10Dek
KEÇMİŞLƏ GƏLƏCƏYİN ARASINDA KÖRPÜ
Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində vacib məsələlərdən biri böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılmasıdır. Hər bir ailədə valideynlər bu hissləri övladlarına öz davranışları ilə göstərməlidirlər. Çünki, evlərdə böyüyən övladlar gələcəyin ailə başçılarıdır. Məlumdur ki, insanın hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Odur ki, böyüklərə hörmət, kiçiklərə qayğı hər birimizin mənəvi borcudur. Bu barədə dinimizdə də xəbərdarlıq edilir. “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyildir” və ya “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz”. Peyğəmbərimiz buyurmuşdur :“Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər”. Daha ətraflı »
10Dek
BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.
Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır.
O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb. Daha ətraflı »
28Avq
Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayıb.
Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edib.
Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
Məhərrəm ayı və aşura günü nə deməkdir?
Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Daha ətraflı »
30İyl
Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Qurani-Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi olduqdan sonra onu Allah taa-la yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın” Daha ətraflı »
30İyl
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
20May
Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir.
Qəməri təqvimi aylarının, xüsusən isə Ramazan ayının başlanması və bitməsi üzrə rəy müxtəlifliyi İslamın ilk illərindən mövcud olub. Sonradan astronomiyanın inkişafı bu məsələyə yeni baxışlar da gətirib. Və bizcə bunların olması tam normal haldır. Astronomik hesablamalar yeni ayın başlanması barədə qərar vermək üçün kifayətdir. Astronomik ayın təzələnməsi, onun görünüb-görünməməsindən asılı ol-mayaraq, yeni ayın başlanmasına dəlalət edir. İkinci rəy belədir: əgər dünyanın istənilən nöqtəsində Ay görünərsə, artıq Daha ətraflı »
09May
Mehriban və Bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə. Oruc tutmaq sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa (tutmadığı oruc) sayısınca başqa günlərdə (tutmalıdır). (Oruc tutmağa) taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim xeyir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Əgər bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
Ramazan o aydır ki, Quran onda nazil edilmişdir; İnsanlara doğru yol göstərən, doğru yolun və (haqqı batildən) ayırmanın açıq dəlilləri olaraq!… Daha ətraflı »
18Mar
BAYRAM SÜFRƏSİ
Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olar-sa, il bir o qədər bərəkətli gələr.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünü təsdiqindən xəbər verirdi. Novruz bayramının əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Niyə belədir? Daha ətraflı »
18Mar
Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə gedərsən qonum-qonşunun qapısına. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.
Bu inanc mətnində Novruz bayramının mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir: Daha ətraflı »
18Mar
Yurdumuza bahar gəlir–allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.
Yaz ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.
Yeni ismarıclar