6 nömrəli tam orta məktəbin məzunu Aysun Vəliyeva 605,3 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
Ötən il biz redaksiyamızda Aysunun 2 bacısını – Nərgiz və Əfruzu tələbə olmaları münasibətilə təbrik etmişdik İndi isə 3-cü bacı müəllimlərini, valideynlərini və bütün rayon ictimaiyyətini öz uğuru ilə sevindirib.
Ulu Öndər Heydər Əliyev deyirdi: “ Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir”.
Biz də tərtərli olaraq ümid edirik ki, Aysun kimi gənclər ölkəmizin gələcəyinə layiqli töhfələr verəcəklər.
-
08SenTəhsil GƏNCLƏR ÖLKƏMİZİN GƏLƏCƏYİDİR üçün şərhlər bağlıdır
-
08SenTəhsil Möhtəşəm addımlar üçün şərhlər bağlıdır
2022-2023- cü tədris ilində Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbin 11-ci sinfini 8 nəfər şagird bitirmişdir. Hər biri ali məktəbə sənəd vermiş, onlardan 6 nəfəri ali məktəblərə daxil olaraq tələbə adını qazanmışdır. Bu da ümumilikdə məktəbi bitirən şagirdlərin 75 % i deməkdir.
Məmmədli Bəhram Mahir oğlu gənclərin inkişafında aktiv rol oynayan və xaricdə təhsil almağı arzulayan Azərbaycan gəncidir. 2006-cı ilin 25-iyununda Tərtər şəhərində doğulmuş Bəhram, S. Paşayev adına Umudlu kənd tam orta məktəbinin məzunudur. İndi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Marketinq ixtisasında təhsil alacaqdır.
Bəhram, könüllü fəaliyyət sahəsində çox böyük nailiyyətlərə imza atıb. O, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Regional İnkişaf İctimai Birliyinin və ASAN Xidmət könüllülük proqramında fəaliyyət göstərib. Bu qurumlar tərəfindən aktiv iştirakına görə müxtəlif sertifikatlarla mükafatlandırılmışdır. -
08SenTəhsil Tərtəri layiqincə təmsil edəcəklər üçün şərhlər bağlıdır
Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfini 93 nəfər şagird bitirib. Onlardan 51 nəfəri ali məktəbə sənəd verib, 44 nəfəri qəbul olub.
Məktəbin məzunlarından ən yüksək bal toplayan Əlastan Xəlillidir. Əlastan 566 balla Polis Akademiyasına daxil olub. Əlastan onun və yoldaşlarının uğurunda böyük zəhməti olan müəllimlərinə, valideynlərinə sonsuztəşəkkürlərini bildirdi. Tələbə adını qazanmış bütün məzunları təbrik etdiyini söylədi.
O bildirdi ki, məktəb illəri ilə təkrarsız uşaqlıq həyatı başa çatır. Qarşıda onların hər birini daha məsuliyyətli günlər, çətin sınaqlar gözləyir.
Hansı sahəni təmsil etdiklərindən asılı olmayaraq, əmink ki, bu gənclər qəhrəman Tərtərin sakinləri olduqlarını heç zaman unutmayacaqlar.Materialları hazırladı:
Svetlana BAĞIROVA -
08SenTəhsil Soykökünün layiqli davamçısı üçün şərhlər bağlıdır
Nərgiz müəllimin arzuları
Mürşüd Məmmədov rayonumuzun sayılıb-seçilən ziyalılarından olub. Uzun müddət böyük tikinti təşkilatına rəhbərlik edib. Həm camaat arasında, həm də rəhbər orqanlar arasında xüsusi nüfuza malik insanlardan biri idi. Rayon iqtisadiyyatının inkişafında öz yeri olan bir ziyalıydı. Bu gün onun ailəsində böyüyən nəvəsi Nərgiz Məmmədzadə babasının ziyalılığından bəhrələnərək ona layiq olmağa çalışır. O, öz üzərində daim çalışan və tələbkar gənc müəllimdir. Onun çoxlu arzuları var. Ən əsası gələcəkdə babası kimi dürüst, xətir-hörmətli, xalqın etimadını qazanmış, vətənpərvər bir şəxsiyyət olmaq arzusundadır.
