Sakinlər işlə təmin olunurlar
Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
Kəndin ilk qonağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması sakinlər arasında yüksək əhval-ruhiyyə yaradıb.
Talış kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 7 ailəyə – hər ailəyə 3 heyvan və 1 ton yem verilib. Bundan əlavə, 1 ailəyə arıçılıqla məşğul olmaq üçün hər cür avadanlıq və arı ailələri çatdırılıb. Daha ətraflı »





Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.
Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”
Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
Müstəqil Azərbaycanın yeni tarixinin son onillikləri sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmini istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından, dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə araşdırılır və operativ tədbirlər görülür.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
Yeni ismarıclar