28Sen
TURİZMİ İNKİŞAF ETDİRMƏLİYİK
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycan Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur
Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çox saylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun çox-saylı layihələr həyata keçirilir.
Turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə çoxulduzlu mehmanxanalar fəaliyyət göstərir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. Daha ətraflı »
Teqlər: Mədəniyyət
08Avq
Bu gün Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibihey-bətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İliş-din”) ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıl-mışdı. 1915-ci ildə adı çəki Daha ətraflı »
Teqlər: Mədəniyyət
28İyn

Tərtər rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbə müdiri Nəcəf Əlizadə, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər, rayon dindarları və ziyalılar iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirmişdir.
Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.
“Yeni Tərtər”
Teqlər: Mədəniyyət
30Yan
1981-ci ildə rayonumuzun Borsunlu kəndində Piriyevlər ailəsində əkiz övladlar dünyaya gəldi: oğlan və qız. Oğlanın adını Samir qoydular və ailədəki digər uşaqlar kimi bunlar da anaları Dilarə xanımın şirin laylaları ilə böyüməyə başladılar. Sonralar atanın iş yerinin Bakıya dəyişilməsi ilə əlaqədar (o, Neft Daşlarında işə düzəlmişdi) ailə də Bakıya köçdü və uşaqlar şəhər mühitində tərbiyə aldılar. Daha ətraflı »
Teqlər: Mədəniyyət
25Dek

Heydər Əliyev Mərkəzində dünya şöhrətli müsiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun 100 illik yubileyi qeyd olundu. Daha ətraflı »
Teqlər: Mədəniyyət
15Okt
Şəhər 5 saylı tam orta məktəbdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubleyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin şagirdi Orxan Mustafazadə görkəmli azərbaycanlı haqqında ətraflı məlumat verib, onun xalqımız qarşısında xidmətlərini diqqətə çatdırıb. Daha ətraflı »
Teqlər: Mədəniyyət
15Okt
1999-cu ildə YUNESCO-nun təşəbbüsü ilə oktyabrın dör-düncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. 2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Daha ətraflı »
Teqlər: Mədəniyyət
28Sen
Milli müsiqimizin yubileyi ərəfəsi idi. Bununla bağlı nə isə yazmaq fikrinə düşmüşdüm. Düşünürdüm ki, bizim xalqın çox qədim musiqi tarixi var. Analarımızın laylaları kimi iliyimizə işləyən muğamlarımız, aşıq havalarımız, bəstəkar və xalq mahnılarımız var. Daha ətraflı »
Teqlər: Mədəniyyət
18Avq
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha ətraflı »
Teqlər: Mədəniyyət
10İyl
Bu dəfəki yazımızda fəal ictimaiyyətçi, işini yaxşı bilən, peşəsini sevən, ona ürəkdən bağlanan bir işçidən–Sarov kənd kitabxanasının müdiri Əfruz Babayevadan söhbət açacağıq. Bilirəm, kənd kitabxanası adını eşidəndə çoxlarınız ağız büzəcəksiniz ki, kənddə kitabxana işləyir ki? Çoxları qapının açarını da itirib. Ancaq bu, heç də hər yerdə belə deyil. Redaksiyanın iş planına əsasən bir kitabxana işçisi haqqında məqalə yazmalı olduğumu rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanovaya deyəndə, tərəddüdsüz Əfruz Babayevanın adını çəkdi. Daha ətraflı »
Teqlər: Mədəniyyət
Yeni ismarıclar