Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25İyl

    Shusha-qala-girish8 may 1992–ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.
    Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılmışdır. Şuşanın işğalı nəticəsində 195 günahsız vətəndaş qətlə yetiri-lib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd–yuvalarından didərgin düşüb. Əsir götürülmüş 58 soydaşımızın taleyi barədə bu günə gədər heç bir məlumat yoxdur.
    İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən dağıdılıb. Şuşa qalası daxil olmagla bütövlükdə 279 dini, tarixi və mədəni abidə bu siyahıya daxildir. Mənfur ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşag müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni–maarif, kənd təsərrüfatı texni-kumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə Şuşanın işğalı nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib.
    Qarabağın tacı, milli mədəniyyətimizin beşiyi 23 ildir ki, düşmən tapdağındadır. Şuşa təkcə strateji əhəmiyyət kəsb edən bölgə deyil. Azərbaycanın mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Şuşanın işğalı günü Azərbaycan mənəviyyatına vurulmuş bir zərbə idi, hər bir azərbaycanlı üçün ağır bir dərddir. XX əsrdə Şuşa tarixdə görünməmiş faciələrlə üzləşsə də, işğal olunsa da, övladları yurd–yuvalarından didərgin düşşə də, yüzlərlə şəhid versə də sınmadı, əyilmədi və Şuşa indi də yaşayır.
    Əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən bir çox mədəniyyət və təhsil ocagları ışğaldan sonra da öz işlərini Bakı şə-hərində və respublikanın bölgələrində davam etdirirlər. Bu şəhər nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr də, kənd–kəsəklərinə yalançı adlar goysalar da, onu heç vaxt özününküləşdirə bilməyəcəkdir. Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi sülh yolu ilə tərk etməlidirlər. Əks təqdirdə xalqımız və rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızı azad edəcəkdir.

    Müəllif: Redaktor, 07:48

    Teqlər:

İsmarıclar bağlıdır.