Birinci Qarabağ müharibəsi veteranı və əlili Fazil Əsədzadənin qismətinə tərtərli Aytən adlı qızla ailə həyatı qurmaq düşmüşdü. İndi onun zəhmətkeş, öz alın təri ilə yaşayan xoşbəxt ailəsi var. Ailənin 2 oğlu -Nicat və Elsevər ata-ananın zəhmətlə qazandığı halallıq içərisində böyüyüblər. Nicat ailənin böyük oğludur. Bir az səhhətində nasazlığı varıydı. Orta məktəbi bitirdikdən sonra kompüter kursu bitirdiyi üçün, bu işlə məşğul olurdu.
2020-ci ilin iyul ayında Nicat həqiqi hərbi xidmətə çağrılır. Gədəbəy rayonunda hərbi hissələrin birində əsgərlik çəkir. Sentyabrın 23-də Nicatın hərbi hissəsi dəyişdirilir və onu Kəlbəcər istiqamətinə göndərirlər. Motoatıcı briqadanın 120 millimetrlik minaatan bölməsinin baş tuşlayıcısı vəzifəsinə təyin olunur.
Tarixə Vətən Müharibəsinin başlanğıc günü olaraq düşən 27 sentyabr 2020-ci ildə Daşkəsən-Kəlbəcər istiqamətində ordumuzun əsgəri kimi döyüşlərə qatılır. Güclü döyüşlər gedirdi. Nicat da Vətənin əsgəri kimi düşmənə qarşı ürəklə vuruşurdu. 4 oktyabr tarixdə onun xidmət etdiyi hərbi bölüyə əmr verilir ki, ermənilərin 3857 metr yüksəklikdə yerləşən “Göbələk” postunu dağıtmaq lazımdır. Bölmə əmri yerinə yetirmək üçün əməliyyata başladı, az bir zamanda motoatıcılar postu dağıdaraq həmlə taboruna yol açdılar. Həmin postda ermənilərin 3 ədəd ”D-44” topu, xeyli sayda iriçaplı pulemyotu məhv edilmişdi. Amma bölükdə heç kim zədə almamışdı. Buna görə çox sevinmişdilər. Daha ətraflı »
-
05MarHərbi vətənpərvərlik HƏRBÇİ PEŞƏSİ ATADAN OĞULLARA KEÇDİ üçün şərhlər bağlıdır
-
18FevHərbi vətənpərvərlik MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbəri Müs-təqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli ilə görüşüblər.
Görüşdə rayon rəhbəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunin 44 gün davam edən Vətən Müharibəsində qazandığı Qələbədən söz açıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə da-im yaşayacaq. Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, ölkəmizdə bu məsələlər dövlət siyasətinin əsas istiqamətidir.
Sonra şəhid Əjdər Sabirlinin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı atasına və qazi Ramil İbrahimlinin “Xocavəndin azad olunmasına görə” medalı isə özünə təqdim edildi.
Görüşdə şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, bu qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. -
10FevHərbi vətənpərvərlik Şəhidlər ölməz, Vətən bölünməz üçün şərhlər bağlıdır
ŞƏRƏFLİ ÖMÜR YOLU

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun ömür yolu cəmi 61 il davam edib. Ancaq bu 61 ildə əbədilik qazanıb, adı müasir Azərbaycan tarixinə yazılıb. Bu il fevralın 28-də qəhrəmanımızın 70 yaşı tamam olacaq. Elman Hüseynovun əziz xatirəsi xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə anılır, onun şəhərimizdəki büstü önündə, doğma kəndindəki məzarı qarşısında tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak edirlər. Elə bu yaxınlarda onun büstü önündə keçirilən tədbirdə qəhrəman həmyerlimizin şərəfli ömür yolunun səhifələri bir daha vərəqlənib.Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axal-kalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.
Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərq-lənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər Özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin no-yabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Daha ətraflı » -
10FevHərbi vətənpərvərlik, Şəhidlər ŞÜCAƏTLƏRİLƏ ADINI TARİXƏ YAZAN İGİD üçün şərhlər bağlıdır

Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qəhrəmanın doğulduğu Səhlabad kəndindəki şəhidlər abidəsinin önünə tər gül dəstələri qoyulub.
Tədbirdə Mehrac Mahmudovun şərəfli həyat yolunun səhifələri vərəqlənib. Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. Daha ətraflı » -
10FevHərbi vətənpərvərlik UNUTMAYAQ üçün şərhlər bağlıdır
Fevralda doğulan Vətən müharibəsi şəhidləri
Məmmədov Həsən Asif oğlu
Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Əmirov İsgəndər Yelmar oğlu
İsgəndər Əmirov 1967-ci ilin fevral ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
İsgəndər Əmirov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı » -
31YanHərbi vətənpərvərlik İstedadları tanıyaq üçün şərhlər bağlıdır
HÜSEYN ZƏFƏR TARİXİMİZLƏ FƏXR EDİR
Mən sizə Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbin V sinif şagirdi olan Hüseyn İsayevdən danışmaq istəyirəm. Ağıllı və çalışqan şagirdimiz bu yaxınlarda məktəbimizdə V-VI siniflər arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı yarışda qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
Ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı yarışın keçiriləcəyini eşidən Hüseyn çox həyəcanlandı və yarışmaya böyük həvəslə hazırlaşmağa başladı. Çalışqan olmaqla yanaşı, Hüseyn həm də iradəlidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, əlindən gələni etdi və qələbə qazandı. Bəli, Hüseyn İsayev rayonumuzun məktəbliləri arasında keçirilən “Zəfər tariximiz” adlı müsabiqədə birinci yerə layiq görüldü və Fəxri fərmanla təltif olundu.
Bu ilin yanvarında isə o, rayon tarix diyarşünaslıq muzeyinin təşkil etdiyi “İstedadlarımızı tanıyaq” adlı müsabiqədə birinci yeri qazandı və bununla da yeni ildə özünün ilk uğuruna imza atdı. Bu müsabiqədən də əliboş dönməyən şagirdimiz yenə də Fəxri fərmanla təltif edilmişdir.
Hüseyn deyir ki, mən “Dəmir yumruq” ətrafında cəmlənən ordumuz və xalqımızın qazandığı Zəfərlə fəxr edirəm. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı arzu edirəm.
Biz də balaca qəhrəmanımızın bu gözəl diləyinə qoşuluruq və ümid edirik ki, onun uğurları gələcəkdə də davam edəcək. Hüseyn böyüyəndə atası kimi hərbçi olmaq arzusundadır. Bu yolda ona uğurlar diləyirik.Kifayət Kərimova,
şəhər 3 saylı ümumi orta
məktəbin tarix müəllimi -
19YanHərbi vətənpərvərlik Birlik və həmrəyliyimizlə tarix yazdıq üçün şərhlər bağlıdır
Mehriban və Bağışlayan Allahın Adı ilə!
Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “Rəhman Allah qəlbi rəhmli insanlara rəhm edər. Yer üzündə onlara rəhm edin ki, Səmada olanda sizə rəhm etsin”. Biz bu hədisin canlanmasının və həyatımızda yaşamasının 2020-ci ilin 27 sentyabrında baş vermiş Vətənimizin bütövlüyü uğrunda gedən azadlıq döyüşlərində şahidi olduq. Həqiqətən də Azərbaycan xalqı mərd, sınmaz, fədakar, yeri gələndə son tikəsini paylaşmağı bacaran əzəmətli bir xalqdır! Mənfur düşmənin əlində olan nə qədər irili-xırdalı raket-mərmi, silah-sursatların törətdiyi itkilərə, faciələrə baxmayaraq, rəşadətli Ordumuzun irəli, ancaq irəli hücumundan tutmuş, təqaüdlə dolanan yaşlı bir kişinin öz təqaüdünü Ordumuza kömək üçün göndərməsinin və kiçik uşaqların balaca əlləri ilə bir neçə kartof qaynadaraq, yanına da su əlavə edib Ordumuza hədiyyə etməsinin şahidi oldu tarix! Nə gizlədək ki? Yaralı döyüşçülərimizi öz mülki maşınlarında xəstəxanaya qaçırdan insanlarımızı gördük, nəinki hərbçi, hətta mülki yaralıların da əksəriyyəti həyatda sağ qalmaları üçün Allahdan sonra həmin ürəyi özlərindən dəfələrlə böyük olan sürücü qardaşlara borcludur. Həmin gərgin, ağır sınaq zamanında musiqi məktəbimizin müəllimi Emin Vaqif oğlu neçə-neçə dinc sakinləri, təmənnasız və öz həyatını təhlükədə qoyaraq mərmi, raket atəşinin altından kənara çıxartdı. Daha ətraflı » -
19YanHərbi vətənpərvərlik Qazilərimiz üçün şərhlər bağlıdır
YARALANSA DA, DÖYÜŞÜ DAYANDIRMAYIB

Bu yaxınlarda bir ailənin çay süfrəsinin qonağı oldum. Rayonumuzda yaşayan Axundovlar ailəsinin. Vətən müharibəsi iştirakçısı olmasam da, bu ailənin övladı Misir Axundov haqqında məqalə yazmağı özümə borc bilib, qürur sandım.
Onlar şəhərimizin Əli İsmayılov küçəsində yaşayırlar. Ailə başçısı Hilal Axundov 1979-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Mətanət Ələkbərova 1978-ci ildə Tərtərdə doğulub. Ailənin 3 oğlan və 1 qız övladı var: Misir, İsmayıl, Nurlan və Fidan. Misir orta məktəbi bitirdikdən sonra 2018-ci ildə Gəncə Dövlət Regional Kollecinə daxil olub.
2019-cu ilin 5 iyulunda həqiqi hərbi xidmətə çağrılıb. O, “Həmlə əməliyyatı” taborunda kəşfiyyatçı məsafə ölçən vəzifəsində şərəflə xidmət edib. Həmin tabor Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Misir Axundov bir kəşfiyyatçı kimi düşmənin texnikası barədə məlumatları, postlarının koordinatlarını rabitə vasitəsi ilə komandirlərinə məruzə edirdi.
Oktyabrın 2-də Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə o, bud nahiyəsindən yaralanıb. Yoldaşı onun yarasını sarıyıb, qanaxmanın qarşısını alandan sonra yaralı olmasına baxmayaraq, düşmənin koordinatlarının komandirə ötürülməsinə nail olub. Məlumatları ötürəndən sonra düşmənin atdığı top mərmisinin onların yaxınlığına düşməsi nəticəsində Misir başından ağır qəlpə yarası alıb. Daha ətraflı » -
07YanHərbi vətənpərvərlik ÖLMƏZLİYƏ QOVUŞAN İGİDLƏRİMİZ üçün şərhlər bağlıdır
“HƏR QAPIMIZI DÖYƏN BALAMIN QONAĞIDIR”
Növbəti dəfə yollanıram o evə. Ömrünün 25-ci payızında şəhadətə qovuşan Mehdi Məmmədovun evinə. O evə hər gedişimdə yol boyu fikrimdə bir az sonra dərdli gözlərində gəlişimi sevinclə qarşılayan Laləzar ananı canlandırıram. İndi bir ziyarətgaha çevrilən evinin qapısını hər gələnə ürəklə, qəribə bir sevinclə açır. Onunla hər görüşümdə də hiss etdiyim məhz bu idi. Dərdli gözlərdəki o sevincin adı – təsəllidir. Bəli, o bundan sanki təsəlli alır. Bu evi ziyarət edənləri şəhid balasının, tək ciyərparəsi Mehdinin qonaqları sanır. Düşüncələrimdə gəldiyim qənaəti söhbətimiz əsnasında dilə gətirdi:
– Mehdi qonaqpərvər bir uşaq idi, müəllimə. Onun mülayim xasiyyəti bütün qohum-qonşuları özünə cəlb edirdi. Bu ev bir gün qonaqsız olmayıb onun sağlığında. İndi də elə bilirəm ki, hər qapımızı döyən balamın qonağıdı və o günlərdi.
Laləzar ana öz övladı ilə hər zaman qürur duyub. Mehdi Sarıcalı kəndinin ən yaxşı gənclərindən biri olub. Gənc olmasına baxmayaraq, bir ağsaqqal düşüncəsi, təmkini olub. Hər kəs ona hörmət edir və sevirdi.
Ailədə bir bacı və bir qardaş olan Mehdi uşaqlıqdan çox çətinliklə böyümüşdü. Ailənin həm oğlu, həm kişisi idi. Ana və bacısının, evinin bütün ehtiyacları onun çiyinlərində idi. Ata qayğısı görməmişdi, atasız böyümüşdü Mehdi. O, anası və bacısına maddi ehtiyac hiss etdirməmək üçün gecə-gündüz işləyirdi. Halal zəhmətlə ailəsini keçindirirdi. Bir arzusu vardı. Anası yaxşı şəraitdə yaşasın deyə təzə bir ev tikmək istəyirdi. Daha ətraflı » -
07YanHərbi vətənpərvərlik “BOYKA” ADI İLƏ TANINAN ŞƏHİD üçün şərhlər bağlıdır
Şəhid Abbasov Elvin Şamil oğlu əslən Umudlu kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı ailəsi Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkün düşüb. Bərdə rayonunun Hacılı kəndində yaşasalar da, Tərtər rayonu Umudlu kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Elvin Abbasov isə 1993-cü il mayın 6-da Tərtərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidməti uğurla başa çatıb. Hərbidə olan nizam-intizam qulluq müddətində Elvini özünə cəlb edib, orduda xidmət etmək marağı yaradıb. Əsgəri borcunu verib qayıtdıqdan az sonra müddətdən artıq xidmətə yazılır. Daxili qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstədə baş çavuş kimi fəaliyyət göstərir. Vətən müharibəsi başlayanda artıq 8 il idi ki, müddətdən artıq xidmət edirdi. Bu müddətdə hərbi işi daha mükəmməl mənimsəmişdi. Yarasalar adlandırılan bölükdə ona xüsusi ad verilmişdi –“Boyka” adı ilə tanınırdı. Döyüş hazırlığı və hərbi bacarığı ilə fərqlənirdi “Boyka”.
Tarixə Vətən müharibəsinin ilk günü kimi yazılan 27 sentyabr 2020-ci il. Elvin Abbasov şiddətli döyüşlərin getdiyi əraziyə – Cəbrayıl istiqamətinə göndərilir. Onun döyüş yolu Cəbrayıldan, Xocavənddən, Zəngilandan, Daşaltıdan, Hadrutdan keçib. Bu ərazilərdə güclü döyüşlərdən öz şücaəti ilə çıxıb “Boyka”. Daha ətraflı »


Yeni ismarıclar