Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Bakı şəhərindəki Olimpiya Kompleksində idmanın kikboksinq növü üzrə Azərbaycan çempionatı keçirilmişdir. Çempionatda respublika mızın bütün bölgələrindən 470 nəfər idmançı iştirak etmişdir.
Bu yarışda Tərtərin kikboksinq komandası 5 nəfər idmançı və 1 məşqçi ilə təmsil olunmuşdur.
Idmançımız Rəvan Hüseynzadə 11 yaşlılar arasında 36 kiloqram çəki dərəcəsində 4 rəqibini məğlub edərək Azərbaycan çempionu adını qazanmışdır.
Digər idmançımız Fərid İlqaroğlu isə 11-14 yaşlılar arasında 45 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adına layiq görülmüşdür. Bununla Fərid 4-cü dəfədir ki, Azərbaycan çempionu adını qazanır.
Hər iki idmançımızın məşqçi müəllimi Əhməd İsmayılovdur.
Çempionlar sentyabr ayında İspaniyada keçiriləcək dünya çempionatında iştirak etməyə vəsiqə qazanmışlar.
-
16May
Müəllif: Redaktor, 08:37
Teqlər: İdman