Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13772 uçot vahidi sorğuya cəlb olunmuşdur.
Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur:
İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29400 baş iribuynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olaraq 0.9 və 0.8 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2017-ci il yanvarın 1-nə nisbətən 2623 baş və ya 9.8 faiz, 2019-cu il yanvarın 1-nə 880 baş və ya 3.1 faiz artmış, 2020-ci il yanvarın 1-nə nisbətən 267 baş və ya 0.9 faiz azalmışdır. Daha ətraflı »
-
26FevKənd Təsərufatı 2021-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA HEYVANLARIN, QUŞLARIN VƏ ARI AİLƏLƏRİNİN TAM UÇOTUNUN ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır
-
10FevKənd Təsərufatı TƏLİM KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, 10 nəfərə qədər fermer və aqrar mütəxəssisin iştirak etdiyi təlimdə məqsəd payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.
Təlimçi Bayram Əliyev “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edib.
Mərkəzin baş aqronomu Alim Əliyev dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunmasından bəhs edib.
Sonda Fermerləri maraqlandıran suallar cavablandırılıb. -
28YanKənd Təsərufatı YENİ MEYVƏ BAĞLARI üçün şərhlər bağlıdır
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib. -
28YanKənd Təsərufatı QIŞ MÖVSÜMÜNDƏ RAYONUMUZDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır
Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq, Daha ətraflı »
-
21SenKənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
ÖZ İŞİNİN AĞASI OLMAQ
GƏNC FERMER AQŞİN NEMƏTOV: “MƏN ÖZ QAZANCIMI BU SAHƏDƏ TAPMIŞAM VƏ BU İŞİ GÖRMƏK ÜÇÜN KİMSƏ MƏNƏ GÖSTƏRİŞ VERMİR”
Çalışırıq ki, hər həftə sizin görüşünüzə yeni bir zəhmət adamı, halal əməyi ilə kənd təsərrüfatını şəxsi qazanc, biznes mənbəyinə çevirən bir vətəndaşla gələk. Rubrikamızın əsas məqsədi də kənd təsərrüfatına marağı artırmaq, dövlətimizin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və önəmə dəstək olmaqdır. Əgər biz təbii sərvətlərlə dolu torpaqlarımızı əkib-becərsək, gənc nəsildə kənd tə-sərrüfatı sahəsinə marağı artıra bilsək, bununla ölkəmizin də maddi ehtiyatlarına qatqı vermiş olarıq. Bu sahədə əmək qoyan təsərrüfatçılarımızdan biri də Tərtər rayonunda əkinçilik və maldarlıqla məşğul olan Aqşin Nemətovdur. Rubrikamızın bu dəfəki qonağı olan Aqşin Nemətov təsərrüfat biznesini öz zəhməti və alın təri ilə qurub yaradan insanlardandır.
“Hərbi xidmətdən gələndən təsərrüfatla məşğulam”
– Aqşin bəy, əvvəlcə bir qədər özünüz haqda məlumat verin.
– Mənim 27 yaşım var, Tərtər rayonunun İsmayılbəyli kəndində dünyaya gəlmişəm.
– Neçə vaxtdır, kənd təsərrüfatı ilə məşğul olursuz?
– 2013-cü ildə hərbi xidməti başa vurub qayıtdım. Daha ətraflı » -
28AvqKənd Təsərufatı Qabaqcıl fermerlər üçün şərhlər bağlıdır
KİŞİ TƏPƏRLİ QADIN
Bu qadını 80-ci illərdən tanıyırdım. Elə beləcə dilli-dilavər, qoçaq, işgüzar, üzündən mehribançılığı əskik olmayan, sadə, təvazökar. Əvvəllər tez-tez rastlaşardıq. Görünür bu işimizin xüsusiyyətindən irəli gəlirdi. Mən rayon icraiyyə komitəsində yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın məsul katibi, o isə kənd sovetinin katibi işləyirdi. O, illər hər birimiz üçün məsuliyyətli və qayğısız illəriydi. İşləməkdən yorulmazdıq, əksinə, işimizdən zövq alardıq. Çünki gənciydik, gördüyümüz hər bir işi gənclik enerjisi ilə yerinə yetirərdik. Artıq o illər arxada qalıb. Ömrün payızına doğru aparan illər bizi də dəyişdirib, bir az həlimləşmişik, bir az da yorğunlaşmışıq.
Redaksiyanın iş planına əsasən bir fermerdən yazmaq istəyirdim. Daha ətraflı » -
28AvqKənd Təsərufatı SU GÜNÜN AKTUAL PROBLEMİDİR üçün şərhlər bağlıdır
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran
Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, sağ və sol sahil magistral kanalları vasitəsilə həyata keçirilirdi. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər ya-radıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Daha ətraflı » -
20İylKənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır
PAMBIQ
Kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilən pambıqçılığın inkişafı gündən-günə həm ölkəyə layiqli gəlir gətirir, həm də bu sahədə çalışanların maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Buna görə də son illər unudulan bu sahənin inkişafına diqqət artırılaraq pambıqçılığın əvvəlki şöhrətinin yenidən özünə qaytarılması məqsədi ilə müəyyən işlər aparılır.
Tərtər pambıqçıları da bu sahədə öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu il pambıq-çılarımız 2981 hektarda səpin aparmışlar. Tarlalarda normal bitiş alınıb. Hazırda pambıq sahələrində becərmə işləri mütəşəkkilliklə davam etdirilir, vegetasiya suvarılması aparılır, ziyanverici və həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayonumuzun “ağ qızıl” sahələrində çalışan zəhmət adamları bol və keyfiyyətli məhsul götürmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Yüksək və keyfiyyətli məhsul götürmək pambıqçılarımızın ümdə vəzifəsidir. -
20İylKənd Təsərufatı üçün şərhlər bağlıdır
TAXIL
Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə taxılçılarımız ildən-ilə əkin sahələrini artıraraq bol məhsul əldə olunmasına çalışırlar. Bu il taxılçılarımız bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoydular. Torpağı sevən və ona ürəkdən bağlanan insanlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaqla güzaranlarını daha da yaxşılaşdıra bilərlər. Odur ki, bu il fermerlərimiz 10599 hektarda taxıl əkmişlər.
Artıq zəmilərdə biçin başa çatıb. Sahələrdən 42056,1 ton məhsul götürülmüşdür. Bunun 6056,9 hektarı buğda əkini, 4542,9 hektarı isə arpa əkini sahələri olub. Götürülən məhsulun isə 25620 tonu buğda, 16436,1 tonu arpadır. Hər hektardan məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,2 sentner, ümumi məhsuldarlıq isə 39,7 sentner olmuşdur. -
20İylKənd Təsərufatı üçün şərhlər bağlıdır
QARĞIDALI
Bu il fermerlərimiz yem bazasının möhkəmləndiril-məsi məqsədi ilə 400 hektara yaxın ərazidə qarğıdalı əkilməsini planlaşdırıblar. Artıq 315 hektarda şum aparılıb. 295 hektarda isə dənlik və silosluq məqsədilə səpin keçirilib. Qarğıdalı səpini davam etdirilir.
Yeni ismarıclar