Kənd sakinlərinin müraciətləri əsasında tədbirlər görülüb, tapşırıqlar verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Təsdiq olunmuş qrafikə uy-ğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Cəmilli kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb. Sonra əhali ilə görüş keçirilib. Daha ətraflı »


2023-cü il hamımız üçün əlamətdar ildir. Ümummilli Lider Heydər Əliyevin anadan olması-nın 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşmək, xatirələrini danışmaq özü bir xöşbəxtlikdir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
Su-kanal idarəsinin kollektivi də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində əbədiyaşar Liderimizin Tərtərin mərkəzi meydanındakı abidəsini böyük məhəbbət və ehtiram hissi ilə ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tərtərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib.



Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Azərpambıq” MMC-nin Tərtər filialının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib.
Yaşanılan tarix dahi insanları, nadir şəxsiyyətləri ilə dəyərləndirilir. Hər bir xalqın tarixdə öz imzasını qoymasında belə övladlarının rolu misilsiz olduğu qədər, həm də yaddaqalandır. Onların ideya və əməlləri illər keçsə də unudulmur, xoş xatirələrə çevrilib yaddaşlara köçür. Bu xatirələrə əbədiyaşarlıq vermək, onları kağız üzərinə, videolentlərə köçürmək isə jurnalistlərin, yazarların üzərinə düşən ən şərəfli vəzifə olaraq qalır.
Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Yeni ismarıclar