11Okt
VƏHŞİLİYİN SON HƏDDİ

Uşaqlar bu dünyanın ən pak, ən müqəddəs mələkləridir. Onlar hələ bu həyatda heç bir günah işləməyiblər. (Bəlkə də günahları bu sərsəm dünyaya gəlmələridir). Məsum körpələrə qıymaq, onları qanlarına qəltan eləmək vəhşiliyin son həddidir. Ermənilər bu qəddarlığa da əl atırlar. Onlar üçün öldürdükləri uşaqdır, böyükdür, fərqi yoxdur, taki azərbaycanlı olsun. Bu vəhşiliyə əl atan ermənilərin görən öz balaları, ata-anaları yoxdurmu? Onlar niyə fikirləşmirlər ki, bu gün elədikləri sabah öz başlarına gələ bilər? Tanrı heç nəyi əvəzsiz qoymur. Mən inanıram, ermənilərin Xocalıda törətdikləri ən qəddar vəhşiliyi, 613 nəfərin amansızcasına qətlə yetirilməsini ( bunların içində körpələr, ixtiyar qocalar, ağbirçək nənələr də çox idi) bəşər tarixinin ən qanlı cinayətlərindən biri kimi nə yer bağışlayacaq, nə göy və bu çanaq nə vaxtsa ermənilərin öz başında çatlayacaq. Daha ətraflı »
Teqlər: Digər
11Okt
“Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi baş redaktorun müavini Svetlana Bağırovanı həsrətlə gözlədiyi qız nəvəsinin dünyaya gəlişi münasibəti ilə təbrik edir, həm özünə həm də nəvəsinə cansağlığı və xoşbəxtlik arzulayır. Atalı, analı böyüsün!
Teqlər: Digər
29Sen

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.
Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsusündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət qətiyyət nümunəsi kimi dəyərləndirilməlidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Daha ətraflı »
Teqlər: Digər
29Sen
MƏRHƏMƏT HAKİM OLSUN BÜTÜN İNSANLIĞA!
Bu yazıya başlamaq istəyəndə, gözlərim önünə dünya xəritəsi gəldi. Bəli, bu gün qazan kimi qaynayıb daşan dünya–Əfqanıstan, İraq, Fələstin, Suriya, Türkiyə, Myanmar və dünyanın başqa ölkələri ilə yanaşı öz vətənim–Qarabağım qan içindədir. Müsəlmana yönəlmiş soyqırımlar səngimir. Bu ədalətsiz müharibələr, sayı-hesabı bilinməyən qətliamlar, dəhşət və işgəncə ilə öldürülən günahsız insanlar nədən dünyanın vicdanını sızlatmır, donmuş insanlığı əritmir? Sanki gözlər kor, qulaqlar kar olmuş. Baş vermiş və davam edən dəhşətlərə–köməksiz insan və məsum körpə qırğınlarına dünya laqeydcəsinə susur.
İnsan haqlarından ağızdolusu danışan Qərb bu gün diri-diri torpağa basdırılan, batan qayıqlardan cəsədləri dəniz sularına qərq olan körpələri məgər görmürmü? Düşünürəm ki, görəsən böyük şairin qorxduğu zamanmı gəldi?
“Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə”. Daha ətraflı »
Teqlər: Digər
29Sen
İş planımızda olan bu ağrılı mövzunun araşdırılmasına Tərtər Rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədovla söhbətimdən başladım. Öyrəndim ki, 2017-ci ilin 6 ayı ərzində rayonumuzda 158 nikah və 63 boşanma halı qeydə alınıb. Boşananlar nikaha girənlərin 25 faizdən çoxunu təşkil edir.
Bundan sonra Tərtər Rayon Məhkəməsinin təcrübəli işçisi, 20 illik əmək fəaliyyəti ərzində yüzlərlə ailənin dağılmasının şahidi olan İlqar Əfəndiyevə müraciət edib, boşanma hallarının əsas səbəbləri haqqında onun fikirlərini öyrəndim. İlqar müəllim dedi:
–Əvvəlki illərdə ailələr əsasən övladın olmaması, erkən nikah, məişət zorakılığı səbəblərindən dağılırdısa, indi bunların sayı azalıb. Buna ölkə üzrə aparılan maarifləndirmə tədbirlərinin də güclü təsiri var.
Ön plana isə nələr keçir? İlk növbədə maddi məsələlər. Bunun arxasında isə səbrsizlik, dözümsüzlük dayanır. Yəni gənc qadın yeni ailədə rastlaşdığı maddi çətinlikləri qəbul etmək istəmir. Daha ətraflı »
Teqlər: Digər
29Sen
Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir. Daha ətraflı »
Teqlər: Digər
29Sen
DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…
Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
Bu yolun xatası var,
Qanı var, qadası var,
İgidlər boyun əyməz,
Düşmənin bəlası var.
Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı. Daha ətraflı »
Teqlər: Digər
29Sen
(CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)

“İşsizliyin qarşısını alırıq”
–Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
–Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
–Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
“Onda universitet olardı ki!…”
Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
–Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
Deyəcəklər:
–Onda bura universitet olardı ki!… Daha ətraflı »
Teqlər: Digər
20Sen
Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
20Sen
MAMIRLIDA GÖRDÜKLƏRİMİZ

Rayonumuzun iri inzibati ərazi dairələrindən biri də Mamırlıdır. Bu dairə iki kəndi–Mamırlı və Poladlı kəndlərini əhatə edir. Kəndlərin fermerləri bu il 65 hektar sahədə buğda və 130 hektarda arpa becərmişdilər. Hər iki sahədə aqrotexniki tədbirlər vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığı üçün buğda zəmilərinin hər hektarında məhsuldarlıq 38 sentnerə, arpa sahələrində isə 39 sentnerə yüksəldi. Bu işdə fermerlər Cümşüd Məmmədov, Məhər Allahverdiyev, Namiq Məmmədov və Sərhəd Vəliyev daha çox əmək sərf etmişlər.
Mamırlı kənd İnzibati Ərazi Darirəsində təsərrüfat işlərinin gedişi ilə yaxından tanış olmaq üçün kənd icra nümayəndəsi Şikar Əliyev, Mamırlı Bələdiyyəsinin sədri Kamal Quliyev və icra nümayəndəsinin müavini Şahid Məmmədovla birlikdə pambıq, tarlalarına, çuğundur plantasiyalarına, yonca sahələrinə baxdıq. Günortanın istisi olmasına baxmayaraq, fermer Elbrus Salahov pambıq tarlasında idi. Burada pambıq kolları yaxşı inkişaf etmişdi. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar