PAMBIQÇILIQDA QABAQCIL TƏCRÜBƏNİN ÜNVANI
Respublika Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq məqsədilə böyük uzaqgörənliklə verdiyi tapşırıq və tövsiyələr uğurla reallaşdıqca respublikamızın iqtisadi mənzərəsi də dəyişib yeniləşir. Kənd təsərrüfatında ənənəvi sahə olan pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə dövlət başçısının müəyyən etdiyi istiqamət ölkənin pambıqçılıq rayonlarında qeyri-adi bir canlanma yaratdı. Torpaqdan küsdürülən, əli işdən soyuyan kəndli yeni həvəslə, xoş arzularla bərəkətli çöllərə qədəm qoydu. Bolluğa, firavanlığa, xoş güzarana aparan bu halal zəhmət yolunun yolçularına Tərtər kəndlisi də böyük ümidlərlə qoşuldu. Yeni qədəm qoyduğu ot basmış, gəlişi-gedişi seyrəlmiş tarla yolu ürəyi təpərli, bolluq həvəsli Tərtər kəndlisinə çoxdan tanış idi. Yaxşı bilirdi ki, bu yol şöhrət yoludu. Yaxşı bilirdi ki, bu yolun yolçularının, ağ örpəkli tarlaları hünər meydanına çevirib xarüqələr yaradan əmək adamlarının adına nəğmələr qoşulur, şeirlər yazılır. Onlar mötəbər məclislərə dəvətlər alır, el-obanın xeyir–şər məclislərinin yuxarı başında əyləşirlər. Daha ətraflı »
Yeni ismarıclar