Azərbaycanımızda ziyasından faydanlanmalı çox ziyalılarımız olub və bu gün də var. Onlar istedadlarını, təfəkkürlərini, qabiliyyətlərini, zəkalarını yalnız öz-lərinə məxsus deyil, xalqın sərvəti bilərək fədakarlıqla ömür həsr eləyən əsil ziyalılardır.
Lakin bölgələrdə yaşayan çox istedadlı ziyalılar var ki, mühitin kölgəsində bir qədər adiləşərək havadarlı, süni ziyaların parıl-tısında sönük görünürlər. Bizlərin də qiymətləndirmədə elədiyimiz xəsislik Günəş ziyasının qarşısını alan buluda bənzəyir. Bu “bəxti gətirməyən” ziyalılardan biri də Tərtər şəhərində yaşayan “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir.
Ömrünün yetmişinci pilləsinə çatan bu insan iki ali təhsil alıb–Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və Marksizm-Leninizm Universitetində oxuyub. 1967-1970-ci illərdə Tərtər rayon yerli radio veriliş-lərinin müxbiri, 1970-ci illərdə orta məktəbdə müəllim, daha sonra hərbi sənayedə müxtəlif vəzifələrdə işləyib. 1990-1997-ci illərdə “Salam” və “Fədai” qəzetlərinin əməkdaşı olub. Partiya Sovet və nəzarət orqanlarında, daha sonra Tərtər Bələdiyyəsində çalışıb. Daha ətraflı »
-
30MarƏdəbiyyat ÖMÜR PAYIZININ OĞLAN ÇAĞINDA… üçün şərhlər bağlıdır
-
30MarƏdəbiyyat ÖMRÜMÜN PAYIZI üçün şərhlər bağlıdır
Ömrün payızında qarşıma çıxdın, Daha çiçəyim yox, daha gülüm yox.
Sönmüş gözlərimə heyrətlə baxdın–
Daha alovum yox, daha külüm yox.
Qurumuş dəryada mən–sınmış qayıq,
Sən gülə, mən çürük kötüyə tayıq.
Ürəyin Füzuli eşqinə layiq,
Mənim o sevgiyə layiq könlüm yox.
Sənə məhəbbətdir, mənə qəmdir yaz,
Sənə layla, mənə dərd–ələmdir saz.
Sənə bulaq qıyan mənə şeh qıymaz,
Daha bundan betər qara günüm yox.
Mən–xəzəl, sən isə yamyaşıl yarpaq,
Bu dünya sənə eşq, mənə dağdır, dağ
Qəlbim–susuzluqdan çatlamış torpaq, Daha yağışım yox, daha selim yox.
Dərdimi deməyə deyim qalmayıb,
Səni sevməyə də heyim qalmayıb.
Kəfəndən savayı geyim qalmayıb,
Bundan ağır sitəm, ötə zülüm yox.
Gedir, yaşamağın həvəsi gedir,
Gedir, bir şairin nəfəsi gedir.
Allahın da məndən zəhləsi gedir–
Min cür əzab verir, amma ölüm yox.
Ağrılar yüküyəm mən Tofiq adda,
Halıma göynəyir qohum da, yad da.
Canlı kölgəymişəm mən bu həyatda–
Bir izə dönəsi ayım, ilim yox.
Tofiq YUSİF
-
30MarƏdəbiyyat MƏMMƏD ARAZIN üçün şərhlər bağlıdır
(Tofiq YUSİFƏ)
Nələr gördü, nə düşündü, nə yazdı, Şükür hələ Dədəm Qorqud varıymış.
Anlamayan yəqin ağlı dayazmış,
Söz mülkünün sərvətiymiş, varıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən ilqara, vəfaya bax, a qardaş,
Tənhalıqda uca dağa qar adaş.
Bizdən ötrü o göyərən qara daş
Dar ayaqda arpa cadı, darıymış,
Qəbri nurla dolsun Məmməd Arazın!
Duman tutub, çətin keçəm bu dağdan,
Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.
Ağıl dözmür, sallanan çox budaqdan,
Gövdə də ki, bir qocalmış qarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Sən də hərdən, ara dostu, dəy, toxun, Nə bir qəlbi incit, nə də dəy, toxun.
Min-min acdan yox xəbəri day toxun–
Dövlətlinin qulaqları karıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Bu xınaya bənzəməyir o xına,
Müəmmadır, çətin hələ oxuna.
Su tökdülər Yalıncığın oxuna,
Onun da ki, əsli-kökü xarıymış.
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq, ha dönsə də dünyanın dəfi,
Şair–haqq aşiqi, pozulmaz səfi.
Getdi, qoydu varis Tofiq Yusifi,
Halal olsun, bəxti ona yarıymış!
Qəbri nurla dolsun Məmməd Arazın!
