27Apr
QƏLƏBƏ MÜJDƏSİ İLƏ QARŞILADIQ
Aprelin 2-də erməni silahlı qüvvələrinin başladığı hücum əməliyyatları Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ermənilər cəsur əsgərlərimizin əkszərbələri qarşısında tab gətirməyərək geri çəkilməyə məcbur oldular. Bir neçə mühüm strateji yüksəklik ordumuzun nəzarəti altına keçdi.
Belə bir vəziyyətdə ordu ilə yanaşı media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdü. Tərtər hələ heç zaman bu qədər jurnalist ordusunu qəbul etməmişdir. Bunların arasında yerli KİV-lərin nümayəndələri ilə yanaşı, xarici xəbər agentliklərinin də təmsilçiləri çox idi.
Əlbəttə ki, rayon qəzeti olaraq kollektivimiz də bu günlərdə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdı. Foto-müxbirimiz Kənan Hüseynzadə gecə-gündüz ən qaynar nöqtələrdə oldu, onun çəkdiyi şəkillər öz qəzetimizlə yanaşı müxtəlif mətbuat orqanlarında dərc edildi.
Qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının 82 illiyini beləcə qarşıladıq. Bu ildönümü ilə yanaşı Böyük Qələbəmizin başlanğıcını ruh yüksəkliyi ilə qeyd etdik. Xalqla ordumuzun möhkəm birliyinin, bir-birinə arxa-dayaq durduğunun şahidi olduq. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda «Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında» imzalanmış müqavilə ilə əlaqədar təsis olunub. O vaxtdan dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət Günü kimi qeyd olunur. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.
Çünki Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Bel-çikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yaranıb.
Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə tarixi abidəmizin, incəsənət əsərinin, kitabxanaların və digər mədəni irsimizin talan edilməsinə göz yumur. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqlara ayaq basdı. Deməli, Qələbə Günü uzaqda deyil. Biz o yerlərə qayıdacağıq və düşmən öz əməlinə görə cavab verəcək.
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edi-lən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəlliflik hüququnun Kitab ilə təmasda olması, «Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna» yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, «onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur».
Hər bir oxunan kitabın bəhrəsi yeni kitabdır, yeni biliyə yol açan bilik mənbəyidir, yaradıcılıq və kreativlik fenome-nindən irəli gələn «Müəllif» anlayışı və Müəlliflik hüququdur.
Dünya rəqəmləşir, bilik mənbələri əsasən İnternetə köçür, yalnız Avropa rəqəmli kitabxanasında 35 dildə 135 mln. rəqəmli sənədlər mövcuddur, Google-Edition 3 milyondan artıq kitab təklif edir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
Bu dəfə rəşadətli ordumuz elə ilk andan mənfur ermənilərin gözlərini qırdı, onları silahları, texnikanı qoyub qaçmağa məcbur etdi. Doğrudur, itkisiz müharibə yoxdur. Şəhidlərimiz oldu…
Belə şəhidlərimizdən biri də Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevdir. İnqilab əslən tərtərli olsa da, Gəncə şəhərində yaşayırdı. O, C.Naxçıvanski adına hərbi liseyi, Bakı Ali Hərbi Akademiyasını bitirmişdi, Türkiyədə zenit qurğularının dilini öyrənmək üçün hərbi təhsil almış –artilleriya kursu keçmişdi. Demək olar ki, ömrünün 20 ilini məhz hərbi xidmətə sərf etmişdi. Qərargahda əməliyyat bölməsinin komandir müavini vəzifəsində çalışırdı, daim əsgərlərin yanında olurdu. Ara qarışanda top komandiri təyin edilmişdi. Gözəl döyüş xəritəsi çəkməyi bacarırdı. Bu səmimi sözləri şəhid zabitimizin dayısı Ədalət danışdı. Onu da bildirdi ki, İnqilabın uşaqlıqdan arzusu hərbçi olmaq idi. Bu istəyini reallaşdırmaq üçün çox çətinliklər , əzab-əziyyətlər çəkmişdi. Çox cəngavər oğlandı. Sağlam cüssəli, ağıllı bir hərbçi idi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
“Şəhid olmağa gedirəm”
Bu sözləri kəşfiyyatçı Nicat İsgəndərov son döyüşə gedərkən söyləmişdi. Telefonda onun səsi qalıb. Bir az həyəcanlı, bir az sevincli. Döyüş dostları deyirlər ki, bu məqamı–torpaqlarımızı azad etmək əmrini hər birimiz gözləyirdik. Nicat da həmin əmri beşillik hərbi həyatının zirvəsi kimi qəbul etdi.
Döyüşə ruh yüksəkliyi ilə qatıldı və aprel hadisələri zamanı Füzuli istiqamətində cəbhədə həlak olan ilk şəhidlərdən biri oldu.
Atası Bəhruz İsgəndərov deyir:
–Biz bu günə hazır idik. Çünki kəşfiyyatçının hər anının təhlükəli olduğunu bilirdik.
“Nicat dünyanın ən yaxşı oğullarından biriydi”
–Öz oğlum olduğuna görə demirəm, –Bəhruz ata fikrini davam etdirir. Nicat həqiqətən dünyaının ən yaxşı oğullarından biri idi. Nə mənim, nə də anasının sözündən hec zaman çıxmazdı. Tək bizi, bacısını deyil, bütün qohum-əqrabanı, qonşuları daim sevindirməyə, yaxşılıq etməyə çalışırdı. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
Rayon mədəniyyət evində “Yaddaş” studiyası tərəfindən Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər” Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filminin təqdimatı olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrə-manın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak etmişlər. İlk sözü “Yaddaş” sənədli filmlər studiyasının direktoru Cavid İmamverdiyev demiş, sonra rejissor Nizami Abbas filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun döyüş yoldaşlarına minnətdarlığını bildirmişdir.
O dövrdə “Tərtər” Özünümüdafiə Batalyonunun qərargah rəisi olmuş Pənah Məmmədov çıxış edərək döyüş dostu haqqında öz ürək sözlərini bildirmişdir. Elman Hüseynovun oğlu Emin atası ilə bağlı xatirələrini dilə gətirmiş, filmin yaradıcı heyətinə, rayon rəhbərliyinə, filmə baxmağa gələn hər bir tərtərliyə təşəkkür etmişdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
Torpaq uğrunda ölən varsa, vətəndir. Bəli, torpaqlarımızın bütövlüyü uğrunda canından kecib şəhidlik zirvəsinə ucalan vətən oğullarımızdan biri də rayonumuzun Kəngərli kənd sakini kiçik cavuş Abbaszadə Elşad Raquf oğludu. O, 14 iyul 1993-cü ildə anadan olub. 2008-ci ildə Tərtər peşə məktəbində meyvə-tərəvəz ustası peşəsinə yiyələnib. 2010-cu ildə oranı bitirib.
2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən yenidən müddətdən artıq qulluq etmək üçün hərbi xidmətə gedib.
Elşadgil ailədə 3 uşaq olublar. Iki oğlan, 1 qız, Elşad ailənin böyük oğlu idi. O, hələ kiçik yaşlarından kənddə özünə hörmət, izzət qazanmışdı. Daim böyüyün, kiçiyin yerini bilən, dindirəndə “bəli”, “xeyrlə” danışan, elini, obasını sevən vətənpərvər bir gənc idi.
Kiçik çavuş Elşad Abbaszadə cəbhədə tağım komandiri olub. Özü də gözəl pulemyotçu idi . Həmişə sinəsinə sıxdığı “RK” pulemyotu ilə hədəfi sərrast nişan alar, istədiyinə nail olardı. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
07Apr

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) ilə görüşüb. Qeyd edək ki, 29 aprel 2015-ci ildə Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası (Parlamenti) tərəfindən Azərbaycanda mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin təqdir olunduğu sənəd qəbul edilib.
Dövlət müşaviri Kamal Abdullayev qonağı salamlayıb, Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə Con Həmbrikə minnətdarlığını bildirib: “Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
07Apr

“Sülhə gəlin, ey insanlar!” Bu çağırış müasir qloballaşan dün-yamızda xüsusilə aktualdır və mənə elə gəlir ki, 2016-cı il 25-27 apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda digər məsələlərlə yanaşı bu fikir də beynəlxalq səviyyədə dialoq və əməkdaşlıq şəraitində müzakirə ediləcək. Son illər Azərbaycan müxtəlif dövlətləri, sivilizasiyaları bir araya gətirən məkana çevrilib. Dini dözümsüzlüyün, irqi ayrıseçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Azərbaycanda multikultural dəyərlərə böyük önəm ve- rilir.
“Multikulturalizm” sözü dilimizə yeni gəlsə də, ölkəmizdə bu anlayış daim olmuşdur və qədim dövrlərdən bu günədək azərbaycanlılar başqa millətlərin və dinlərin nümayəndələri ilə dostluq və mehribançılıq şəraitində yaşamışlar.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini bildirərək deyib: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
07Apr
QƏLBLƏRİ QIRMAYAQ!
Bismillahir Rəhmanir Rəhim.
Mehriban və bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin”… (Bəqərə s., ayə 208) .
“…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” ..(Maidə s., ayə 32). Bu ayələr, daha doğrusu, bu hökmlər, bütün aləmləri içindəkilərlə bərabər xəlq edən Uca Allah tərəfindən, Hörmətli Rəsulu (elçisi) vasitəsiylə bütün insanlara göndərilmişdir.
Quranın başqa bir ayəsində isə (Bəqərə s., ayə11), insanlara fitnə-fəsaddan uzaq durmaq əmr olunur.
Yer kürəsi birlikdə bütün insanların yaşadıqları bir evdir sanki. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar