Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Noy

    Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da, qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş Günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
    İllərin ayrıcında dayanıb olub-keçənlərə, baş verən hadisələrə qiymət vermək fikrində deyilik. Bu haqda çox deyilib, çox yazılıb. Məqsədimiz başqadır. Axı, üç ildən bəri rayonumuzun köhnə adının bərpasına, qəzetimizin “Tərtər” adı ilə çıxmasına çalışılıb. Birinci məsələnin həllinə qismən (ona görə qismən deyirik ki, rayon Sovetinin verdiyi qərarın təsdiqi gecikir) nail olsaq da, ikinci məsələ artıq həll olunubdur. “Tərtər” yeni ildə təzə-tər xəbərləri, məqalələrilə görüşünüzə gəlibdir. Sizi əmin edirik ki, “Tərtər” ulu babası “Əkinçi”nin adətənənələrinə sadiq qalıb oxucuların yaxın dostuna, sevimlisinə çevriləcəkdir. Qəzetimizdə rayonumuzun həyatı, kəndimizin problemləri, mədəniyyət və maarifi, gələcək perspektivləri, narahat dünyamızda baş verən hadisələr haqqında yazılar, maraqlı xəbərlər dərc ediləcəkdir.
    Çalışacağıq ki, milli soy-kökümüzü özündə əks etdirən “Tərtər”in hər nömrəsi Sizi sevindirsin, maraq dairənizi əhatə etsin, “Molla Nəsrəddin kimi düzü-düz, əyrini-əyri” göstərsin. Əziz oxucularımız, bunun üçün ancaq sizə güvənirik.

    Redaksiya heyəti
    “Tərtər” qəzeti ,
    1 yanvar 1991-ci il

    Müəllif: Redaktor, 09:06

İsmarıclar bağlıdır.