib, zəngin kitabxana yaratmaq və elmi fəaliyyətlə məşğul olmaq idi. Daha ətraflı »
Teqlər: Digər
25İyl
Alın yazısı
“Torpaq uğrunda ölən varsa vətəndir.”- deyimini tez-tez işlədirik. Bu da əbəs deyil.Vətən, torpaq uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olunur. Belə insanların adları nəsil-dən-nəslə ötürülür, onlar xalq arasında böyük ehtiramla yad edilirlər. Şəhidlik zirvəsinə ucalan insanlardan biri də Qasımov Habil Yusif oğludur. Daha ətraflı »
Teqlər: Digər
25İyl
Qarabağ folklor nümunələri haqqında yazmaq üçün, əvvəlcə onun əhatə etdiyi sahələri bilməliyik, yəni Qarabağın xəritəsinə nəzər salırıq. Bu xəritəni İbrahim xanın vəziri olmuş Mirzə Camal Cavanşir “Qara-bağ tarixi” əsərində vermişdir!
Cənubdan Xudafərindən, Sınıq körpüyə qədər, Şərq-dən Kür çayının suqovu-şanına, şimaldan Gəncənin sərhəddi Kürə qədər, Qərb tərəfdən uca Qarabağ dağ-larına qədər əhatə edir. Dağlar diyarı Şuşa xalqı-mızın əzəli-əbədi məskənidir. Daha ətraflı »
Teqlər: Digər
25İyl
Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında”Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
İşğal edilmiş ərazilərdə hərbi təcavüz zamanı 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən artıq arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır.
Daha ətraflı »
Teqlər: Digər
25İyl
8 may 1992–ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır. Şuşanın işğalı nəticəsində 195 günahsız vətəndaş qətlə yetiri-lib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd–yuvalarından didərgin düşüb. Əsir götürülmüş 58 soydaşımızın taleyi barədə bu günə gədər heç bir məlumat yoxdur. Daha ətraflı »
Teqlər: Digər
24İyl
Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi ra-yonumuzdakı Heydər Əliyev Mərkəzində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
24İyl
Rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatı yaradılmasının 140 illiyi münasibəti ilə “dəyirmi masa” keçirilib.
Tədbiri açan rayon mədəniyyət evinin müdiri Telman Məmmədov milli jurnalistikanın yaranma tarixindən, ölkəmizdə azad medianın inkişafına göstərilən qayğıdan danışıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
24İyl
Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə keçirilən bayram tədbiri redaksiyada şirin çay süfrəsi arxasında davam etdirilib. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov, başçının müavini Elvin Umudov, şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev mətbuat işçilərinin qonağı olublar. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar