Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşmasının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyublar.
Sonra Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verilib.
Elman Hüseynovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.
Qəhrəmanın ailə üzvləri şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
-
21Yan
Müəllif: Redaktor, 11:43