Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,081
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May
    Milli-mənəvi dəyərlər MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ üçün şərhlər bağlıdır

    Multikulturalizm müxtəlif mədəni dəyərlərin dövlət tərəfindən tanınması və qorunması, bu dəyərlərin vahid cəmiyyətdə yerləşdirilməsidir.
    Qədim zamanlardan ölkəmiz başqa vətəndaşları öz həmyerlilərimizdən ayırmayıb, onların özlərini qürbətdə hiss etməmələri üçün hər cür şərait yaradıb. Azərbaycanda etnik axınların hər zaman güclü baş tutmasına səbəb məhz torpağımızın münbitliyi, ölkəmizin dünyanın ən gözəl guşələrindən birində yerləşməsi, xalqımızın sülhsevər olmasıdır. Hal-hazırda yurdumuza gələn turistlər də xalqımızın qonaqpərvər olduğunu söyləyirlər. Ölkəmizdə multikulturalizm üçün hər cür şəraitin olması onların çox zaman vətənimizdə daimi məskən salmasına səbəb olur.
    Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakteri baxımından yüksək tolerantlıq hissinə malikdir”. Ulu öndərin multikulturalizmlə bağlı həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev deyib: “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib”.
    Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması sübut edir ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırıb.
    Multikulturalizmin yaxşı və xoşagəlməz cəhətləri var. Daha ətraflı »

  • 08May
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNLİK ŞÜURUNUN FORMALAŞDIRILMASI üçün şərhlər bağlıdır

    Uzun illərdir ki, xalqımız milli-mənlik şüurunu qoruyub saxlayır. Bu adət və ənənələri gələcək nəsillər də davam etdirəcək. Milli-mənəvi dəyərlərimizə bağlılıq, yurd sevgisinin uşaqlarda aşılanması üçün yaşlı nəsl həmrəy şəkildə birləşməli, əlindən gələni etməlidir. Məsələn, “Dədə Qorqud” dastanı milli-mənəvi abidəmizdir, çünki onu oxuyanda keçmişimizi görürük. Milli-mənlik şüuru vətənə, torpağa, adətlərə sadiqlik deməkdir.
    Vətənimiz Azərbaycan ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir. Torpaq sevgisi, milli-mənəvi dəyərlərimizin mühafizəsi ilə yanaşı dilimizin yad ünsürlərdən qorunması da gənclərin öhdəsinə düşən ən aktual məsələdir. Daha ətraflı »

  • 29Mar
    Milli-mənəvi dəyərlər BAHARIN GƏLİŞİ SEVİNC GƏTİRİR üçün şərhlər bağlıdır

    Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olundu.
    Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarixi eksponatlar nümayiş etdirilib.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. “N” saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların çıxışları, “Dirədöymə”, “Kəndirdartma”, “Xoruzdöyüşdürmə”, “Kilimarası”, “Maral” kimi müxtəlif oyunlar maraqla qarşılanıb. Daha ətraflı »

  • 29Mar
    Milli-mənəvi dəyərlər “İLAXIR ÇƏRŞƏNBƏ” TONQALLARI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri “İlaxır çərşənbə”ni yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.
    Kənd sakinlərinin bayram şənliyinə qatılan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd ağsaqqalları ilə birlikdə bayram tonqalını alovlandırıb. O, kənd sakinlərinə can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər arzulayıb.
    Sonra rayon rəhbəri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq olub. Daha ətraflı »

  • 19Mar
    Milli-mənəvi dəyərlər KÖÇKÜNLƏR QƏSƏBƏSİNDƏ NOVRUZ TONQALI üçün şərhlər bağlıdır

