Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    samir_piriyev_00031981-ci ildə rayonumuzun Borsunlu kəndində Piriyevlər ailəsində əkiz övladlar dünyaya gəldi: oğlan və qız. Oğlanın adını Samir qoydular və ailədəki digər uşaqlar kimi bunlar da anaları Dilarə xanımın şirin laylaları ilə böyüməyə başladılar. Sonralar atanın iş yerinin Bakıya dəyişilməsi ilə əlaqədar (o, Neft Daşlarında işə düzəlmişdi) ailə də Bakıya köçdü və uşaqlar şəhər mühitində tərbiyə aldılar. Amma Samirin uşaqlıq yaddaşında artıq Borsunlu kəndinin xüsusi yeri vardı, ələlxüsus da kəndi iki yerə bölən İncəçayın yaz aylarında coşması xatirindən silinmirdi.
    Uşaqlar Bakı məktəbində təhsil alsalar da, hər il yay tətilini Borsunluda keçirirdi-lər. Bu o vaxtlar idi ki, kənd daim ermənilər tərəfindən atəşə məruz qalır, camaat arasında həlak olanların və yaralananların sayı günbəgün artırdı. Beləliklə, kəndin gözəl təbiəti və bu gözəlliyi qoruyan mərd insanların şü-caəti Samirin qəlbində vətən-pərvərlik hisslərini gücləndirirdi.
    Eyni zamanda o, özündə musiqiyə böyük həvəs hiss edirdi. Sanki İncəçayın gah sakit, gah da coşğun axan sularının səsi qəlbində nəğmələrə çevrilir, onu sənət aləminə səsləyirdi.
    Samir Piriyev ilk uğurunu 1990-cı ildə, hələ IV sinifdə oxuyarkən qazanıb. Bu zaman o, Odessa şəhərində müvəffəqiyyətlə çıxış edib və hətta bu çıxışı əsasında klip çəkilib.
    Bu hadisə onun gələcək həyat yolunu müəyyənləş-dirib. Gənc müğənni Bakıdakı Asəf Zeynallı adına Musiqi Kollecini bitirəndən sonra professional səhnədə çıxış etməyə başlayıb. Hətta hərbi xidmətdə olarkən gözəl səsi və hərbi intizamı, yüksək vətənpərvərliyi ilə komandir-lərinin və yoldaşlarının hörmətini qazanıb.
    Bu gün biz Samir Piriyevi müxtəlif televiziya verilişlərində tez-tez görürük. Hər dəfə də gənc müğənninin ucuz şoudan uzaq səhnə mədəniyyəti, davranışı tərtərlilər tərəfindən bəyənilir.
    Bilirik ki, həmyerlimiz qaynar, gərgin həyat yaşayır, tez-tez qardaş Türkiyədə olur, müxtəlif albomlar çəkdirir. Bununla belə, biz istedadlı həmyerlimizi cəbhə bölgəsi olan Tərtərdə, xüsusən də əsgərlərin yanında daha çox görmək istəyirik. Axı, hər bir insan üçün doğulduğu yer daha əziz olmalıdır.
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 07:50

    Teqlər:

İsmarıclar bağlıdır.