
XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox? Daha ətraflı »
-
10YanMilli-mənəvi dəyərlər TELEVİZİYA VƏ İNTERNET MƏKANLARINDA ÖZBAŞINALIQ üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
20DekMilli-mənəvi dəyərlər Məişət zorakılığı üçün şərhlər bağlıdır
YÜZ ÖLÇÜB, BİR BİÇMƏK LAZIMDIR
–Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
Bütün ailələrin çəkə biləcəyi yükü, çətinliyi olduğu kimi, ideal ailənin də yoxluğu məlum məsələdir. Bu problemlər ailə üzvləri arasında öz həllini tapmalıdır. Bəzən həllini tapmayan məsələlər ailə münaqişəsinə, hərdən isə məişət zorakılığına yol açır. Belə hallar qadın və uşağa, hətta övladın valideynə güc tətbiq etməsinə gətirib çıxarır.
Məişət zorakılığının baş verməsi səbəblərini sosioloqlar “qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər”, psixoloqlar insanlarda “psixoloji pozuntuların yaşanması”, həkimlər isə “narkotik və alkoqol” kimi vasitələrin insan həyatına daxil olması ilə əlaqələndirirlər.
Bəzən məişət zorakılığı ilə üzləşən qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və fikirləşirlər ki, camaat məni öz həyat yoldaşımdan şikayət etdiyim üçün qınayar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10DekMilli-mənəvi dəyərlər İNSANLARI NƏYƏ VƏ NƏDƏN SÜRÜKLƏYİRSİNİZ? AĞLIN ÇAŞIB, YAFƏS TÜRKSƏS?! üçün şərhlər bağlıdır
Bu yaxınlarda sevə-sevə oxuduğum “Ədalət” qəzetində gənc yazar Ayxan Ayvazın Yafəs Türksəslə müsahibəsini oxudum (16 noyabr 2018-ci il). Etiraf edim ki, Yafəs Türksəs haqqında heç bir məlumatım yox idi, şeirləri ilə də tanış deyildim. Ancaq yazıdan onun da, onun sevgilisi kimi təqdim etdiyi (deyəsən o da tanımadığım şairələrdəndir) Yeganə xanımın həyat yoldaşının da nə qədər “xoşqeyrət” olduğunu anladım. Müsahibədə sevdiyi qadının həyat yoldaşı haqqında dediklərini olduğu kimi yazıram: “Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. (A kişilər, dünya ədəbiyyatı bizə biqeyrətsizlikmi öyrədir ?!). Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi (qeyrətinə heç kim yox, elə öz həyat yoldaşı qurban olsun) bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb(?). Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdur, dostuq, eləcə mənim saçımı sığallayır.” Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
30NoyMilli-mənəvi dəyərlər “DİLİNİ BİLMƏYƏN ANASINI TANIMAZ” üçün şərhlər bağlıdır
Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
Biz körpəlikdən qocalanadək bu dili eşidə-eşidə yaşayırıq. Dil ilə insanlar bir-biri ilə ünsiyyət bağlayır, qəlbindəki sözləri bir-birinə çatdıra bilirlər.
Vətənə, xalqa, anaya, dilimizə məhəbbət bu dili oxuyub-yazmağı bacardıqdan sonra daha da güclənir.
Hal-hazırda müstəqil dövlətimiz, ordumuz, hakimiyyət orqanlarımız, pulumuz var. Başqa ölkələr bizimlə ticarət əlaqələri, mədəni əlaqələr saxlayırlar.
Dünyadakı 50 milyon azərbaycanlının 10 milyona yaxını doğma ölkəmizdə yaşayır. Mühacirətdə olan həmvətənlərimiz qürbətdə yaşasalar da, dilini və adətlərini unutmurlar, xalqımızı və dilimizi layiqincə təmsil edirlər. Erməni quldurlarının başımıza açdığı oyunları, torpaqlarımızın 20%-indən çoxunu işğal etdiklərini dünya ictimaiyyətinə çatdırırlar. Bütün bunların hamısı xalqımızın öz vətəninə, həmçinin öz dilinə sevgisindən, məhəbbətindən irəli gəlir. Millətimizin qərib ölkədə olan bir çox övladları xaricdə doğulsalar da, doğma dilimizdə danışır və anadilli elm ocaqlarında təhsil alırlar.
Mənim xalqım doğma, şirin ana dilini heç vaxt unutmur və unutmayacaq da! Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
30NoyMilli-mənəvi dəyərlər MƏİŞƏT ZORAKILIĞI, AİLƏ MÜNA-SİBƏTLƏRİNDƏ QADIN HÜQUQLARI MÖVZUSUNDA SEMİNAR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-(AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.
Layihə üzrə növbəti seminar Tərtər rayonunda təşkil edildi.
Seminarı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açaraq layihənin əhəmiyyətindən bəhs etdi.
Seminarlar zamanı bəzi iştirakçılara hüquqi məsləhətlər verildi.“Yeni Tərtər”
Teqlər: Milli-mənəvi dəyərlər
-
30NoyMilli-mənəvi dəyərlər BİZ HARA GEDİRİK? üçün şərhlər bağlıdır
Yazıma heç bir giriş vermək istəmirəm.
Bu yaxınlarda xəbər saytlarının birində belə bir xəbər oxudum: 34 yaşlı bir bəy qadın götürüb otelə gedir, oteldən çıxanda həyat yoldaşını otelin dəhlizində ərəblərlə görür. Ayağımın altından yer qaçır. Bu xəbəri oxuyanda bir qadın kimi xəcalət çəkdim. Fikirləşdim: “Elə kişinin belə də arvadı olar”.