    Yurdumuza Bahar gəlir. Nazlı-qəmzəli Bahar! Onun gəlişini öncə çərşənbələr xəbər verir. Dörd ünsür-su, od, torpaq, yel çərşənbələri təbiətin oyanışını insanlara bildirir və onları çöl-bayırda işləməyə, ev-eşiyin səliqə-sahmana salınmağa sövq edir. Çərşənbələrdə tonqallar qalanaraq ocaq başına yığışırlar. Həmin günlərdə Novruz adətləri həyata keçirilir.
    Bu günlərdə Şıxarx qəsəbəsində salınmış məcburi köçkünlər şəhərciyində Novruz tonqalı şənliyinin iştirakçısı olduq. Od çərşənbəsi idi. Gündüzdən tonqal üçün hər şey hazırlanmışdı. Qəsəbə mənzil kommunal idarəsinin əməkdaşları İradə Məmmədova və Azər Ağayevin təşkilatçılığı sayəsində 34 nömrəli və yaxınlıqdakı digər binaların sakinləri tonqal ətrafına toplaşmışdılar. Burada Ağdam rayonundan Xaqani Əliyev, Saleh Məmmədov, Rizvan Əliyev, Taleh Məmmədov və Laçından Təbib Qəhrəmanov Novruz tonqalının yandırılmasında iştirak etdilər. Burada kişilər də, qadınlar da, uşaqlar da öz arzu-istəklərini xoş sözlərlə ifadə edirdilər. Daha ətraflı »

  • 07Mar
    Milli-mənəvi dəyərlər “MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak ediblər. Daha ətraflı »

  • 07Mar
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    SAZ ÇALDIRIB, ÇILPAQ QIZ OYNATMAZLAR!

    AYIBDIR, VALLAH!!!


    Saz Azərbaycan xalqının müqəddəs bildiyi bir milli-mənəvi dəyər rəmzidir. “Dədə Qorqud” boylarından Qopuz kimi çağlayan bu ovsunlu, sehrli çeşmə Koroğlunun qılıncla qoşalaşdırdığı bir güvənc və məftunluq mənbəyidir. Düşmənlə döyüşə sazla atılarmışlar, qalibiyyət də sazın təntənəsiylə bayram edilərmiş. Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb onun yanında saz çaldırarmış. Sazın səsini eşidən Qırat layla səsindən xumarlanan uşaq kimi sakitləşərmiş. Bir də deyirlər ki, saz çalınanda birinin nəbzini tut, ürək döyüntüsündə dəyişiklik olmasa, o, xalis azərbaycanlı deyil. Həqiqətən də, saz havası, məsələn “Ruhani”, “Baş sarıtel”, “İncəgülü”, “Dubeyti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” və s. ifa olunanda adamın bütün varlığı sazın pərdələrinə dönür, bu dünyanı unudursan, ovqatında bir dəyişmə, bir təzələşmə baş verir, qoşulub bu ahəngə axırsan, durulaşırsan, dünya gözündə musiqiyə bələnir, dərdin-sərin, ağrınacın yumşalır, ürəyin silkələnib yuxalır, bütün pisliklər yoxa çəkilir, yerində rahatlıq və dinclik qalır. Sazbənd Fərman Xuduoğlu özünün düzəltdiyi sədəfli sazında bir “Orta Sarıtel” çalsın, qulağına ana laylası, bir dağ şəlaləsinin “Cəngi”si, “Heyratı” ifa edən bir xor, Xəzərin qayalara çırpınan dalğalarının hikkəli səsi gəlməsə, sən adam deyilsən ki! Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Milli-mənəvi dəyərlər SUALLAR CAVABLANDIRILIB üçün şərhlər bağlıdır

    Tərtər rayon Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    DƏBLƏR VƏ İCTİMAİ QINAQ

    Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
    Ölkəmizdə avropalaşma prosesi sürətlə gedir. Ancaq hər bir azərbaycanlının borcu dilimizi, əxlaq normalarımızı qoruyub, saxlamaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarət olmalıdır. Dünya ölkələrinə inteqrasiya etmək o demək deyil ki, öz adətlərimizi unudaq. Milli-mənəvi dəyərlərimiz sərvətimizdir. Ulu öndər Heydər Əliyev deyib: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    HEÇ OLMASA HƏRDƏN “DƏLİ KÜR”ü XATIRLAYIN

    Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
    Yaxın günlərin söhbətidir. İşdən çıxıb evə gedirdim. Hava yağışlı olduğu üçün şəhərarası avtobusa əyləşdim. Növbəti dayanacaqda 13-14 yaşlarında bir yeniyetmə oğlan əlində pryanik və alkoqollu içki gəlib əyləşdi. Bunu görən bir-iki nəfər dilləndi: Daha ətraflı »

    Teqlər: