09Avq
YAY FƏSLİNDƏ BAŞ VERƏN XƏSTƏLİKLƏR
Keçən dəfə bütün fəsillərdə baş verən xəstəliklər haqqında az da olsa məlumat vermişdim. İndi isə yay fəslində baş verən xəstəliklərdən danışmaq istədim.
Yay fəslində ən geniş yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Həmçinin bu infeksiyalar insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsilə keçə bilər. Ümumi olaraq bu xəstəliklər ishal, yüksək temperatur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşahidə olunur. Bir pediatr kimi valideynlərə tövsiyəm ət, süd, yumurta və digər heyvan mənşəli məhsulların suda yaxşı qaynadılması, heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməsi, uşaqların əllərinin tez-tez yuyulması qaydalarına riayət olunmasıdır.
Bildiyimiz kimi yayda uşaqların ən sevdiyi qida dondurmadır. Mən 5 yaşa qədər uşaqlara dondurma verilməsini düzgün hesab etmirəm. Çünki 1-5 yaş dövrü uşaqlarda limfoid toxumanın sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən həmin yaş qrupunda olan uşaqların dondurma qəbul etməsində hər zaman risk var. Tərkibində süd məhsulları olduğundan salmo-nelyoz yoluxması, dondurma nəticəsində udlaqda iltihabi xəstəliklərin yaranması təhlükəsi mövcuddur. Daha ətraflı »
20İyn
Tərtərdə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkə-mizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdıraraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi. Daha ətraflı »
10İyn
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla da əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasının tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycanın səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq, müasir avadanlıqlarla təmin edilir. Səhiyyə işçilərinin problemlərinin həlli də dövlətin diqqətindədir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə realaşdırılan səhiyyə proqramları çərçivəsində 1100-ədək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb. Daha ətraflı »
31May
Bu günlərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Xəzər” televiziya kanalının və “Azərcell” Şirkətinin birgə təşkilatçılığı ilə tanınmış həkimlər tərəfindən vətəndaşların ödənişsiz tibbi müayinəsi keçirilib.
“Xəzər” televiziya kanalının aparıcısı Xoşqədəm Hidayətqızının rəhbərliyi ilə Tərtər rayonuna səfər edən ginekoloq Aytən Səfərova, oftalmoloq Cahid Şahbazov, uroloq Bəxtiyar Hüseynov, üz-çənə cərrahı Sənan Xankişiyev səhər saatlarından müraciət edən şəxslərin tibbi müayinəsinə başlayıblar. Hümanitar aksiyadan 1000-ə yaxın rayon sakini yararlanıb.
Tibbi müayinədən keçən sakinlər cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və humanitar aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
19Apr
Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.
Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Daha ətraflı »
10Apr
Ümumdünya Səhiyyə Təşkilatı–Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin günü Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir.
Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
ÜST-İcariyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir. Daha ətraflı »
10Apr
Bu gün dünyasını dəyişmiş, lakin yaddaşlarda xoş xatirələrlə qalan, bir qadın, ana kimi nümunə olacaq Cəvahir həkimi yada salacağıq. Bunun üçün onun övladı ilə–rayon əhalisi tərəfindən hörmət və izzətə sahib qızı Təranə xanımla həmsöhbət oldum. İlk olaraq hərəsi bir xatirə danışan xeyli fotoşəkili göstərərək dedi: “Bu şəkillərdə Cəvahir həkimin donmuş anları yaşayır”.
Şəkilləri nəzərdən keçirirəm. Xəstə müayinə edilərkən, baş həkimin otağında beş dəqiqəlik toplantı, xəstəxananın həyətində iməcilik, o zamankı məhsul bayramlarının keçirilməsi, iş yoldaşlarının xeyir işləri, daha nələr…nələr…Bu şəkillərin heç biri haqqında nəyisə soruşub öyrənməyə ehtiyac yoxdur. Cəvahir həkimin öndə olması onun barəsindəki sorğularımıza cavab verir.
Cəvahir həkim kim idi? Hansı xüsusiyyəti onu rayon əhalisinə bu qədər sevdirmişdir? Elə bu sualları qızı Təranəyə verdim. Təranə xanım dedi: Daha ətraflı »
19Mar
Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
Məcburi köçkünləri müayinə etmək məqsədilə Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtərə ezam olunub. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib.
1 nəfər təcili əməliyyat olunub, 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib.
Sonra qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkiblər. Daha ətraflı »
27Fev
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Daha ətraflı »
Teqlər: Səhiyyə
27Fev
“ÖLMÜŞ ADAM”ın XATİRƏLƏRİ
…Minaya düşüb çoxlu qan itirmişdim. Tərtər xəstəxanasına çatdırılanda artıq özümü itirmək üzrəydim. Məni gətirən döyüşçülər qucaqlarında cərrahiyyə otağına apardılar. Yusif Quliyev adlı həkim mənə yaxınlaşıb baş barmağı ilə göz qapaqlarımı qaldırdı. “Gecdir morqa aparın”–dedi. Bu sözdən sonra huşumu itirdim və “öldüm”…
Haşiyə: Hələ orta məktəb illərində rayon mədəniyyət evində çıxışlar edəndə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva ilə xoş münasibət qurmuşduq. Həmişə şeir və səhnəcik müsabiqələrində xüsusi olaraq mənə görə gəlir, dəstək verir, gözəl arzular diləyirdi. Hətta əsgərliyə gedəndə də ailəvi bizə gəlmişdi və hamı təəccüblənmişdi. Ali məktəbə daxil olanda o da ailəm qədər sevinmişdi. Və…
Müharibə başlayanda xəstəxanaya yaralı gətirən zaman məni bir qırağa çəkib: “Tələbə ola-ola niyə gəlmisən? Əlinə-ayağına güllə dəysə, şikəst olsan, aktyor ola bilməyəcəksən axı! Sənin gələcəyin var–demişdi. Amma o vaxt belə sözlər təsirsiz idi. Daha ətraflı »
Teqlər: Səhiyyə
Yeni ismarıclar