Doğma evin divarları…
Bu gün ailə mövzusu cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdəndir. Nəyə görə gənc ailələr belə həssas və dözümsüz olublar?
Yaşlı nəslin nümayəndəsi kimi bu barədə düşünərkən belə qənaətə gəlirəm ki, səbəblərdən biri, bəlkə də ən böyüyü elə bizim gənc nəslə televiziya, sosial şəbəkələr vasitəsilə təqdim etdiyimiz nümunələrdir. Çoxları bu fikirlə razılaşmır və bildirirlər ki, ailə kiçik bir dövlətdir və tərbiyə ilk növbədə buradan başlamalıdır. Bəli, ailə kiçik dövlət və cəmiyyətimizin bir parçasıdır. Ancaq, əlbəttə ki, ailə cəmiyyətdən ayrı deyil. Ona görə burada valideynlərin rolu nə qədər vacib olsa da, böyüyən nəsil eyni zamanda gözünü açıb televiziya ekranlarında, sosial şəbəkələrdə təbliğ edilən bəzi səviyyəsiz verilişləri görür, onların şüuru getdikcə zəhərlənir.
İndi yeni ailə quranların heç biri valideynlərlə yaşamaq istəmir. Ailələr tanışlıq üçün bir araya gələndə ilk verilən sual “evi varmı, harada yaşayacaqlar” olur. Əgər “valideynlərlə yaşayacaqlar” cavabı verilirsə, bəri başdan bu iş alınmır.
Halbuki nənə və babalar yeni evlənənlər, eləcə də nəvələr üçün bir “xəzinə”dir və onlar yaşlı nəsildən öyrəndiklərini heç bir məktəbdə, televiziyada, internetdə öyrənə bilməzlər.
Ailədə böyük sözünün, nəsihətinin eşidilməməsinin nəticəsidir ki, bəzi gənclər milyonların qarşısına çıxıb, şou yaradan aparıcıların vasitəsilə öz övladlarının atası kim olduğunu aydınlaşdırmağa çalışırlar. Xalqımızın mentalitetinə uyğun olmayan, ikrah hissi doğuran bu hərəkətlər uşaqların tərbiyəsinə ciddi mənfi təsir göstərir. Daha ətraflı »


Hər il olduğu kimi, bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə qeyd olunub.

Bu gün baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq bayramı olan Novruz Qəhrəman Tərtərdə təntənə ilə qeyd olunub.
Milli kimlik bir xalqın varlığını qoruması və gələcək nəsillərə ötürməsi üçün vacib amildir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri ilə bağlı olan Novruz bayramı bu kimliyin ən mühüm sütunlarından biridir. Əsrlər boyu müxtəlif çətinliklərə və xarici təsirlərə baxmayaraq, Novruz bayramı xalqın ruhunu yaşadan, birlik və həmrəylik hissini gücləndirən bir bayram olaraq qalıb. Bu bayram təkcə təbiətin oyanışı və yeni ilin başlanğıcı deyil, həm də xalqımızın mədəni və tarixi mirasının bir rəmzidir.
Od insanın yaradılış prosesinin ikinci mərhələsidir. Od tərəqqidir, inkişafdır, işıqdır, istilikdir, qoruyucudur. Od Günəşin özüdür, enerji selidir, gündüzdür, qaranlığın, zülmətin qənimidir.
Su dirilikdir, başlanğıcdır, ilk mövcudiyyətdir, həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir, mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə də təbiətin oyanmasına təkan verən başlıca qüvvədir.
Dil, insan cəmiyyətinin ən vacib ünsürlərindən biridir. O, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda bir xalqın tarixi, mədəniyyəti və kimliyini daşıyan əsas amildir. Hər bir xalqın özünəməxsus dili var və bu dil həmin toplumun düşüncə tərzini, dünyaya baxışını və dəyərlərini formalaşdırır.
Xalqımızın çoxlu sayda özünəməxsus gözəl adət-ənənəsi var. Bunları yaşatmaq gənc nəslin üzərinə düşür. Bundan ötrü öz-soy kökümüzə bağlı olmalıyıq.

Kəndirbazlıq və yarışlar
Bismilləhir Rahmənir rahim!
Yeni ismarıclar