Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərində yüzlərlə şagird IX və XI siniflər üzrə buraxılış imtahanları verdilər.
Imtahanların ilkin nəticələri barədə rayon təhsil şöbəsindən məlumat aldıq.
Məlumatda bildirilir ki, rayonun 44 ümumtəhsil mü-əssisəsində IX siniflər üzrə 801 nəfər, 34 tam orta məktəblərində isə XI siniflər üzrə 675 nəfər şagird buraxılış imtahanları verib.
Imtahanlar mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılıb. IX siniflərdə “ana dili” və “riyaziyyat”, XI siniflərdə isə “ana dili”, “riyaziyyat” və “xarici dil” fənləri üzrə buraxılış imtahanları keçirilib. Daha ətraflı »
-
15İylTəhsil Buraxılış imtahanlarının nəticələri üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
02İylTəhsil Analarımız üçün şərhlər bağlıdır
QAYĞIKEŞ MÜƏLLİM–ANA
Müasir cəmiyyətimizdə az-az sahələr tapılar ki, qadın əməyindən istifadə olunmasın. Qadın təhsildə, səhiyyədə, hüquq orqanlarında, kənd təsərrüfatında yorulmaq bilmədən çalışır. O, həm də ailə idarə edir, anadır. Belə analardan biri də müəllim–ana Kifayət Kərimovadır.
Kifayət müəllim şəhər 3 saylı orta məktəbdə çalışır. O, ömrünün 35 ilini şagirdlərin təlim–tərbiyəsinə həsr edib. Üstəlik də evinin həm kişisi, həm qadını olub. Həyat yoldaşı Sabir 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə (keçmiş Mardakert) rayonunda avtomobil qəzasında həlak olmuşdur. Ona görə də ailənin qayğısı və məsulliyəti Kifayət müəllimin çiyinlərinə düşmüşdür. Bu günlərdə onunla görüşüb müəllim-ana kimi fikirlərini öyrənmək qərarına gəldim. Daha ətraflı »Teqlər: Təhsil
-
12İynTəhsil “ Son zəng” məzunları müstəqil həyata səslədi üçün şərhlər bağlıdır
May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Cari tədris ilində tam orta məktəblərini 693, ümumi orta məktəblərini isə 801 şagird bitirdi. Məzunlardan 338 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də “Son zəng” tədbirinə qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Şəhər 1 saylı tam orta məktəb
Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Çünki məktəbdə “Son zəng” tədbiri keçirilirdi. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri məktəbin direktoru Nəcibə Muradova açaraq toplaşanları “Son zəng” münasibətilə təbrik etdi. Sonra onbirincilərin tərtib etdikləri bədii nümunələr ifa olundu. İlk Avropa Oyunlarının rayonumuzdakı məşəldarlarından beş nəfəri məhz 1 saylı tam orta məktəbin yetirmələri olduğu üçün burada məşəl şölələndi. Tədbir böyük coşğu ilə keçirildi. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında məktəbin builki 57 məzununa, onların on bir ildə əziyyətini çəkmiş müəllimlərinə və valideynlərinə xoş arzularını bildirdi. Daha ətraflı »Teqlər: Təhsil
-
12İynTəhsil Rəsul Rza-105 üçün şərhlər bağlıdır
“Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”
Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir. Daha ətraflı »Teqlər: Təhsil
-
12İynTəhsil Riyaziyyat gecəsi üçün şərhlər bağlıdır
Şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ri-yaziyyat gecəsi” keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Sinif rəhbərləri Sevda Vəliyeva və Samirə Həsənova çalışmışlar ki, bu tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əli-yevin həyatının unudulmaz səhifələri, onun Azərbaycana, öz xalqına olan dərin məhəbbəti, gənclərə, onların maarifləndirilməsinə göstərdiyi qayğı barədə daha ətraflı məlumat alsınlar. Daha ətraflı »Teqlər: Təhsil
-
16MayTəhsil Peşəyönümü aktual məsələdir üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi. Daha ətraflı »Teqlər: Təhsil
-
16MayTəhsil Bilik yarışı üçün şərhlər bağlıdır
Tərtər rayon Gənclər və İdman İdarəsi və Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında “Bilik yarışı” keçirilmişdir.
Yarış iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra türk dünyasının dahi siyasətçisinin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Daha ətraflı »Teqlər: Təhsil
-
11AprTəhsil Müəllimlərin seminarı üçün şərhlər bağlıdır
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının nümayəndələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda Tərtər şəhər 1 saylı tam orta məktəbində seminar keçirmişlər. Seminarda rayonun bir sıra məktəblərindən 100-ə yaxın müəllim iştirak etmişdir.Tədbiri giriş sözü ilə Tərtər rayon Təhsil Şöbə-sində metodkabinetin direktoru İntiqam Nuruyev açdı. Daha ətraflı »
Teqlər: Təhsil
-
31MarTəhsil Gəncliyin inkişaf strategiyası üçün şərhlər bağlıdır
Gənclər hər bir ölkənin istimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəs-tək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir. Daha ətraflı »
Teqlər: Təhsil
-
18MarTəhsil Ana dilini sevək və sevdirərək qoruyaq üçün şərhlər bağlıdır
Doğma Dil, doğma Vətən, doğma Ana!
Bunlar eyni məfhumlardır. Çünki ananı sevməsən, vətəni sevə bilməzsən. Ananı, vətəni sevdiyini ifadə etmək üçün ürəyindəkiləri söyləməyə dil lazımdır. O dil ki, doğma anamızın dilidir. Dili bizə anamız öyrətdiyinə görə də Ana dili adlanır bu dil. Hər bir xalqın öz ana dili var və öz dili ilə tanınır. Bizim də ana dilimiz Azərbaycan dilidir. Bizim ana dilimiz poeziya dilidir, şirin layla dilidir, qəlbləri oxşayan mahnı dilidir. Bizim ana dilimiz dosta məhəbbət, düşmənə nifrət dilidir, bu dil xəstələrə məlhəm dili və ən ülvi hissləri ifadə etməyə qadir olan bir dildir. Biz bütün əsərləri, elmləri öz doğma dilimizdə oxuyur və öyrənirik. Deyilənə görə əgər bir xalqın dilini əlindən alsan, o xalq məhv olub gedər. Daha ətraflı »Teqlər: Təhsil


Yeni ismarıclar