Yaxın keçmişdə hər bir bölgədə barmaq sayı ilə sayıla biləcək əxlaqsız insanlar var idi. Niyə? Çünki ictimai qınaqdan qorxurdular. Bəs indi? “Anam deyil, bacım deyil, mənə nə?”, deyənlər çoxalıb.
Güya Avropalaşmaq, süni intellektual səviyyə yaratmaq yolu ilə hara gedirik?! İnteqrasiyadan lazım olanı deyil, lazım ol-mayanları götürə-götürə ailələrin təməli sarsılır, təmiz hisslərə kölgə düşür, nikahlar pozulur.
Hansı xəbər saytını açırsan, görürsən ki, qardaş bacıya, ata qıza, qohum-əqraba biri-birilərinə qarşı elədikləri əxlaqsız hərəkətlər baş alıb gedir. Az qala bakirəlik lağa qoyulur. Əvvəllər ürəyindən nəsə keçənlər ictimai qınaqdan çəkinib hisslərini özlərinə belə etiraf etməkdən utanırdılar, çünki buna şərait yox idi. İndi isə internet, mobil telefonlar hər şeyi adiləşdirib. Həyat yoldaşı çörək pulu qazanmaq üçün evdən çıxır, qadını isə müxtəlif internet səhifələrində “ov” axtarır, pullu sevgili sorağına düşür. Daha ətraflı »Teqlər: Digər, Milli-mənəvi dəyərlər
-
10OktMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
“BALA KİRPİ” İLƏ “BALA TUTUQUŞU”nun SÖHBƏTİ

“Bala Tutuquşu” təzəcə dil açırdı. Anası ona Azərbaycan dilini öyrədirdi.
Bir gün “Bala Kirpi” ilə “Bala Tutuquşu” rastlaşdı.
–Salam, necəsən?–deyə, “Bala Kirpi” soruşdu.
“Bala Tutuquşu” cavabında dedi:
–Privet, brat, vse xoroşo.
“Bala Kirpi” fikirləşdi: “Əlbət, bu, şəhərdən gəlib, ona görə rus kəlmələri işlədir. Sonra bu fikirdən daşındı. O, üst-başından şəhərliyə oxşamırdı. Düşündü ki, bəlkə bunun valideynlərindən biri rusdu?
Fikirləşdiyini dilinə gətirdi:
–Sən hansı millətdənsən?
–Çisti azərbaycanlıyam. Papam Şəkidəndir, mamam Bakıdan.
–Sənin neçə yaşın var?
–Uje uşkola gedirəm. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20SenMilli-mənəvi dəyərlər MƏHƏRRƏM AYINDA SAVAB İŞLƏR GÖRÜLMƏLİDİR üçün şərhlər bağlıdır
Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayıdır. İslamdan əvvəl məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.
Məhərrəm ayının İslamdakı rolu və əhəmiyyəti hicri 61-ci ildə (Miladi tarixlə 639-cu il) Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qalıb. Bələ ki, Yer üzündə Xeyirlə Şərin mübarizəsi hər zaman davam edir. Biri Haqq uğrunda çalışır, digəri isə fitnə-fəsad törədir. Bunun nəticəsində isə tarixin səhifələrindən heç vaxt silinməyəcək insanlar yaddaşlara əbədi həkk olunur. Onlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) sevimli nəvəsi İmam Hüseyndir (ə). Milyonlarla insan İmam Hüseynin faciəvi ölümünü hər il anır, matəm saxlayıb şənliklərdən uzaqlaşır. Səbəb isə onun fədakarlığı, haqq işi uğrunda yolundan dönməməsidir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10SenMilli-mənəvi dəyərlər UŞAQLARI ZƏRƏRLİ DİNİ CƏRƏYANLARDAN QORUYAQ üçün şərhlər bağlıdır
Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birgə seminar təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” adlı tədbirdə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalmasından və ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.
Təşkilatın sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdə adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
30AvqMilli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAQ üçün şərhlər bağlıdır
“QONAQ ALLAH QONAĞIDIR”
Qədim Azərbaycan adət-ənənəsinə görə qonaq Allahın qonağı sayılır. Hər bir evdə, hətta kasıb ailələrdə belə qonaqlar üçün ayrıca otaq ayrılır. Ən yaxşı əşyalar burada saxlanılır, bahalı qabqacaq qonaqlar gələndə işlədilir. Ona görə də bütün dünyada Azərbaycanın adı çəkiləndə ilk növbədə xalqımızın qonaqpərvərliyi, səmimiyyəti yada düşür.
Azərbaycan ədəbiyyatında, xüsusən də dastanlarımızda bu adətlərə geniş yer ayrılır, insanlarımızın qonaqpərvərliyi təsvir olunur. Dədə Qorqud dastanında deyilir ki, qonaq olmayan evlər dağılsa yaxşıdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli öz əsərlərində qonaqpərvərlik səhnələrini çox gözəl yaratmışlar. Azərbaycana, o cümlədən Tərtərə səyahət edən Aleksandr Düma xalqımızın qonaqpərvərliyi haqqında heyranlıqla yazmışdır.
Azərbaycan inanclarına görə, qonağın ruzisi özündən əvvəl gəlir. Həm də onu da deyirlər ki, qonağı necə qarşılasan, Allah da ruzini ona uyğun yetirəcək. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər


Yeni ismarıclar