Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” adlı növbəti tədbirini Tərtərdə keçirmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra sözü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə vermişdir. Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirmişdir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Daha ətraflı »
-
23AprMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimiz və müasirlik üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
23AprMilli-mənəvi dəyərlər Milliliyimizə yad adətlər yamağa bənzəyir üçün şərhlər bağlıdır
Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələridir. Milli-mənəvi dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşən xalq xoşbəxtdir. Bütün dünya xalqlarının mədəniyyətində əməksevərlik, ədalət, səxavət, mərhəmət kimi yüksək əxlaqi keyfiyyətlər tərənnüm olunur. Müdrik insanların yaratdıqları mənəvi dəyərlər xalqın mənəvi dəyərlərinin əsasını təşkil edir. Tarixin dərinliklərindən süzülərək saflaşan milli-mənəvi ailə dəyərlərimiz nəsildən-nəsilə ötürülərək qorunub sax- lanılır. Azərbaycan ailəsinin dəyərləri başqa xalqlara bir örnəkdir. Əsrlər boyu xalqımız ailə qurulmasını, onun möhkəm olmasını müqəddəs hesab etmişdir. Azərbaycan ailəsinin bünövrəsini sədaqət, məhəbbət, mərhəmət, birlik, zəhmətsevərlik təşkil edir. Ulu Öndərdərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev demişdir: «Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
11AprMilli-mənəvi dəyərlər Dini radikalizmlə mübarizə üçün şərhlər bağlıdır
Tərtərdə Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Tərtər, Goranboy, Naftalan və Şuşa rayon polis şöbələrinin rəhbərləri və şəxsi heyəti iştirak etmişdir.
Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açmış, sonra “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə etmişdir.
Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səy-yad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixoloji təsir vasitələri barədə danışmışdır.
Tədbiri Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov yekunlaşdıraraq bildirmişdir ki, rayonda dini radikalizmə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.
Teqlər: Xəbərlər
-
10MarMilli-mənəvi dəyərlər Televiziya ekranı və milli mentalitetimiz üçün şərhlər bağlıdır
Televiziya ekranı və milli mentalitetimiz
«Dəyirman öz işindədir, çax-çax baş ağrıdır»
(Atalar sözü)
Hazırda televiziya ekranlarından milli mentalitetimizə vurulan ağır zərbələri ən azından bir qədər yumşaltmaq üçün yüksək səviyyələrdə, hətta Prezident adminstrasiyasının rəhbəri hörmətli Ramiz Mehtiyev tərəfindən dəfələrlə kəskin iradlar söylənilməsinə baxmayaraq, onlar yenə öz əməllərindədir, yəni «Dəyirman öz işindədir, çax-çax baş ağrıdır». Mən də dəfələrlə milli-mentalitetimizə qənim kəsilən, düşmən mövqeyindən əl çəkməyən bu üzdən iraq televiziya kanalları haqqında ciddi yazılar yazıb respublika mətubatında çap etdirmişəm. Lakin «zəhmətim özümə qalıb», heç kəs bu yazılara əhəmiyyət verməyib, yəni «cəhd çarıq yırtar» məntiqindən o yana getməyib.
Yaxşı, bəs nə edək? Oturub gözləyək ki, görək bu millimənəviyyatsızlar milli-mənəvi dəyərlərimizin axırına nə vaxt çıxacaqlar?! «söz azadlığı», «müstəqillik» anlayışlarını əllərində bayrağa çevrilib, bu qədim-qayın xalqın tarixinə ermənilərdən betər ləkə yaxan, adət-ənənələrimizə xor baxan müstəqil televiziya kanallarına hansı yolla təsir olunmalıdır ki, onlar bu nankorluğa son qoysunlar?!
«İndi bazar iqtisadiyyatıdır»–deyib, «başlı-başını saxlasın» prinsipi ilə işləyərək, Azərbaycan xalqının milli mental dəyərlərini yıxıb sürümək də düz deyil, axı! «Dədəm mənə kor deyib, hər yetəni vur deyib» düşünərək, ağına-bozuna baxmadan milli-mənəvi keyfiyyətlərimizə yad və iyrənc olan əməlləri təlqin və təbliğ etmək hansı əndazəyə sığır ki? Daha ətraflı »
Teqlər: Mədəniyyət
Yeni ismarıclar