İstərdim ki, Nərgizin tərcümeyi-halına nəzər yetirək. O, 1998-ci il avqust ayının 25-də Tərtər rayonunda anadan olub. Orta təhsilini 2017-ci ildə Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə bitirib. Elə həmin il Sumqayıt Dövlət Universitetinin “Filologiya” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olub. 2021-ci ildə universitetin bakalavr səviyyəsini müvəffəqiyyətlə başa vurub. Təhsil aldığı illərdə bir çox təhsil forumlarında və Beynəlxalq konfranslarda iştirak edərək müxtəlif dərəcəli sertifikatlar alıb. Daha ətraflı » -
19İylTəhsil MÜƏLLİMLƏRİMİZ SERTİFİKASİYADA YÜKSƏK NƏTİCƏ ƏLDƏ EDİBLƏR üçün şərhlər bağlıdır
Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə regionların ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı və ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. Rayonumuzun təhsil sektorundan 262 nəfər müəllim həmin sertifikasiyaya cəlb olunmuşdu. Onlardan 53 nəfər 50 baldan yüksək nəticə əldə edib. Bununla əlaqədar Tərtər rayon Təhsil sektorunun rəhbəri Oqtay Sarıkişiyevlə əlaqə saxladıq. Bildirdi ki, müəllimlərimiz region məktəbləri arasında yüksək nəticəyə nail olaraq fərqləniblər.
Həmin müəllimlərdən bir neçəsinin təəssüratlarını oxucularımıza təqdim edirik.Özümə güvənirdim
Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
Yüksək bal toplayan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.Vüsalə BALAKİŞİYEVA,
Köçərli kənd tam orta
məktəbində ibtidai sinif müəllimiİmtahanın təşkili çox gözəl idi
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
İmtahanla bağlı fikirlərim, təəssüratlarım çox yüksəkdir. Ümumiyyətlə, imtahanın təşkili çox gözəl idi. Müəllimlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdü.
Mən 1984-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam. Hazırda Tərtər şəhərində yaşayıram. Orta təhsilimi Kəngərli kənd tam orta məktəbində almışam. 2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm. Daha ətraflı » -
10İylTəhsil MÜƏLLİMƏ MƏKTUB GƏLİR üçün şərhlər bağlıdır
Əziz müəllimim, dediyin hər söz
Qəlbimdə silinməz bir yadigardır.
Yuxusuzam deyib süzülən bir göz
Zəhməti itməzsə, nə bəxtiyardır!
Hörmətli müəllimlərim, işlərimi N. Nərimanov adına Tibb İnstitutuna vermişəm. Çalışacağam ki, sizin etimadınızı doğruldum. Sizi yada saldıqca həyəcanlanıram. “Əla” qiymət ala biləcəyəmmi?!
