Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında”Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
İşğal edilmiş ərazilərdə hərbi təcavüz zamanı 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən artıq arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır.
Talan olunmuş muzeylərdən 40 mindən çox qiymətli əşyalar və nadir eksponatlar oğurlanmışdır. Kəlbəcər Rayon Tarix Diyarşünaslıq Muzeyi yerlə-yeksan olunmuşdur. Şuşadakı Tarix Muzeyinin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş Abidələri Muzeyinin də taleyi belə olmuşdur. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikasi bu gün də işğalçılıq siyasətini da-vam etdirir, işğal olunmuş yerlərdə tariximizi əks etdirən mədəni sərvətimizi talan edir, dağıdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xal-qımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniy-yəti nümunələri olan məscid- lərin, tarixi memarlıq abidə-lərinin, ziyarətgahların bərpası ilə bağlı tədbirləri həyata keçirməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədagətini göstərən parlaq misallardır…
Yaşadığımız doğma Tərtərimizin də mədəni abidələri az deyildir. Mənbələrdən məlumdur ki, rayonumuzda 24 tarix və mədəniyyət abidəsi var ki, bunların da ən əhəmiyyətlisi Borsunlu kurqanıdır. Həmin kurqan tunc və dəmir dövrünə aiddir. Kənddə arxeoloji qazıntılar aparılarkən aşkar olunmuş kurgan eramızdan əvvəl üçün-cü minilliyə aid edilmişdir. Üç mərtəbədən ibarət olan qəbirlərdə insan skletləri, tayfa baş-çısına aid əşyalar-döyüş silahları, saxsı qablar, tunc və qızıldan işlənmiş bəzək və başqa əşyalar tapılmışdır.
Ümumilikdə rayon ərazisində 1 ədəd dünya əhəmiyyətli, 15 ədəd ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədəd yerli əhəmiyyətli memarlığ abidəsi, 1 ədəd yerli əhəmiyyətli arxeloji abidə vardır. Bu tarixi və mədəniyyət abidələri mühafizə olunaraq saxlanılır. Lakin bəzilərinin təmirə ehtiyacı vardır.
1982-ci ildən fəaliyyət göstərən tarix-diyarşünaslıq müzeyində hazırda 600 ədəd eksponat vardır ki, onlar da nəq-qaşlıq, heykəltəraşlıq, tətbigi incəsənət, arxeoloji əşyalar, məişətetnoqrafik, fotoşəkillər və sənədlərdən ibarətdir. Muzeydə mühafizə olunan eksponatlar əsasən XVI-XX əsrləri əhatə edir. Dövlət qeydiyyatına götürülmüş, yeni qeydə alınan 34 abidənin heç birində arxeoloji qazıntı işləri aparılmamış, abidələrin yerləşdiyi ərazidə torpaq və inşaat işləri görülməmişdir.
Ölkəmizdə aparılan yenidən-qurma işləri Azərbaycanımızın bütün regionalarının gündən-günə gözəlləşməsinə səbəb olur. Tariximizi tərənnüm edən abidələrin bərpası keçmişimizin bugünümüzə və gələcəyimizə unudulmaz mirasıdır. Onu qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs borcudur. Əsir torpaqlarımızda itirilmiş mədəni sərvətlərimiz azadlıq gününü həsrətlə gözləyir. İnanırıq ki, yaxın bir zamanda regionlarımızda aparılan quruculuq işləri işğaldan azad olunmuş torpaqlarımızda da aparılacaqdır. Bizim tariximiz, tariximizi yaşadan nə varsa dövlətimiz və xalqımız tərəfindən qorunur və qorunacaqdır. Çünki onlar mənəvi sərvətimizdir.
-
25İyl
Müəllif: Redaktor, 08:22
Teqlər: Digər