Bu sözləri redaksiyamızda olarkən şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Yaqut Qurbanova söylədi. Onun atası Eyvaz Qurbanov BDU-nu bitirmişdi. Polis işçisiydi. I Qarabağ müharibəsinin iştirakçısı olub. Gərgin döyüşlər zamanı səhhətində yaranan problemlər onun ömür yolunu yarımçıq qoydu. Həyat yoldaşı üç övladını atasız böyütməli oldu.
Yaqutun qardaşı və böyük bacısı artıq orta məktəbi bitiriblər, hərəsi bir sahədə çalışır. Onun isə bircə arzusu var: Atasının yarımçıq qalmış arzularını yerinə yetirmək.
Bu məqsədlə məktəbli qız dərslərindən hər gün “yaxşı” və “əla” qiymətlər alır. Xüsusən də humanitar fənləri dərindən öyrənir. BDU-nun hüquq fakültəsinə daxil olmaq istəyən bu qızın çalışqanlığından müəllimləri də razıdırlar. Müxtəlif fənn olimpiadalarında, bilik yarışmalarında Yaqut doğma məktəbini layiqincə təmsil edir, fəxri fərmanlarla təltif olunur. Daha ətraflı »
-
09İynDigər “ATAMIN YARIMÇIQ QALMIŞ ARZULARINI YERİNƏ YETİRƏCƏYƏM” üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
09İynDigər SİZİNLƏ QÜRUR DUYUR AZƏRBAYCANIM üçün şərhlər bağlıdır
İstər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatda tarixi şəxsiyyətlərə, məşhur adamlara həsr edilən çoxlu əsərlər var. Tarix boyu belə insanlar yaddaşımızda silinməz izlər buraxıb. Bu qəhrə-manları, kişi ya qadın olsun, fərqi yoxdur, sevir və özümüzə ideal seçirik.
Azərbaycanlılar hər zaman yüksək səviyyəli nəcib və xeyirxah qadınları ilə qürur duyublar. Tarixi-mizin bütün mərhələlərində Azərbaycan qadını fədakarlıq nümunəsi kimi öz adını səlnamələrə, eposlara yazdırıb.
Mən belə qadınlardan biri–Azərbaycan Respublikasının Birinci vitse prezident Mehriban xanım Əliyeva haqqında öz ürək sözlərimi yazmaq istəyirəm.
Bu zərif, gözəl qadının bizim dövlətimiz üçün nələr etdiyini görəndə ürəyim qürurla dolur. Gözümün qarşısına qəhrəman Tomris, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı gəlir. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər TƏRTƏRİN YAZ ETÜDLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
09İynDigər 93 YAŞLI MÜHARİBƏ VETERANI üçün şərhlər bağlıdır
Faşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər RAYONUMUZUN UZUNÖMÜRLÜLƏRİ üçün şərhlər bağlıdır
DƏMİRÇİ HÜSEYN
DSMF Tərtər rayon şöbəsinin verdiyi məlumata görə qeydiyyatda 128 nəfər 90 yaşdan yuxarı sakinimiz var. Belə insanlardan birinin ailəsində oldum. 66 ildir ki, birgə ömür yaşamış Mustafayev Hüseyn Səlim oğlu və Mustafayeva Zərniyar Hüseyn qızı ilə görüşdüm.
Hüseyn Mustafayev 11 aprel 1926-cı ildə Ağdərə rayonunun Sırxavənd kəndində doğulub. Uşaqlığı şura hökumətinin vurhavur, tuthatut dövrünə təsadüf edib. O zamankı bütün ailələrdə olduğu kimi, Səlim kişi də ailəsini, uşaqlarını mal-heyvan saxlamaqla, əkin-biçinlə məşğul olmaqla dolandırıb. Böyük Vətən müharibəsi başlayanda Hüseynin 15 yaşı varıydı.
1951-ci ildə qonşu kənddə yaşayan Zərniyarla ailə həyatı qurdu. İş-gücün olmaması gənc ailənin ehtiyac-larının təmin olunmasında çətinliklər törədirdi. Odur ki, 1952-ci ildə Tərtər rayonuna köçürlər. Həmin ildən 1957-ci ilədək yerli sənaye kombinatında işə dəmirçi kimi başlayan Hüseyn o zamankı Mirbəşir rayonunun fərdi yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vuraraq ailəsinin dolanışığını təmin edirdi. 1957-ci ildən 1986-cı ilədək rayonun kommunal müəssisələri kombinatında armaturçu işləyib. Hüseynin əl qabiliyyəti hər kəsin diqqətini çəkirdi. Onu bütün tərtərlilər “Dəmirçi Hüseyn” kimi tanıyırdılar. O, həm də gözəl tar ifaçısı olub. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər “BALA HAMIYA BALADI, ALLAHIM” üçün şərhlər bağlıdır
Bu yaxınlarda “Azərbaycan” qəzetində sevimli şairimiz Fikrət Qocanın “Allahım, sahib çıx yaratdıqlarına” şeirini oxudum və çox təsirləndim. Şeirin əvvəlində şair yazıb: “Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir”.
Daha sonra Fikrət Qoca şeirin dili ilə cinayəti törədənlərə mədəni qarğışlar yağdırır. Sonda isə deyir: “Amma balasına dəymə, bala hamıya baladı, Allahım”. Bu, Azərbaycan xalqının mentalitetidir: Başqasının balasına nəinki fiziki əzab verməmək, heç fikirlərində də ona pislik arzulamamaq.
Çox təəssüf ki, bunun əksinə olaraq bizə erməni kimi qəddar bir düşmənlə qonşuluqda yaşamaq nəsib olub və əsrlər boyu balalarımız onların insanlığa sığmayan vəhşiliklərinin qurbanına çevrilirlər. Daha ətraflı »Teqlər: Digə
-
30MayDigər üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
30MayDigər 15 İYUN MİLLİ QURTULUŞ üçün şərhlər bağlıdır
TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların. Daha ətraflı »
-
30MayDigər LAÇININ İŞĞALINDAN 25 İL ÖTDÜ üçün şərhlər bağlıdır
Laçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.
Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.
Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
Ötən əsrin 70-ci illərində Laçında onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir. Daha ətraflı »Teqlər: Digər




Yeni ismarıclar