Qarabağ folklor nümunələri haqqında yazmaq üçün, əvvəlcə onun əhatə etdiyi sahələri bilməliyik, yəni Qarabağın xəritəsinə nəzər salırıq. Bu xəritəni İbrahim xanın vəziri olmuş Mirzə Camal Cavanşir “Qara-bağ tarixi” əsərində vermişdir!
Cənubdan Xudafərindən, Sınıq körpüyə qədər, Şərq-dən Kür çayının suqovu-şanına, şimaldan Gəncənin sərhəddi Kürə qədər, Qərb tərəfdən uca Qarabağ dağ-larına qədər əhatə edir. Dağlar diyarı Şuşa xalqı-mızın əzəli-əbədi məskənidir.
Deməli bu xəritəni əhatə edən bütün rayonların, mahalların özünəməxsus folkloru, ləhcəsi, şirinliyi olan nümunələri var.
Qarabağın çox uzaq keçmişini bildirən neçə-neçə rəvayətlər, əfsanələr var. Nəticəyə görə deyilir Oğuz möhkəm adamdır, Oğuz igidləri dara düşəndə möhkəmliyini bildirir! Onu da deyim ki, Qarabağ coğra-fiyasının daxilində ilk şəhər Bərdə (918-919) şəhəridir. Bundan sonra Beyləqan (1237-ci il) şəhəri salınmışdır. Qarabağın Bey-ləqan şəhəri Çingizxan tərəfindən dağıdılsa da, yenidən bərpa edilmişdir. Şəhərlər artdıqca onun ləhcələri yaranmış, folkloru inkişaf etmişdir.
Hazırda Qarabağ coğra-fiyasında yüzlərlə mahal, rayon, oba-oymaq var ki, bunlar da müxtəlif ləhcələrə malikdir.
Imişlilər anaya cici, ağdamlılar nənə deyir, nənəyə isə qoca, Bərdəlilər, Tərtər-lilər, Ağdamın bir tərəfi əmi, dayı arvadına “bibi”, Fizuli, Beyləqan, Ağcabədi əmidostu, dayıdostu, təzə gəlinə isə gəlinbacı deyirlər.
Beləliklə Qarabağ folkloru çox geniş mövzudur. Bunu kiçik yazılara sığışdırmaq olmaz.
***
Rəvayətə görə (XVIII əsr) Azadağanın xanımı Balaxanım xanım, hər gün 8-9 xaratuman geyib çıxarmış mahala, kəndimizdəki məscidin tikintisində iştirak edən qadınların içində olarmış. Bu tikinti Behbudağa Cavanşirin atasının xahişi ilə 1896-cı ildə yəni Behbud-ağanın 10 yaşı olanda tiki-lib. Balaxanım xanım zəif geyinmiş qadınlara xaratuman bağışlarmış, kimin nəyə ehtiyacı olsa ödəyərmiş.
***
Əfsanəyə görə: Lalə adlı bir qız bir oğlanı sevirmiş, qızın əmisi oğlu bundan xəbər tutur. Bunu duyan Lalə kənddən qaçmağa qərar verir. Bahar fəsli ol-duğundan qız gedib bir la-ləli çəmənzara çıxır. Ora- bura baxır gizlənməyə yer tapmır. Axırda üzünü gö-yə tutub Tanrıya yalvarır ki, onu laləyə çevirib gizlətsin. Tanrı bu yalvarışı eşidir. Onu laləyə çevirib gizlədir.
***
Atalar sözü bütün dövrlərdə hər obada yaranır.
1.Texnika əsri yəni XXI əsr üçün daha xarakterikdir.
Maşın əzrail atıdı.
Ağıl onun cilovu
Cib telefonu şübhə tilovu
İnsanların görüşü: əvvəllər ayaqüstü, sonra atüstü, indi telefonüstü olub.
İnternet şər-böhtan yuvası ***
Nağıl təhər: bir kişinin var-yox bir qızı varmış.O, qızı heç yerə getməyə qoymurmuş. Kişinin atdan-maldan bircə ulağı varmış.Tay-tuşları gəlirki gəl gedək təzək yığmağa.
Qız yalvar-yaxar atadan icazə alır.
Xurcunu ulağın belinə atıb qızlarla gedirlər. Qız çox sevinir. Xurcunun gözlərini doldurur özü də oturur xurcunun ortasında ulağın belində, başlayır oxumağa.
Eşşək mindin, təzək dərdin
Könül, arzun nədə qaldı
Tale güldü, getdi dərdin,
Könül, arzun nədə qaldı.
Nubar Mədətli