Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Okt

    DSC_0026(2)Hərbi–vətənpərvərlik tərbiyəsi kiçik yaşlarından başlayır və orta məktəblərdə, universitet auditoriyalarında davam etdirilir. Bu sahədə bizim rayonumuzun zəngin təcrübəsi var. Çünki Tərtər cəbhə bölgəsidir, kəndlərimizin çoxu bir başa təmas xətti boyunca yerləşir. Uşaqlar hər gün atəş səsləri eşidir, erməni mənfurlarının törətdikləri faciələrin şahidi və iştirakçısı olurlar. Elə bu yaxınlarda Qapanlı kəndindəki toy məclisində 3 yaşlı qızın yaralanması düşmənlərimizin nə dərəcədə alçaq olduqlarını göstərir.
    Cəbhə bölgəsində böyüyən uşaqların hərbi-vətənpərvərlik tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonumuzun məktəblərində bu məsələ diqqət mərkəzində saxlanılır. Belə ki, məktəblərimizin hamısında Milli Qəhrəmanlarımıza, məzun şəhidlərimizə həsr edilmiş guşələr düzəldilib və vaxtaşırı onlara həsr olunmuş tədbirlər keçirilir.
    Məktəblilərin iştirakı ilə keçirilən “Şahin” hərbi idman oyunları da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Belə ki, oyunların çöl məşğələləri N. saylı hərbi hissədə keçirilir ki, bu zaman uşaqlar hərbi silah və sursatlardan istifadə qaydalarını öyrənir, əsgər həyatı ilə yaxından tanış olurlar.
    Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, bu il rayonumuzdan C. Naxçıvanski adına hərbi liseyə 5 nəfər, dövlət Sərhəd Xidməti Akademiyasına 2 nəfər, Ali Hərbi Akademiyaya 1 nəfər, Milli Aviasiya Akademiyasına 2 nəfər, Milli Təhlükəsizlik Akademiyasına 1 nəfər qəbul olunub.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.