Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Sen

    Rayonumuzdakı 34 tam, 10 ümumi orta və 3 ibtidai məktəbdə çalınan ilk zəng səsi müəllim və şagirdləri sinif otaqlarına səslədi. Cari tədris ilində bu təhsil ocaqlarında 9372 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olacaq.

    Изображение 053Qapanlı kənd tam orta məktəbi. Düşmənin gözünə ox kimi batan qəhrəman kəndin məktəbində “Bilik Günü” təntənəli şəraitdə keçdi. Kəndin çətin anlarında da, xoş günlərində də sakinlərlə bərabər olan Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bu bayram günündə də əziz qonaqların arasında idi.

    Məktəbin direktoru Fitat Əli-yeva yeni dərs ilinin başlanmasi münasibətilə bütün kənd camaatını, eləcə da qonaqları ürəkdən təbrik etdi. Bildirdi ki, Qapanlıda həyat öz axarı ilə davam edir. Cari tədris ilində məktəbin birinci sinfinə 20 nəfər şagirdin gəlməsi buna əyani sübutdur.
    Müəllimlərdən Sadiq Məmmədov, Fəridə Mustafayeva, X sinif şagirdi Aysel Quliyeva cəbhə bölgəsində yerləşən təhsil ocağına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. IX sinif şagirdi Əfsanə Tanrıverdiyeva “Azərbaycan” şeirini söylədi.Изображение 091
    Rayon rəhbəri məktəbdə yaradılan şəraitlə tanış oldu, kollektivə tövsiyələrini verdi. Birinci sinif şagirdlərinin hər birinə rayon icra hakimiyyəti adından hədiyyələr təqdim olundu.
    Şəhər 2 saylı məktəb-lisey. Yeni dərs ilinin başlanmasına həsr olunan tədbiri məktəbin təşkilatçı müavini Məlahət Nuriyeva açdı. Ötən tədris ilində qazanılan uğur-lardan danışdı. ”Bilik Günü”ndə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bayram münasibətilə toplaşanları təbrik etdi, şagirdlərə və müəllimlərə təhsildə uğurlar arzuladı.
    “Bilik” Fondunun aparıcı məsləhətçisi Almas Axundova, rayon təhsil şöbəsinin metodisti Gülxar Abbasova tədbirdə çıxış etdilər.
    Hacıqərvənd kənd tam orta məktəbi. 36 nəfər birinci sinif şagirdi və onların valideynləri həm həyəcanlı, həm də xoşbəxt görünürdülər. Səslənən Azərbaycan himni hamını ayağa qaldırdı. Sonra uşaqlar şeir söylədilər.
    Məktəbin direktoru Rövşən Həsənov qeyd etdi ki, cari tədris ilində məktəbdə 350 nəfər şagirdin təlim-tərbiyəsi ilə 54 nəfər müəllim məşğul olacaq.
    Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev məktəb kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.20150915_153220
    “Bilik Günü”ndə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi sonsuz qayğını diqqətə çatdırdı. Bu qayğıya cavab olaraq şagirdlər yaxşı oxumalı, müəllimlər isə həvəslə işləməlidirlər.
    Şəhər I nömrəli tam orta məktəb. 100-dən çox yaşı olan məktəb cari dərs ilində 1100-dən artıq şagird üçün doğma məkan olacaq. Dövlətimizin qayğısı ilə tikilən yeni məktəb binasında uşaqların biliklərə yiyələnmələrindən ötrü hər cür şərait yaradılıb. “Bilik Günü”ndə burada 124 nəfər birinci siniflərə qədəm qoyub.
    Şagirdlərə pulsuz dərsliklər paylanıb.
    “Bilik Günü”münasibətilə keçirilən tədbirdə məktəbin direktoru Nəcibə Muradova şagird və müəllim kollektivini, valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Qocaman təhsil ocağının gözəl ənənələrindən danışdı. Bilik bayramında Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Şabanov iştirak etdi.
    Umudlu kənd tam orta məktəbi. Bu il məktəbdə 130 nəfər şagird təhsil alacaqdır ki, onların da təlim-tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olacaq. Birinci sinifdə oxuyacaq körpə fidanlara Zümrüd Mustafayeva elmlərin açarı olan əlifbanı öyrədəcəkdir. İlk dəfə əlinə jurnal götürüb sinfə daxil olacaq Ləman Heydərli isə daha sevinclidir. O, məktəbdə kimya dərsini tədris edəcək.
    Məktəbə toplaşanları direktor Zabil Zeynalov təbrik edərək ötən ilin uğurlarından danışdı və yeni dərs ilinin başlanması, “Bilik Günü ” münasibətilə təbrik etdi.
    Çalınan ilk zəng müəllim və şagirdləri sinif otaqlarına səslədi.
    Şəhər 6 nömrəli tam orta məktəb.Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirə məktəbin müəllim və şagird kollektivi, valideynlər, ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Məktəbin direktoru Azad Abbasov çıxış edərək ötən ilin uğurlarından, bu il daha yaxşı nailiyyətlər qazanmaq üçün müəllim və şagirdlərin üzərinə düşən məsuliyyətdən söz açdı. Bildirdi ki, bu il 63 nəfər müəllim 460 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaqdır. 20 nəfər şagird onbirinci sinifdə, 63 nəfər isə birinci sinifdə təhsil alacaq. Dərs ilinin ilk zəngi çalınaraq sinif otaqlarının qapılarını müəllimlərin və şagirdlərin üzünə açdı.
    Buruc kənd tam orta məktəbi. “Bilik Günü” münasibəti ilə keçirilən tədbiri məktəbin direktoru Niyaməddin Aslanov açdı. İlk dərs gününün başlanması münasibəti ilə məktəb kollektivinə uğurlar dilədi. Ötən dərs ilində məktəbin müvəffəqiyyətlərini yada saldı. Sonra birincilərin sinif müəllimi Tahirə Həsənova, dil-ədəbiyyat müəllimi Nüşabə Misirova danışdılar. Toplantı iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər. I sinif şagirdləri Vətənə, anaya, Heydər babaya aid şeirlər söylədilər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Füzuli Əliyev rayon rəhbəri Müstəqim Məmmədovun və öz adından tədbir iştirakçılarını salamladı. Yeni dərs ilinin başlanması münasibəti ilə kollektivi təbrik etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:33

    Teqlər:

İsmarıclar bağlıdır.