Tərtər Rayon Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il ok-tyabrın 1-də peşə bayramlarını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünə təsadüf edib.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər Abidə Kompleksini ziyarət edən prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, abidə üzərinə gül dəstələri qoyublar.
Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov prokurorluq orqanlarında çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, xidmətdə fərqlənən bir qrup prokurorluq orqanı əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.