Bəxtiyar Quluzadə 2015-ci ildə R. Nuriyev adına şəhər 6 saylı tam orta məktəbini bitirib. Ali məktəblərə qəbul olunan məzunlar arasında onun da adı çəkilirdi. Gəncə Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsinin ingilis dili tərcüməçisi ixtisası üzrə birinci kursda təhsil alır. O, ilk semestr imtahanlarını müvəffəqiyyətlə verərək tətilə gəlmişdi. Tələbəlik həyatı, geniş auditoriya onun üçün maraqlı görünsə də, fəxr edir ki, ali məktəb tələbəsidir. Gələcəyin savadlı mütəxəsisidir.
Bəxtiyar 2 bacının bir qardaşıdır. Özündən böyük bacıları Gülnar və Jalənin tələbəlik həyatını gördükcə düşünürdü ki, kaş mən də tezliklə ali məktəb tələbəsi olaydım. Özü də məqsədi hüquq fakültəsinə qəbul olunmaq idi.
Lakin ingilis dilini də çox sevirdi. İmtahanlar zamanı qismət onu hüquqşünas deyil, ən çox sevdiyi fənnə, ingilis dili ixtisasına doğru apardı.
Hazırda böyük həvəslə ingilis dilinin qrammatikasını və tərcüməsini mənimsəyir. Bunun üçün professor və müəllimlərin söylədikərini öyrənir. Məqsədi gələcəkdə savadlı dilçi və tərcüməçi olmaqdır. Daha ətraflı »
-
24FevTəhsil SABAHIN DİLÇİ-TƏRCÜMƏÇİSİ üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
24FevTəhsil ARZULARIN AXARINDA üçün şərhlər bağlıdır
Fidan Sabirli şəhər 1 saylı tam orta məktəbin məzunudur. O, 2014-cü ildə bu məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq, elmin sirlərini uşaqlara öyrətmək arzusu ilə yaşayırdı. Bu istəklə də üçüncü qrupa imtahan verdi. Hazırda Mingəçevir Turizm Kollecində oxuyur. Məktəbəqədər təlim-tərbiyə fakültəsinin üçüncü kurs tələbəsidir. Onu da deyim ki, Fidan təkcə təhsil almaqla kifayətlənmir. Həm də içtimai işlərdə fəal iştirak edir. Məktəbin əlaçı tələbələrindəndir, təqaüd alır. Fidanın arzuları çoxdur.
Gələcəkdə təhsilini davam etdirmək, ona elm öyrədən müəllimləri kimi savadlı və təcrübəli bir pedaqoq olmaq arzusundadır. Daha ətraflı »Teqlər: Təhsil
-
18FevTəhsil Onlar ”Fədai” medalı ilə təltif olunmuşlar üçün şərhlər bağlıdır
MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”. Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı… Daha ətraflı »Teqlər: Təhsil
-
18FevTəhsil üçün şərhlər bağlıdır
Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »Teqlər: Təhsil
-
09FevTəhsil UŞAQLARIN FİZİKİ VƏ MƏNƏVİ İNKİŞAFI üçün şərhlər bağlıdır
Gənc nəslin mənəvi inkişafı üçün bəzi şərtlər əsasdır. Gənclər Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmalıdır.
Onların hərbi–vətənpərvərlik tərbiyəsi gücləndirilməli və gənclər hərbi xidmətə hazırlanmalıdırlar. Daha ətraflı »Teqlər: Təhsil
-
09FevTəhsil VƏTƏNPƏRVƏRLİK HİSSİNİN TƏRBİYƏ EDİLMƏSİ üçün şərhlər bağlıdır
Azərbaycan xalqı bir xalq kimi formalaşdığı gündən açıq sufrəli, bağları meyvəli, torpağı sərvətli, insanları mehriban, dosta səxavətli bir xalq kini tanınmış və bu gün də bu dəyərləri ilə bütün dünya xalqları arasında seçilir.
Ailədə dil acan hər bir azərbaycanlı uşağı bu dəyərlər üzərində köklənir, böyüyur, milli dəyərləri inkişaf etdirərək gələcək nəslə çatdırır. Daha ətraflı »Teqlər: Təhsil
-
09FevTəhsil PEDAQOJİ PROSESDƏ ƏSAS SİMA üçün şərhlər bağlıdır
Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər pedaqoqun əməyinə yüksək qiymət vermiş, onu günəşə, bağbana, mühəndisə bənzətmişlər. Daha ətraflı »Teqlər: Təhsil
-
22YanTəhsil SƏMƏD BƏY MEHMANDAROVUN 160 İLLİK YUBLEYİ İLƏ ƏLAQƏDƏR TƏDBİR üçün şərhlər bağlıdır
Heydər Əliyev Mərkəzində rayonun uşaq yaradıcılıq mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı əsasında, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirdib. Azərbaycan dövlət himni ilə başlayan tədbiri uşaq yaradıcılıq mərkəzinin direktoru Ülviyyə Qənbərova açıb. Daha ətraflı »
Teqlər: Təhsil
-
06YanTəhsil UNUDULMAZ BİR GÜN üçün şərhlər bağlıdır
“İlin ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülməsi münasibəti ilə şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilib. Daha ətraflı »
Teqlər: Təhsil
-
06YanTəhsil UŞAQ BAXÇASINDA YENİ İL ŞƏNLİYİ üçün şərhlər bağlıdır
Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilib. Tədbirdə valideynlər də iştirak ediblər. Şaxta Baba və Qar Qız balacalarla birlikdə rəqs ediblər, onların ifasında şeir və mahnılara qulaq asıblar. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar