Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02İyl

    QAYĞIKEŞ MÜƏLLİM–ANA

    DSC_3187 Müasir cəmiyyətimizdə az-az sahələr tapılar ki, qadın əməyindən istifadə olunmasın. Qadın təhsildə, səhiyyədə,  hüquq orqanlarında, kənd təsərrüfatında yorulmaq bilmədən çalışır. O, həm də ailə idarə edir, anadır. Belə  analardan biri də müəllim–ana Kifayət Kərimovadır.
    Kifayət müəllim şəhər 3 saylı orta məktəbdə çalışır. O, ömrünün 35 ilini şagirdlərin təlim–tərbiyəsinə həsr edib.  Üstəlik də evinin həm kişisi, həm qadını olub. Həyat yoldaşı Sabir 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə  (keçmiş Mardakert) rayonunda avtomobil qəzasında həlak olmuşdur. Ona görə də ailənin qayğısı və məsulliyəti  Kifayət müəllimin çiyinlərinə düşmüşdür. Bu günlərdə onunla görüşüb müəllim-ana kimi fikirlərini öyrənmək  qərarına gəldim.
    – Kifayət müəllimə həm iş, həm ailə, bu, çətin deyildirmi? Özü də azyaşlı uşaqları olan bir ana üçün – deyə ilk sualımı verdim.
    – Sağ olsun doğmalarım, onların köməkliyi olmasaydı bəlkə də bu çətinliyi daha çox hiss edərdim – dedi. Uşaqların atası şəhid olanda böyüyü 10, kiçiyi bir yaş yarım idi. Özü də ekiz. Allah qaynanama rəhmət eləsin. Uşaqları ona arxayın olub, işə gedirdim– deyərək sözünə davam etdi. Düşünürəm ki, çətin günlərdə əsasən adamın mənəvi köməyə ehtiyacı olur. Çox şükür ki, ətrafımda həmişə mənə dayaq olan insanlarla əhatə olunmuşam. Ona görə də təkliyimi az hiss etmişəm.
    Bu qarışıq dünyamızda tərbiyəli, sağlam düşüncəli övlad böyütmək bir az məsuliyyət tələb edir. Xüsusilə oğlan uşaqlarını böyütmək. Allah saxlasın, 5 oğlanı böyütməkdə tərbiyənin hansı növündən istifadə etmisiniz ki, artıq ailəli olduqları halda da sizin sözünüzdən çıxmırlar?
    – Onu deyim ki, mən uşaqlarıma ən əvvəl məsuliyyətli olmağı öyrədərdim. Əgər evdən çıxanda tapşırdığım işin evə qayıdanda yerinə yetirilmədiyini görürdümsə, ağır cəzalandırmırdım. Sadəcə evə girdi yoxdur, nə vaxt deyilən işi görüb qurtardın, onda evə girərsən–deyirdim. Ona görə də oğlanlarımdan razıyam. Hazırda oğlanlarımdan Umud Naxçıvanda, Səbuhi, Xaləddin Tərtərdə, Coşqun və Daşqın Bakı şəhərində yaşayıb, işləyirlər. Dörd gəlinim və 7 nəvəm var. Hər birindən çox razıyam.
    Kifayət müəllim bir neçə qəzet və kitabları, diplom və Fəxri fərmanları gös-tərərək söylədi ki, bunlarda hər şey yazılıb. Lazım gəlsə baxıb məlumat götürə bilərsən. Elə də edirəm. Xeyli sayda, Fəxri fərman”ları var. Müxtəlif illərdə təhsildəki xidmətlərinə, dərs dediyi şagirdlərin ya- rışlarda yüksək yerlər tutduğuna görə verilib.Təhsil Nazirliyi tərəfindən “Qabagcıl müəllim” adına layiq görülüb. Respublikada nəşr olunan qəzet səhifələrində, “Tərtər təhsilinin bu günü və gələcəyi”, “Qarabağın ziyalı xanımları” kitablarında haqqında yazılar dərc olunub.
    Kifayət müəllim təkcə övladlarına deyil, şagirdlərinə də öz qayğısını əsirgəmir. Çalışdığı məktəbdə müəllim və şagird kollektivinin sevimlisidir, müəllim – ana olan bu qadın. Bu ad müdrik addır. Müəllim–ana kimi sizə uğurlar arzulayırıq, Kifayət müəllim.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:19

    Teqlər:

İsmarıclar bağlıdır.