
22 iyul–Milli Mətbuat Günü münasibəti ilə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kollektivimizlə görüşüb, bizi peşə bayramı münasibəti ilə təbrik edərək, iş şəraitimizlə tanış olub.
Çay süfrəsi arxasında keçən səmimi görüşdə rayon rəhbəri Milli mətbuat haqqında kollektivimizlə fikir mübadiləsi edib.
Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.
Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində qəzet və jurnalların maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında bir fikrini vurğulayıb: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.
Media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıblar. Ali Baş Komandanımızın dediyi kimi, “jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli tövhələr veriblər”.
Sonra “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova çıxış edərək, mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, mətbuatın cəmiyyətin tərəqqisindəki rolundan danışıb. Media işçilərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.
Mətbuat Günü münasibəti ilə çay süfrəsindən sonra xatirə şəkilləri çəkilib.


Bu günlərdə bütün dünyanın nəzərləri bizim ölkəmizdədir. Payızda keçiriləcək mötəbər beynəlxalq tədbirə dünyanın bir çox ölkələrindən qonaqlar gələcək. Gələn qonaqları ürəkaçıqlığı ilə qarşılamaq, ən başlıcası isə təbiətimizi qorumaq, atmosferin çirklənməsinə yol verməmək üçün rayonumuzda müntəzəm olaraq iməciliklər keçirilir.
Məlum hadisələrlə əlaqədar olaraq, erməni qəsbkarları tərəfindən izi silinməyə məruz qalmış tarixi irsimizdən, özündə böyük bir yaşanılmış əbədi xatirələri ehtiva edən, əsrarəngiz təbiəti ilə göz oxşayan yurdlarımızdan biri də başı təlatümlü İmarət Qərvəndimizdir. İmarət Qərvənd yurdu Ağdərə rayonunun ən gözəl kəndlərindən biridir. Bu kənd Murovdağ silsiləsinin ətəyində, Ağdaban çayının sahilində yerləşir. Kəndi Qarabağda yaşamış “qərvənd” tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti “imarət” (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyni adlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır [“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007].



Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edib. Burada çıxış edən dövlət rəhbəri bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur.
Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümyiş etdirir, dövlət maraqlarını uca tuturlar
Mənim ilk iş yerim “Yeni Tərtər” qəzeti olub. Redaksiyada dizayner vəzifəsində çalışmışam. Bu vəzifəyə 2016-cı ilin yanvar ayında qəbul edilmişəm.
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Yeni ismarıclar