Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev – muzeyinə ekskursiya etdilər

27 sentyabr-Anım Günündə tərtərlilər şəhərin Elman Səfərov küçəsində yerləşən və açıq havada fəaliyyət göstərən ev- muzeyinə ekskursiya etmişlər. Sahib Hüseynova məxsus olan bu ev 44 günlük Vətən müharibəsində ermənilərin atdıqları “Smerc” raketi nəticəsində dağıdılmışdı.
Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alı-yev, hüquq-mühafizə orqanla-rının rəhbərləri, YAP rayon təş-kilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müha-ribə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib. Daha ətraflı »


Sentyabrın 27-də Tərtər Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağacəkmə aksiyası keçirilib.


Tərtər rayon qəzetinin 8-ci redaktoru Təvəkkül Əsgər oğlu Nəcəfov olub. O, düz 18 il, 1980-cı ildən 1998-ci ilədək redaksiya-ya rəhbərlik edib. Elə qəzetin “Qızıl Bayraq” adı da həmin dövrdə –1992-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub.
Prezident İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib. Görüş çərçivəsində dövlət başçısı çıxış edib.
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm ( ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər”deməkdir) sosial-mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. Multikulturalizm–ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu. Məktəbdəki bir tədbirdən bəhs etmişdim. Açığı, ağlıma gəlməzdi ki, dərc olunsun. Amma iki gün sonra yazımı səhifədə görəndə sevincim bir dünya oldu. Bu, mənə böyük həvəs, hədsiz stimul verdi. Az sonra daha bir məqalə yazdım və… Bir də gördüm ki, həftədə 3 dəfə dərc olunan qəzetdə hər həftə azı bir məqaləm işıq üzü görür.
Yeni ismarıclar