Kənd təsərrüfatı. 2016-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 43 milyon 252,9 min manat təşkil etmişdir ki, onun 16 milyon 27,5 min manatı heyvandarlıq, 27 milyon 225,4 min manatı bitkiçilik məhsulları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 3,2 faiz artmışdır.
Sənaye. 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye sahəsinin təsərrüfat subyektləri tərə-findən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq 3 milyon 511,6 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 8,4 faizini təşkil etmişdir. Sənaye sahəsində ümumi istehsalın 25 faizi sənaye mallarının (əmtəələrin), 75 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Daha ətraflı »
-
08NoySosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNUN ƏSAS SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
07SenSosial CƏBHƏ BÖLGƏSİNƏ DÖVLƏT QAYĞISI UĞURLU NƏTİCƏLƏR VERİR üçün şərhlər bağlıdır
AZƏRBAYCAN PREZİDENTİNİN HİMAYƏSİ İLƏ TƏMAS XƏTTİNDƏ
BÖYÜK QURUCULUQ PROSESİ BAŞLAYIB
Qəhrəman oğullar diyarı Tərtər istər Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs elan ediləndən sonrakı illərdə öz şanlı ənənələrinə sadiq qalaraq əsl fədakarlıq nümunəsi göstərmiş, qanlı döyüşlərdə olduğu kimi təsərrüfat, abadlıq, quruculuq sahəsində qazandıqları uğurlarla da düşmənlərimizə gerçək göz dağı vermişlər.
Qarabağ savaşında Ermənistan silahlı qüvvələri ərazilərimizin 20 faizini işğal etmişlər. Bu, dünya birliyinə məlum olan inkaredilməz faktdır. Qanlı döyüşlərə meydan olan Tərtərdə isə fərqli mənzərədir. Tərtərlilər düşmənə nəinki bir qarış torpaq vermədilər, əksinə, bizim dədə-baba ərazilərdə məskunlaşmış erməniləri də qovub uzaqlaşdırdılar. Bu fakt ermənilər tərəfindən həmişə ürək ağrısı ilə xatırlanır. Müxtəlif bəhanələrlə atəşkəsi pozub Tərtərdən qisas almağa can atan ermənilər hər dəfə layiqli cavablarını alıb geri otuzdurulurlar. Bu ilin aprel ayında ermənilərin törətdiyi silahlı təxribatlardan da ən çox zərər çəkən elə ermənilərin özləri oldu.
Həmişə Tərtərə, bu bölgənin qəhrəman övladlarına isti münasibət, xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gərgin günlərdə öz xanımı ilə birlikdə Tərtərə səfər etdi. Dövlət başçısı rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü. Bir neçə gün davam edən gərgin döyüşlərdə ermənilərin atdığı top mərmiləri Tərtər şəhərində və kəndlərdə xeyli yaşayış evini, müxtəlif sosial obyektləri dağıdıb yararsız vəziyyətə salmışdı. Daha ətraflı »Teqlər: Sosial
-
29AvqSosial CƏBHƏ BÖLGƏSİ OLAN TƏRTƏR GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞİR üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin elektron saytında qeyd olunur ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Respublika Prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval-ruhiyyəsini, ölkə rəhbərinə– Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğını hiss etmiş, əmin olmuşlar ki, Ali Baş Komandan, öz dediyi kimi, hər bir vətəndaşın prezidentidir.
Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan rayona 3 milyon manat pul ayırmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
28İylSosial YENİ AÇILMIŞ İŞ YERLƏRİ üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 iyul 2016-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 3790 olmaqla 1880 daimi iş yerləri yaradılmışdır. 2016-cı ilin birinci yarısı ərzində rayonda 1360 yeni , o cümlədən 1008 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 70,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. 2016-cı ilin 6 ayı ərzində açılmış daimi iş yerlərinin 21,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,8 faizi mövcud müəssisə və təşkilatlarda, 9,9 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 45,9 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Yanvar-iyun ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 1008 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 45,9 faizi fiziki şəxslərdə, 26,1 faizi sənaye sahəsində, 19,0 faizi tikinti sahəsində, 4,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 3,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 1,2 faizi təhsil sahəsində, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 0,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdir.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
-
28İylSosial GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN ŞƏHƏRİM üçün şərhlər bağlıdır