Rafiq NƏSİROV
-
18MarƏdəbiyyat BEYNƏLXALQ POEZİYA GÜNÜ üçün şərhlər bağlıdır
YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir. Daha ətraflı » -
30YanƏdəbiyyat FÜZULİ–QƏLB ŞAİRİ üçün şərhlər bağlıdır
Dünya ədəbiyyatına gözəl nümunələr bəxş edən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Füzuli sözünün mənası çox danışan deməkdir. Bayat tayfasının nümayəndəsi olan bu şəxsiyyət mükəmməl təhsil almışdı. Savadlı olduğu üçün (tarix, fəlsəfə, tibb və başqa elmlərə bələd idi) ona “Molla”, “Mövlanə Füzuli” deyirdilər. Əhdü Bağdadi “Gülşənüş şüara”(“Şairlərin gülşəni”) əsərində onu dövrünün alimi adlandırıb. Sadə həyat yaşayan Füzuli saraylardan uzaq olub.
İngilis alimi Gibb Füzulini “qəlb şairi” adlandırıb və deyib: “Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı. O, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi yoxdur”.
Yaradıcılığa gənc yaşlarından başlayıb. Əsərlərini üç dildə(azərbaycan, ərəb və fars) qələmə alıb. O, epik, lirik növdə və nəsr həm də nəzmlə bənzərsiz nümunələr yaratmışdır. Ədəbiyyatımızda ana dilində ilk nəsr əsəri(“Şikayətnamə”), tərcümə əsəri(“Hədisi-ərbəin”), bir əsərdə bir neçə bəhrdən istifadə olunan əsər(“Leyli və Məcnun”), alleqorik poeması(“Həft Cam”) Füzuli yaradıcılığına məxsusdur. Daha ətraflı » -
29DekƏdəbiyyat HƏR KÖNÜLDƏN BİR NƏĞMƏ üçün şərhlər bağlıdır
DEYİLMİ?…
Ömür başdan-başa, beşikdən-qəbrə Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən?
Sənin güvəndiyin dünya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?
Ayaqlar altında yer oldu tapdaq, Sirrini, məğzini bilmədik ancaq.
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı-bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?
Bəxtiyar VAHABZADƏ
-
29DekƏdəbiyyat VƏTƏN DESİN! üçün şərhlər bağlıdır
Bu gün gərək Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz oğurlandı
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.
Məmməd ARAZ
-
29DekƏdəbiyyat GETMİSƏN… üçün şərhlər bağlıdır
Gülüm, axı hamı məni tanıyır, Bilmədiyin nə öyrənib getmisən?
İndiyədək çəmən məni qınayır,
Çiçəklərə gileylənib getmisən.
Yar, olmaya canım sənə qəfəsmiş,
Aramızdan nə çatlayıb, nə əsmiş?
Bəlkə sevgi sənin üçün həvəsmiş?
Ətrafımda veyillənib getmisən.
Axı məni yoxun-varın bilirdin,
Al günəşin, ilk baharın bilirdin,
Saçlarımı zirvə qarın bilirdin;
Bəlkə, elə o sellənib getmisən?
Bir zamanlar hər an dil-dil ötərdin, Çeşmələrdən, bülbüllərdən betərdin,
Nə sevincin bəlli oldu, nə dərdin
Nə hönkürüb, nə dillənib getmisən.
Sevənlərdir xatirələr qoruyan,
Torpaqları göz yaşıyla doyuran,
Yollar çoxdur insanları ayıran –
Hara baxsan, şaxələnib getmisən
Tab edərdim məkrindəki qılınca,
O yaxşıydı – xəzəl olub solunca,
İstəsəydin-su atardım dalınca
Göz yaşlarım səpələnib, getmisən..
Vahid ƏZİZ
-
25NoyƏdəbiyyat MÜQƏDDƏS SÖZ üçün şərhlər bağlıdır
Həmişə Talıb Məmmədli ilə görüşəndə, onun şeirlərini dinləyəndə müqəddəs SÖZ-ə ehtiramım bir az da artır və qəribədir ki, həmişə də fikrimdən oxşar cümlələr keçir. Mən bir neçə dəfə Talıbdan yazmışam və bu yazılar müqəddəs SÖZ-ə ithafla başlayıb. İndi də o cazibədən çıxa bilmədim.
Həzrəti SÖZ-ə həmişə səcdə qılmışam. Çünki mənim üçün “Zati-aliləri” də, “Əla-həzrət” də SÖZ-dü. SÖZ qiblədir, SÖZ səcdəgahdır, SÖZ pirdi, ocaqdır! SÖZ Allah hökmüdü! “Ol!” deməklə küllü-kainat yaranıbsa, SÖZ qüdrətdir, SÖZ hökmdür, SÖZ hikmətdir! Və nəhayət SÖZ insanın kimliyidir–“Danış, kim olduğunu deyim”.
“Tanıtsa, bir misra tanıdar məni”( Məmməd Aslan).
Talıb Məmmədlini də (Həsənoğlu) tanıdan söz olub, onun şeirlərində SÖZ urvata minir, öz ucalığını qoruyub saxlayır, hər kəlməsinə fikir yüklənir, məna bələnir. Bir poetik ovqatdır Talıbın şeirlərinin hər misrası, hər beyti. Bəziləri kimi SÖZ oyunbazlığı eləmir, SÖZ-ə zor tətbiq etmir. Onun şeirlərində SÖZ ucuzlaşmır, əksinə, kəlmələrə bulaq axarı verir, düşüncələri sığallı, tumarlı olur.
