YAP Tərtər Rayon Təşkilatı yaradılmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli yığımcaq keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb.
Yığıncaq Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib. Mərasimdə YAP Tərtər Rayon Təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal YAP üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Ramiz Şabanov açıb və geniş məruzə ilə çıxış edib. Bildirib ki, 25 iyul YAP üzvü olan hər bir tərtərli üçün unudulmaz, yaddaqalan, əlamətdar və əziz gündür. Biz bu gün təşkilatımızın yaranmasının 22 illiyini qeyd edirik. Bu 22 ilə nəzər salanda bir daha əmin oluruq ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır”.
Memarı Heydər Əliyev olan YAP fəaliyyəti dövründə bütün çətinliklərdən alnıacıq, üzüağ çıxaraq şərəfli bir yol keçib. Hər birimiz üçün qürur doğuran haldır ki, YAP insanlarımızın böyük rəğbətini qazanıb, əsil xalq partiyası adı alaraq, bu günün və gələcəyin partiyası olmaqla Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etməkdədir.
Möhtərəm Prezidentimiz, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi dövründə hər il 30-40 min insan YAP sıralarına daxil olur. Bu, təşkilatımızın timsalında da aydın görünür. Belə ki, təşkilatımız yarandığı vaxt onun üzvlərinin sayı cəmi 88 nəfər idisə, indi 84 ərazi ilk təşkilatı özündə 5673 nəfər partiya üzvünü birləşdirir. Onların 52%-i qadın, 48%-i kişidir. Partiya üzvlərindən 3 nəfəri elmlər namizədidir. Hazırda bunların 1449 nəfərini gənclər təşkil edir. 2015-ci ilin bu gününədək 151 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 69 nəfəri gənclər, 91 nəfəri isə qadınlardır. Bu il YAP üzvlərindən 2 nəfəri–Tərtərcay Hidroqovşağı istismarı idarəsinin müdiri Böyukkişi Cümşüdov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Prezidentin sərancamı ilə “Tərəqqi” medalı, Ramiz Mustafayev isə “Dövlət qulluğnda fərqlənməyə görə” me-dalı ilə təltif olunublar.
YAP Tərtər Rayon Təşkilatı Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olmaqla, fəaliyyəti dövründə mütəşəkkillik nümayiş etdirib, öz işini partiyanın Proqram və Nizamnaməsinə üyğun quraraq, möhtərəm Prezi- dentimiz cənab İlham Əliyevin YAP-ın V qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün maksimum səy göstərir.
Rayon statistika idarəsinin müdiri, ərazi ilk partiya təşkilatının Sədri Ədalət Məmmədov, rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun Sədri Adil Hüseynov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov, rayon təhsil şöbəsinin müdir müavini Surxay Mirzəyev, Qapanlı ərazi ilk partiya təşklatının sədri Rizvan Əzimov, 5 saylı tam orta məktəbin direktoru Arzu Həsənova, mərkəzi xəstəxananın həkimi Pərvanə Xuduyeva YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 22-ci ildönümü münasibəti ilə çıxış edərək öz ürək sözlərini və təbriklərini söyləyiblər.
Tədbirdə YAP sıralarına yeni qəbul olunan 6 nəfər gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.
“Yeni Tərtər”