Tərtər cəbhə bölgəsində yerləşir, mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayırıq. Buna baxmayaraq, şəhərimiz günbəgün qurulur, gözəlləşir. Həyat oz axarı ilə davam edir. Bu gözəlliyi hamı görür. Hətta şəhərimizə gələn istər yerli, istərsə də xarici qonaqlar bu gözəllikdən zövq alırlar.
Quruculuq-abadlıq işləri son illər daha da surərləndirilib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydan yenidən qurulmuş, meydanın 8200 kvm sahəsi yeni keyfiyyətli tamet daşı ilə üzlənmişdir. Yagış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətti çəkilmişdir. Heydər Əliyev prospektində və şəhərin digər yaşayış məhəllələrində 4 500 metrdən çox su xətti yenilənmişdir. Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bagçası, Heydər Əliyev prospektində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binası, Şahmat məktəbi inşa olunmuşdur. Gənclər Mərkəzinin və təhsil şöbəsinin inzibati binalarının fasad hissələri aqlay daşı ilə üzlənmişdir. Mərkəzi meydanın yaxınlığında bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi uçmərtəbəli inzibati binanın əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin E. Səfərov küçəsində Qarabağ müharibəsi, əlillər və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış evi rayon icra hakimiyyətində mənzil növbəsində duran əlillərə və şəhid ailələrinə paylanmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
28İylSosial UĞURLU LAYİHƏ üçün şərhlər bağlıdır
Redaksiyamizin qonağı sabirabadlı Rüstəm Məmmədovdur. Sabirabadlı olsa da, şəhərimizdə Rüstəm müəllimi bəzi yerli sakinlərdən daha yaxşı taniyırlar. Adını hörmətlə çəkirlər. “Nəyə görə?” sualının cavabını isə onunla söhbətimiz zamanı aydınlaşdırdıq. Öyrəndik ki, Rüstəm Məmmədov 1963-cü ildə Sabirabad rayonunda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. İlk iş yeri Muğan su Tikinti Trestində iş icraçısı olub. Hazırda Tərtər rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulmasını həyata keçirən şirkətdə sahə rəisi vəzifəsində çalışır.
Bu layihənin icrasına 2015-ci ilin iyun ayında başlanıb və cari ilin dekabrında işlər yekunlaşmalıdir.– Rüstəm müəllim, bir ildən çoxdur ki, rayonumuzdasınız. Tərtər və tərtərlilər haqqında fikrinizi bil-mək maraqlı olardı.
– Bu rayona gələnədək respublikamızın müxtəlif regionlarında yeni su və kanalizasiya sistemlərinin çəkilişində çalışmışam. Azərbaycanın bütün bölgələri gözəldir, insanlar hər yerdə qonaqpərvərdilər. Amma, mən bunu səmimi deyirəm, Tərtərdəki kimi isti münasibəti heç yerdə görməmişik. Bu, birinci növbədə rayon rəhbərinə aiddir. İlk günlərdən rəhbərlik bu layihənin müvəffəqiyyətlə icra olunmasından ötrü bizə bütün lazımi şəraiti yaratdı. Bu gün də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqətini hiss edir və onun köməyinə arxalanırıq. Daha ətraflı »Teqlər: Sosial
-
18İylSosial 2016-cı İLİN BİRİNCİ YARISI İSLAHATLAR DÖVRÜ OLDU üçün şərhlər bağlıdır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Tərtər rayonunda sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclas keçirilib. Iclasda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı giriş nitqində göstərib ki, aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatları nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Rayon rəhbəri qeyd edib ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Prezidentin öz xanımı ilə birgə rayonumuza səfəri, rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşləri, şəhərin özündə və Qapanlı kəndində ermənilərin artilleriya hücumları nəticəsində dağılmış evlərə baş çəkmələri tərtərlilərin əhval-ruhiyyəsini yüksəltmiş, ölkə rəhbərinə inamını daha da artırmışdır.
Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
05İylXəbərlər, Sosial CƏBHƏ BÖLGƏSİNDƏ DAĞIDILAN EVLƏR DÖVLƏT TƏRƏFİNDƏN BƏRPA EDİLİR üçün şərhlər bağlıdır

Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanırAprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı. Daha ətraflı »Teqlər: Sosial
-
05İylSosial GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR üçün şərhlər bağlıdır
REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında hökm sürən xaos və anarxiya ilə yanaşı, iqtisadiyyatın da tamamilə dağılması ilə üz-üzə qalmışdır. Xüsusən regionlarda vəziyyət çox çətin idi. Sosial infrastruktur bərbad hala salınmış, iş yerləri bağlanmış, insanlarda torpağın əkilib-becərilməsinə maraq qalmamışdı. Ümummilli Liderimizin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün zəmin yaratdı.
1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bununla da regionların inkişafında yeni mərhələ başladı. Həmçinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması ölkədə geniş-miqyaslı dinamik inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin Fərman əsasında Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası hazırlandı və bu mühüm vəzifənin sonrakı illərdə icrası Prezident İlham Əliyevin üzərinə düşdü.HƏLLEDİCİ MƏRHƏLƏ
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ olmuşdur. Daha ətraflı »Teqlər: Sosial
-
13İynSosial QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır

Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır. Daha ətraflı »Teqlər: Sosial


Yeni ismarıclar