Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Hər bir addımın son məqsədi 20 Sentyabr–Dövlət Müstəqilliyi Günü idi
20 sentyabr 2023-ci il tarixində qəhrəman Azərbaycan Ordusu ölkəmizin dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha gös-tərdi.
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
Prezident İlham Əliyev deyib ki, mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Daha ətraflı »


Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.
Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.
Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.
2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.
Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
Qəbiristanlıq hamının üz tutduğu bir məkandır. Ora aparan yol rahat olanda, insanlar da məmnun qalırlar.
Yeni ismarıclar