Azərbaycanda Sovet hökuməti qurulmamışdan öncə Zolgörən kəndi Abbas bəyin mülkü olmuşdur. Ərazisinin mərkəzində üçmərtəbəli otuz mənzilli bina, iki kərpic zavodu, ərzaq və sənaye dükanları, kəhriz quyusu və s. tikinti obyektləri olmuşdur. Zolgörən sözü düz görmə mənasını verir. Zolgörən kəndində olan bina diqqəti cəlb edərək, burada elmi işlər aparılmasına işarə verir. 1993-cü ildə Tərtər rayonunun Zolgörən kəndində Moskvanın göstərişi ilə Azərbaycan Dövlət Seleksiya Stansiyası deyilən bir idarə yaradılır və idarəetmə Moskva tərəfindən aparılır. El arasında bu söz “seleksonnı” kimi işlədilirdi. Burada elmi müəssisənin yaradılmasından öncə rus dilində yeddiillik məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə məntəqəsi, radioqovşağı, gecələr elektrik işığı verilməsi üçün xüsusi bina, yaşayış üçün ictimai binalar tikilir. Bu işlər başa gəldikdən sonra Rusiyadan ziyalı ailələr Zolgörən həndinə köçürülür. 1933-1957-ci ilədək idarəetmə Moskva tərəfindən həyata keçirilirdi. 1957-ci ildən Azqosselekstansiya sözü ləğv olundu və əvəzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə bazası yaradıldı.
Tərtər BTS-də aparılan elmi işlər nəticəsində alınan yeni dənli bitkilər, buğda və arpa növləri təkcə Azərbaycanda deyil, SSRİ məkanında da öz şöhrətini tapmışdır.
Eləcə də bura alimlərin yetişməsinə də öz töhfəsini vermişdir. Belə ki, bir çox alimlərin–Abdullla Abdullayev, Yolçu Bayramov, Bəyiş Mirzəyev, Valeh Paşayev, Əmir Quliyev, Vəli İbadov, Abdin Abdullayev, Şirin Sarıyev, Tofiq Məmmədov, Mehman Babayev, Fərman Qurbanov kimi insanların elmə yolu buradan keçmişdir. 1983-cü ildə Tərtər Bölgə Təcrübə Stansiyasının 50 illik elmi yubleyi dövlət tərəfindən ən yüksək səviyyədə Zolgörən kəndində qeyd olundu. Daha ətraflı »
-
28İylKəndlərimiz QƏDİM ZOLGÖRƏN KƏNDİ üçün şərhlər bağlıdır
Teqlər: Kəndlərimiz
-
26OktKəndlərimiz SEYDİMLİNİN BU GÜNÜ üçün şərhlər bağlıdır
Seydimli kəndi rayon mərkəzinə ən yaxın olan iri yaşayış məntəqələrindən biridir. Burada 603 ailədə 2716 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, 304 nömrəlik elektron ATS, 15 ticarət, 3 məişət xidməti obyekti, kitabxana, avtomobil təmiri sexi kənd əhalisinə xidmət göstərir. Bura rayonumuzun ən müasir kənd-lərindən sayılır. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
29SenKəndlərimiz Yollar abadlaşır üçün şərhlər bağlıdır
Kəndlərimizdə yolların təmiri işləri diqqət mərkəzində saxlanılır. Hazırda təmas xəttinə yaxın olan Qapanlı kəndində yola asfalt salınması işləri davam edir. Bu barədə bizə məlumat verən rayon icra hakimiyyətində tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimov bildirdi ki, bu iş ötən il 3 kilometr məsafədə görülmüşdü. İndi isə yolun daha 3 kilometrinə asfalt örtük salınacaqdır. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
29SenKəndlərimiz Qapanlıda tibb məntəqəsi tikilir üçün şərhlər bağlıdır
Cəbhə bölgəsi olan Qapanlı kəndində iki ay öncə tibb məntəqəsinin tikintisinə başlanıb. Bina bir mərtəbə olmaqla 6 otaqdan ibarətdi. Burada həkim və tibb bacısı, iynə otaqları, anbar, mətbəx və sanitar qovşağı vardır. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
21SenKəndlərimiz Çaylının işıqlı günləri üçün şərhlər bağlıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox əziyyət çəkən kəndlərimizdən biri də Çaylıdır. Müharibə zamanı kəndin infrastrukturu tamamilə dağıdılmış, yaşayış evləri bərbad hala düşmüşdür. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
04SenKəndlərimiz Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
Tərtərdə bir kənd var…
Bu kəndin sakinləri sovet hakimiyyəti illərində bağçılığa meyilli olublar. Burada yetişdirilən narın dadı, tamı dillər əzbəri idi. Bir zamanlar narçılıq sovxozu kimi məşhur olan kəndin dolanışığı indi də bağa, bağçaya bağlıdır. Ələsgərli adlanan bu kənddə ağaca qulluq etməyin, ting yetişdirməyin öz qanunları var. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
15İylKəndlərimiz Kəndlərimiz abadlaşır üçün şərhlər bağlıdır
Rayonumuzun cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrindən biri də Qarağacı kənd İnzibati Ərazi Dairəsidir. Nümayəndəlik Qarağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini əhatə edir. Bu kəndlərdə 710 təsərrüfat vardır, əhalisinin sayı 3 min nəfərə yaxındır. Ərazidə 103 məcburi köçkün ailəsi məskunlaşıb. Köçkünlərin sayı 365 nəfərdi.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Nümayəndəliyin ərazisi 1975 hektardı. Bunun 1291 hektarı pay torpaqlarıdır. Daha ətraflı »Teqlər: Əvəz Nəsirov
-
10İylKəndlərimiz GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN KƏNDİMİZ üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı kəndlərimizdə də uğurla həyata keçirilir. Bunu bizim Ağkənd kəndinin timsalında aydın görmək olar. Bu kəndin təməli ötən əsrin əvvəllərində qoyulub. Atam deyərdi ki, biz Dərələyəz mahalından köçüb buraya gələndə (1905–1907-ci illər) bu kənd cəmi 18 ev idi. Rəhmətlik Tükaz arvad kiçik çillə girəndə aşağıdan başlayıb hər gün bir evi nəzərdə tutardı ki, görək kimdə hava qarlı-boranlı, kimdə yaxşı olur. 2 ev çatmırdı ki, 20 gün düzəlsin. İndi bu kənddə 1100 nəfər əhali yaşayır. Özü də insanların hamısı dövlətə–dövlətçiliyə sadiq adamlardır. Daha ətraflı »Teqlər: Kəndlərimiz
-
18MarKəndlərimiz Müharibə tarixinə imza atanlar üçün şərhlər bağlıdır
Yaxın keçmişimizdə Səhlabad kəndində əhalinin çox hissəsi nar bağlarının becərilməsində fəhlə kimi çalışırdı. Bu cür iş şəraiti onları bir qədər şəxsi təsərrüfatın inkişafından ayırırdı. Yəni, kolxozçudan fərqli olaraq, sovxoz fəhləsi yalnız aldığı maaşla ailəsini dolandırırdı. Daha ətraflı »Teqlər: Kəndlərimiz


Yeni ismarıclar