“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Daha ətraflı »


“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Bu günlərdə bütün dünyanın gözü Bakıya dikilib. Burada COP-29 beynəlxalq tədbirdə müzakirə edilən məsələlər yalnız bir ölkəni deyil, planetimizi əhatə edir. Ona görə ki, bu gün bəşəriyyət qlobal iqlim dəyişikliyi ilə üz-üzə dayanıb. Bu məsələni həll etmək yalnız müxtəlif qitələrdə yaşayan insanların birləşməsi nəticəsində mümkündür.
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 ili tamam olur. 32-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 730 mindən artıq partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.
Prezident İlham Əliyev COP-29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib. Ölkə başçısı öz çıxışında bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizin torpaqlarına sahib çıxan, yenilməz,məğrur xalq kimi qürurunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdik. Paytaxt Bakıda, bölgələrimizdə, işğaldan azad edilmiş ərazilərimizdə Zəfər Günü yüksək səviyyədə, böyük coşqu ilə qeyd edilən zaman 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər bir qələbə müjdəli müraciətinin doğurduğu qüruru, insanların küçələrə, meydanlara axışaraq bu sevinci birgə yaşadıqları anları bir daha gözlərimiz önünə gətirdi.
30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları 2020-ci ildə öz azadlığına qovuşdu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız ikinci Vətən müharibəsi dövründə alı baş komandanın ətrafında dəmir yumruq olub birləşdi bütün dünya Azərbaycan xalqının birliyini gördü. Hər kəs şahid oldu ki ,həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir.
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə Görüşü olub. 2024-cü ilin iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, “Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi” devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir.
Yeni ismarıclar