Bu sətirlər şəhər 2 nömrəli orta məktəbini bu il gümüş medalla bitirmiş Sona Əsgərovanın müəllimlərinə yazdığı məktubdandır. Sona şəhər 2 nömrəli orta məktəbini medalla bitirən ilk şagirddir. O, birinci sinifdən başlayaraq bütün sinifləri “əla” qiymətlərlə bitirmişdir. Sona oxuduğu müddətdə dəfələrlə məktəb və rayon komsomol komitəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir. 1965-ci ildə respublika kimya olimpiadasının, 1966-cı ildə riyaziyyat olimpiadasının iştirakçısı olmuşdur. 1966-cı ilin avqust ayında məktəb tərəfindən Moskvaya ekskursiyaya göndərilmişdir. Daha ətraflı » -
20İynTəhsil Ümumtəhsil məktəblərində “son zəng” çalındı üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi
Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
“Son zəng” tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu il rayonun ümumtəhsil məktəblərində 668 nəfər şagird 1 sinfi, 998 nəfər şagird IV sinfi, 919 nəfər şagird IX sinfi, 666 nəfər şagird isə XI sinfi bitirir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər 1 nömrəli, 5 nömrəli, 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli, Xoruzlu kənd tam orta məktəblərdə, 2 saylı məktəb-liseydə və rayon ərazisində yerləşən Laçın rayon Nərimaniya kənd tam orta məktəbində təşkil olunan “son zəng” tədbirlərində iştirak edib, tədbir iştirakçılarını salamlayıb. 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə “Heydər Əliyev ili” elan olunduğunu, belə bir tarixi ildə məzunların müstəqil həyata qədəm qoyduqlarını vurğulayıb. Daha ətraflı » -
20İynTəhsil Qəhrəman Tərtər tələbə qonağımızın gözü ilə üçün şərhlər bağlıdır
BİZ BURANI TANIDIQ VƏ SEVDİK
Azərbaycan çox qədim tarixi köklərə əsaslanan bir çox inzibati ərazilərə malikdir. Bu səbəbdən Azərbaycanın region və şəhərlərini daha yaxşı analiz etmək üçün mənim kimi həvəskar bir qrup gənc bir sıra layihələr, düşərgələr və ekskursiyalar təşkil edir və birbaşa iştirak edirik. Bu düşərgələrdən biri qədim yaşayış məskənlərimizdən olan Tərtər rayonuna idi. Bu düşərgə zamanı bizim məqsədlərimizdən biri də regionumuzu daha yaxşı tanımaq və analiz edə bilmək idi. Biz “Tərtər Olimpia Kompleksi”ndə dörd gün keçirərək bir sıra yeni məlumatlar və faktlar öyrəndik. Düşünürəm ki, bunlar çox gözəl təcrübə idi. Daha ətraflı »
-
20İynTəhsil MƏZUNLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır
Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
Qonaqları salamlayan məktəbin direktoru Vəsilə Mehdiyeva bildirdi ki, qədim Sarıcalı eli özünün məşhur insanları ilə seçilir. Bu görüşün keçirilməsində məqsəd böyüyən nəsli kəndin, eləcə də təhsil aldıqları və cari ildə özünün 90 illiyini qeyd edəcək məktəbin tarixi və məzunları ilə tanış etməkdir. Daha ətraflı » -
20İynTəhsil MÜSABİQƏLƏR QALİBİ üçün şərhlər bağlıdır
Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.
Mən 3D oyun dizayneri və sahibkaram. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu sinif buraxılış imtahanında 270.1 bal toplayaraq Tərtər üzrə 1-ci oldum. Lakin bundan əlavə bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmiş və qalib olmuşam.
2021-ci ildə Tərtər-Bərdə-Ağdam rayonlarının ilk ingiliscə gender bərabərliyi mövzusunda tamaşalarında (Drammer) oynamış və fərqlənmişəm. PolyUp Azərbaycan qalibiyəm.
Qlobal istiləşmə probleminin həll olunması məqsədi ilə layihə hazırlamış və Stanford Universiteti tərəfindən mükafatlan-ırılmışam. Layihəm isə Stanford tərəfindən 2021-ci ilin ən yaxşı layihələrindən biri olaraq elan olunmuşdur.
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna əsas Tərtər təmsilçisi seçilmiş və forumda iştirak etmişəm.
Mərkəzi Amerikada yerləşən Let’sMOD şirkətinin məsləhət şurasındakı 2 şagirddən biriyəm. 3 ilə yaxındır ki, Let’s-MOD şirkətində fəaliyyət göstərirəm və Let’sMOD Azərbaycan İcmasının lideriyəm.
2022-ci ildə keçirilmiş “Global Let’sMOD Competition”un qalibiyəm. Let’sMOD-ı yuxarı səviyyədə bildiyim üçün şirkət tərəfindən onlayn yay düşərgəsinə dünyanın fərqli ölkələrindən şagirdlərə 3D modelləşdirmə, riyaziyyat, dizayn və s. kimi mövzularda ingiliscə dərslər keçmək üçün dəvət olunmuşdum. Həmçinin “2022 Summer Camp” müsabiqəsində dünya üzrə 1-ci yerə layiq görülmüşəm. Daha ətraflı »
Yeni ismarıclar