Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Okt

    Изображение 103Ümummilli Liderimiz Heydər Əliyev müəllim əməyini daim qiymətləndirmiş və demişdir: “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimlikdən yüksək bir ad tanımıram”. Müəllimlər Günü münasibətilə rayonumuzdakı “Asiman” şadlıq sarayında təşkil olunan bayram tədbiri də məhz müəllimlərə rayonumuzun sayılıb-seçilən insan
    larına həsr olunmuşdur.
    Изображение 128Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, dövlətimizin və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində ölkəmizdə hər il onlarla yeni məktəb binası tikilib istifadəyə verilir, köhnə binalar müasir tələblər səviyyəsində əsaslı təmir olunur. O cümlədən də rayonumuzda təhsilin maddi-texniki bazası möhkəmləndirilir, mü-əllimlərin bilik səviyyəsi yüksəlir. Müəllimlər ordusu gənc pedaqoqların hesabına möhkəmlənir. Изображение 136Rayonumuzda adlı-sanlı müəllimlərimiz də çoxdur. Onlardan 5 nəfəri “Əməkdar müəllim” adına, 4 nəfəri “Tərəqqi” medalına, 4 nəfəri “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günü ərəfəsində isə daha bir məllimimiz-Söylən kənd tam orta məktəbinin müəllimi Afaq Xəlilova “Əməkdar müəllim” adına layiq görülüb.
    Tədbirdə rayon təhsil şobəsinin müdiri Surxay Mirzəyev çıxış edib. O bildirib ki, cəmiyyətdə müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Çünki gələcəyimizin necə olacağı bizim yetişdirdiyimiz şagirdlərin vətənpərvərliyindən, savad dərəcələrindən, dünyagörüşlərindən asılıdır. Ona görə əbəs yerə müəllimi “zülmətli yolların çırağı” adlandırmayıblar.
    Milli mətbuatın banisi, alim-təbiətşünas Həsən bəy Zərdabi də müəllimlərin əməyini yüksək qiyməytləndirərək demişdir: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? O zaman iftixarla belə deyərdim: müəllimlik!” Əməkdar müəllim adına layiq görülmüş Afaq Xəlilova da öz çıxışında bu fikirləri bir daha təsdiqləyərək bildirdi ki, dövlətimiz hər zaman təhsilin inkişafını diqqət mərkəzində saxlayır. Ölkəmizdə müəllimlərin əməyi yüksək qiymətləndirilir, onlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Afaq müəllim özünün fəxri ada layiq görülməsini möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Tərtər təhsilinə göstərilən yüksək qayğı kimi dəyərləndirib və etimadı doğruldacağına söz verib.Изображение 122
    Rayon İcra hakimiyyəti aparatının aparıcı məsləhətçisi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Turanə Məmmədzadə tədbirdə iştirak edən müəllimlərin simasında bu yüksək adı daşıyan hər bir kəsi peşə bayramı münasibəti ilə ürəkdən təbrik edib, onlara cansağlığı və şərəfli, fədakar işlərində müvəffəqiyyətlər arzulayıb.
    Təbriklərə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov da qoşulub. O da həmkar-larına becərdikləri bağın daim bəhrəsini görməyi arzulayıb.
    Toplantıda bir qrup qabaqcıl təhsil işçisinə rayon icra hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub. Təltif olunanlardan şəhər 1 saylı tam orta məktəbinin müəllimi Elçin Məhərrəmov qəzetimizə müsahibə verib. O deyib:
    –Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da müəllim əməyinə daim yüksək qayğı ilə yanaşılır. Biz də öz növbəmizdə çalışırıq ki, dərs dediyimiz şagirdləri milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə edək. Çünki öz milli ənənələrini sevən, onlara söykənən insan həyatda heç zaman büdrəməz.
    Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:26

    Teqlər:

İsmarıclar bağlıdır.