Talıb Məmmədli əsasən heca vəznində yazır. Qoşma, gəraylı, təcnis…
Onun təcnisləri həmişə məni heyrətdə qoyur. Çünki zaman-zaman təcnis yazan azman ustadlarımız cinas qoymayıblar ki, qalsın, sən də onu yazasan. Yəni SÖZ qəhətliyində, cinas matahlığında axtar ki, yeni bir ifadə tapacaqsan! Bu, gecənin qaranlığında iynə axtarmaq kimi bir şeydi.
Siz Abbas Tufarqanlıdakı cinaslı SÖZ düzümünə baxın:Atasınnan, anasınnan
Gül gəzindi, gül gəzindi.
Atasınnan, anasınnan
Gül, gəz, indi, gül, gəz, indi.Yarı ağ libada gördüm,
Yarı ağlı badə gördüm,
Yarı ağlı bada gördüm,
Gülgəzindi, Gülgəzindi. Daha ətraflı » -
25NoyƏdəbiyyat üçün şərhlər bağlıdır
Dünyama dünya Bir dünyam varydı–könül dünyası,
Əcəb ad vermişdim dünyama–Dünya.
Saldı öz gününə, viranə qoydu,
Yaman əl gəzdirdi dünyama dünya.
Sənnən güclüydümü bir para qansız?
Kim dedi qan ağla, kim dedi qan sız?
Görəndə şad-xürrəm, görəndə qansız,
Həsədmi apardın dünyama, dünya?!
Dağıtdın , bələndi ömür-gün aha,
Talıb sahib idi hansı günaha?
İndi ha boylanım ötən günə, ha,
Bir də abad olmaz dünyam, a dünya.
Dəyən dəydimi
Dağlar, o ləzətlər, yaylaq, o dəmlər
Sıx alaçığında, dəyəndəydimi?
Dərədə baldırğan baş qaldıranda,
Döşdə dağ moruğu dəyəndəydimi?!
Gəldi bədnəzərin yaman gözünə,
Xəyanət də qatdı yaman gözünə.
İti bir ox kimi yaman gözünə
Alaçığın dəydi, dəyən dəydimi?
Oldum o çağlar ki, qonaq mən sizə
Doğmatək sarmaşan məndim, mən sizə.
Mən sizsizə döndüm, siz də mənsizə,
Talıbtək sizə də dəyən dəydimi?!
Düzgünə Talıb Dövran avamlığa dönüşdü hələ,
Nadana nizam nə, düzgü nə, Talıb?
Deyinmə, dərd verən verib çəkməyə,
Böl aya, həftəyə, düz günə, Talıb.
Dərdə libas deyib ulu köhnələr,
Mərdanə geyin ki, sən də köhnəl ər.
Qüssədən nəm çəksə solar, köhnələr,
Sər təmiz havaya, düz günə, Talıb.
Nə qəza ötüşməz, nə qədər hələ,
Nə qədər “bəlkə” var, nə qədər “hələ”.
Hədəf olacaqsan nə qədər hələ,
Bəşər əyri deyir düzgünə Talıb.
Yetişdirməz çəmən sözü, düz sözü,
Qəlbinnən dər bişmiş sözü, düz sözü.
İnci kimi, sədəf kimi düz sözü,
Qanan qiymət verər düzgünə Talıb.
Acı var
Təzadlıdı bu həyatda nə varsa,
Həm şirin var, həm gərəkli acı var.
Şirininə dodaq büzən toxları,
Acısına möhtac olan acı var.
“Tozdu” deyib, “çirkdi” deyib tox una,
İstəyər ki, ac qəlbinə toxuna.
Bu dünyanın vara həris toxuna
Əziz cannan şirin oldu acı var.
Qoy eşitsin qınayan da, yazan da,
Dediyini de məqamda, yaz anda.
Deməyin ki, Talıb haqlı yazanda
Acıdildi, sözlərində acı var.
Gözəli gözəl
Qələmim, dövrana, filana uyma,
Çirkini çirkin yaz, gözəli gözəl.
Canlıdı, cansızdı, fərqinə varma,
İlahi yaradıb gözəli gözəl.
Şahid olsa belə göz oxşamağa,
Gərək aldanmasın göz, oxşamağa.
Könül oxşamağa, göz oxşamağa
Quruca daşın da gözəli gözəl.
Qələm qələm olmaz, billəm yazmadan,
Günəşi Ay yazıb, Ayı yazma Dan.
Saxta görülmədən, saxta yazmadan
Qorusa əl gözü, göz əli, gözəl.
Talıb, şeriyyəti bir gözəl yaz san,
Gül sözlə özün də bir gözəl yazsan.
Bir sadə, bir şirin, bir gözəl yazsan,
Oxunar şerin də gözəli gözəl.
Yeni ismarıclar