15May
Tərtərdə möhtəşəm MƏŞƏL bayramı
Mayın 12-də I Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra Tərtərə gətirildi.
Bərdə istiqamətindəki Tərtərin giriş qapısından başlanan Dövlət Bayrağı Meydanında I Avropa Oyunları məşəlinin təntənəli qarşılanma mərasimi keçirildi.
Buraya toplaşan minlərlə tərtərli yürüş iştirakçılarını böyük sevinc hissi ilə qarşıladı.. Gur alqış sədaları altında məşəl Rasif Abbasova təhvil verildi.
Sonra 10 məşəldar 4 kilometr məsafədə məşəli alov festivalı keçiriləcəyi məkana aparmağa başladılar. Heydər Əliyev prospekti boyu düzülən məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri idmançıları sürəkli alqışlarla qarşılayır, “Yaşasın Azərbaycan!”, “Sevimli Prezidentimizə eşq olsun!” şüarlarını səsləndirirdilər. Daha ətraflı »
Teqlər: İdman
23Apr
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həm-karlar İttifaqı Tərtər Ra- yon Komitəsinin təşkilatçılığı ilə bu günlərdə Tərtər rayon Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçiril-mişdir. Yarışdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büs-tü önünə tər çiçəklər qoymuşlar. Açılışda rayon icra hakimiyyəti baş-çısının müavini Elvin Umudov iştirak etmişdir. Rayon komitəsinin sədri Fəxrəddin Binnətov ya-rışı acıq elan etmiş və iştirakçılara uğurlar arzula-mışdır Daha ətraflı »
Teqlər: İdman
11Apr
Bu yaxınlarda AFFA-nın kokokola firmasının təşkilatçılığı ilə Gənclər Mərkəzinin mini futbol meydançasında rayon məktəblərinin VII sinif şagirdləri arasında futbol yarışı keçirilmişdir.
Yarışda 44 məktəbin idmançıları iştirak etmişdir. Daha ətraflı »
Teqlər: dman
10Mar
İdmançılarımızın uğurları
1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni srtategiyanın təməlini qoyub. Ölkə Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə qayğı yüksəldi. Bu tarix İlham Əliyevin «Bədən tərbiyəsi və İdman gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir.
Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirak edərək yüksək qələbələr qazanırlar. Qaliblər arasında da vardır. Hazırda Kiq-boksinq idmanının peşəkar «K-1» növü üzrə Moskva şəhərində dünya çempionatında bizim idmançılar da iştirak edir. İnanırıq ki, həmyerlimiz qələbə ilə qayıdacaqdır.
Tərtər rayonunun idmançıları da muxtəlif olimpiadalarda iştirak edərək uğurlar qazanırlar. Ötən il yeniyetmələr arasında Tərtərdə keçirilən kiq-boksinq zona yarışında iştirak edən 15 komanda arasında komandamız 1-ci yerə çıxmış, Araz Yusifzadə, Rəvan Cəlal Hüseynov, Əlizamin Nağızadə, Vüqar Bağırov, Cəhdi çempion adı qazanmışlar. Yunan-roma güləşi üzrə yarışda 2 nəfər həmyerlimiz–İsgəndər Mirzəzadə və Yasin Quliyev birinci yerin qalibi olmuşlar. Daha ətraflı »
Teqlər: İdman
Yeni ismarıclar