AZƏRBAYCANIN İSTİQLAL YOLUNUN İLK ZİRVƏSİ
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Belə ki, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Daha ətraflı »


Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşmasının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyublar.
Uğrunda döyüşdüyün torpaqlar indi azaddır! Çox sevdiyin Şuşa şəhəri doğma sakinlərini qoynuna alıb. Gözəlliyindən doymadığın Cıdır düzündən ətrafa yayılan musiqi sədaları qayalarda əks-səda verərək, bizim qalib, müzəffər xalq olduğumuzu dünyaya çatdırır.
Azər Məmmədov adına Dərmirçilər kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Dəmirçilər kəndinin girişində şəhid polis mayoru Vahid Tağıyevin xatirə lövhəsinin qarşısında açılış tədbiri keçirilib. Tədbiri giriş sözü ilə məktəbin veteran müəllimi, Vahid Tağıyevin müəllimi olmuş Oktay Məmmədov açıb. Qeyd edilib ki, Vahid Tağıyev cəsarətli, qorxmaz bir polis zabiti olmuşdur. Erməni işğalçılarının Vətənimizə qarşı torpaq iddiaları başlayanda, Vahid Tağıyev Rusiyanın Murmansk vilayətində yüksək rütbəli və vəzifəli şəxs kimi fəaliyyət göstərirdi. Lakin Vətənə məhəbbət və bağlılıq onu doğma yurduna qayıtmağa vadar etdi. Bir neçə il polis orqanlarında yüksək vəzifələrdə çalışdı. Nəhayət, doğma Tərtər rayonunun polis şöbəsinə təyinat aldı. Cəsur döyüşçü Vahid Tağıyev 1994-cü ildə aprelin 15-də Çaylı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ölkə rəhbərliyinin göstərişi ilə onu 2 saylı Şəhidlər Xiyabanında dəfn etdilər. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Kim bu cənnət vətə-nin uğrunda olmaz ki fəda?
Mən bu yazını Azərbaycanın Milli Qəhrəmanı, uşaqlıqdan həmişə haqqında atamın xatirələrini dinləyərək böyüdüyüm əfsanəvi Qəhrəman Vəzir Orucov haqqında yazıram.
“Müharibə ana fəryadıdır, qara örpəklər və bu örpəklər altında gəlinlərin ağaran saçları, ata həsrətli körpələrin nisgilidir”. Bu sözləri şəhid Polad Ərəbovun qardaşı, müharibə veteranı, keçmiş məcburi köçkün Nemət Ərəbov deyir.
1972-ci il avqust ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1990-cı ilin noyabr ayından 1992-ci ilin əvvəlinədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq Sovet Ordusu sıralarından qayıtdıqdan sonra erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Orduya daxil olub. 703 saylı hərbi hissədə Tərtər batalyonunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vəng kəndi ərazisində gedən döyüşlərdə şəhid olub. Həmin gün onun cəsədini döyüş yerindən götürmək mümkün olmamışdı. Digər 13 nəfərlə birlikdə 2 ay sonra, 17-18 yanvar 1993-cü il tarixdə bu ərazi düşməndən azad edildikdən sonra onun cəsədi oradan götürülüb doğma kəndə gətirilib orada torpağa tapşırıldı. Sarov kənd qəbiristanlığında dəfn edilib.
1970-ci il avqust ayının 30-da Tərtər rayonunun Poladlı kəndində anadan olub. Mamırlı kənd orta məktəbində orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 1987-1989-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ildən Milli Ordu sıralarında erməni quldurlarına qarşı mübarizəyə başlayıb. Milli Ordu sıralarında xidmət etdiyi müddətdə Ağdərə rayonunun yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 3-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Poladlı kənd qəbiristanlığında dəfn edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
Yeni ismarıclar