(Aydın Məmmədxanov)
Aydın Məmmədxanov 1938-ci ildə rayonumuzun Borsunlu kəndində doğulub. Əvvəl Pedaqoji İnstitutu, sonradan Moskvada Ali Partiya məktəbini bitirib. 1966-1968 və 1970-1971-ci illərdə qəzetimizdə redaktor işləyib. Bu günlərdə Aydın müəllimlə görüşüb qəzetimizlə bağlı xatirələrini dinlədim.
O bildirdi ki, ötən əsrin 70-ci illərində rayon qəzeti redaksiyasında qonaqlar çox olurdu, xüsusən də məşhur yazıçılarımız, şairlərimiz. Tofiq Bayram, Rəfiq Zəka, Əlfi Qasımov, Əli Kərim, Allahverdi Hacıyev, Məzahir Daşqın və başqaları rayona hər səfərləri zamanı redaksiyaya gəlir, yerli ədəbiyyatsevərlərlə görüşür, onlara dəyərli məsləhətlər verirdilər. Bu isə o zamankı “Qızıl Bayrağ”ın nəzdnində fəaliyyət göstərən ədəbi birliyin fəaliyyətinə müsbət təsir göstərirdi.
Aydın müəllim sonralar uzun müddət təhsil sahəsində çalışıb. Hazırda təqaüddədir.
“Yeni Tərtər”


Qədim Qarabağın mərkəzində Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtərin yetirdiyi, Azərbaycan xalqının indiki və gələcək nəsillərə nümunə olacaq şəxsiyyətləri arasında İmamqulu Əkbər oğlu Süleymanovun xüsusi yeri vardır. O, 1916-cı ildə Tərtər rayonunun (Cavanşir qəzası) Düyərli kəndində anadan olmuşdur. Atasını erkən itirən İmamqulu böyük qardaşı Qulu Əkbər oğlunun və anası Həcər təbiətli Güllü nənənin tərbiyəsi ilə böyümüş və təhsil almışdır.
Şəhər 1 saylı tam orta məktəbində X “a” sinfi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin adını daşıyır. Sinifdə Azərbaycanın igid oğlunun əziz xatirəsinə həsr olunmuş guşə yaradılıb. Guşədə şəhid polkovnik-leytenant Anar Əliyevə və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə həsr olunmuş kitablar, şəkillər və digər sənədlər toplanıb.
Şəhər 5 saylı uşaq bağçasının yetirmələrinin qəzetimizin 90 illik yubileyindəki çıxışı hər kəsdə xoş duyğular oyatdı.Yəqin bu uşaqlar da həmin çıxışlarını uzun müddət unutmayacaq və xoş xatirə kimi yaşadacaqlar. Axı, uşaqlar gələcəyə yalnız yaxşı xatirələri aparırlar.
1875-ci ildə ”Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətlənditən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Azərbaycan Respublikasının Birinci vetse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva jurnalist əməyinə daim yüksək qiymət verir. Cəmiyyətdə mətbuatın xüsusi rolu olduğunu qeyd edən Mehriban xanım deyib: “Son illər, müstəqillik illərində, digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması – bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”.
Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabi Azərbaycan xalqının maariflənməsi yolunda böyük çətinliklərdən keçmiş, lakin bir an belə əqidəsindən dönməmişdir. Gəncləri savadlanmağa, təhsil almağa dəvət edən bu fədakar insan onlara müraciət edərək deyirdi: “Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr bizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz.”
Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
90 illik şərəfli bir yol haqqında danışmaq böyük məsuliyyətdir. Mən bunu bir növ həyat imtahanı hesab edirəm.
Qəzetimizin bugünkü kompüterçisi Ülviyyə Quluyeva Tərtərdə ilk mətbəənin təşkilatçısı Mirməhəmməd Seyid Hüseynoğlu Babayevin nəvəsidir. Atası Akif də mətbəədə linotipçi işləyirdi. Hər ikisi ilə uzun illər bir kollektivdə çalışmışıq. Həmişə də o insanları minnətdarlıq hissi ilə xatırlayır, Allahdan onlara rəhmət diləyirik.
Yeni ismarıclar