Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Dek
    Digər Əlillər Günü üçün şərhlər bağlıdır

    CƏSUR DÖYÜŞÇÜNÜN ƏLİL GÜNLƏRİ

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b97-1Bölgəmizin sakinləri erməni faşizminin törətdiyi cinayətlərdən həmişə əziyyət çəkiblər. Gah yurd həsrəti, gah doğmaların itkisi, gah da döyüşlər zamanı aldıqları yaralar insanlarımızın ağrı-dərd yerinə çevrilib. Bəzi soydaşlarımız cəbhədəki müsbət dəyişiklikdən, uğurdan təsəlli-təskinlik tapır. Bəziləri isə hələ də həsrət içində qalıblar. Doğrudur, bu insanlara dövlət və rayon rəhbərliyi tərəfindən qayğı, diqqət göstərilir. Lakin vurulan zərbənin ağırlığı və ağrısından bunlarla kifayətlənmək mümkünsüz olur. Ona görə də belə dərdli insanlarımız ümidə bel bağlayaraq, inamla sonu və nəticəni gözləyirlər.
    Belə insanlardan biri–1963-cü ilin iyul ayının 19-da Dəmirçilər kəndində doğulmuş Sultanov İnqilab Həmid oğludur. Çox sadə bir ömür yolu var onun. Hələ o zamanlar ermənilərin aranı qatdığı vaxtlarda kəndin başqa sakinləri kimi o da narahat olurdu. Fikirləşirdi: “Axı erməniyə təslim olmaq bizlərə yaraşmaz” Ata-babalarımız xəyanətkar ermənini heç zaman bağışlamayıb. Kəndin cavanları söz birliyi yaradaraq 32 nəfəri bir yerə topladılar. Beləliklə kəndin düşməndən qorunması üçün özünümüdafiə dəstəsi yaradıldı. İnqilab da həmin dəstənin tərkibində oldu. O vaxt 47 saylı SMD-nin nəzdində olan SMD 58 adlanan tikinti təşkilatında çalışırdı. Gənc ailəsi vardı. Bir müddətdən sonra, 1992-ci ilin may ayının 2-də 703 saylı hərbi hissəyə daxil oldu. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Digər 10 İL ƏVVƏL MEHRİBAN XANIM ƏLİYEVA İSESKO-nun XOŞMƏRAMLI SƏFİRİ SEÇİLİB üçün şərhlər bağlıdır

    1468586416_mehriban_aliyeva_261012_14Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İSESKO-nun xoşməramlı səfiri seçilməsinin 10 ili tamam olmuşdur. Bu müddət ərzində Heydər Əliyev Fondu və İSESKO tərəfindən bir sıra birgə layihələr həyata keçirilmiş, əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Azərbaycan 1992-ci ildən İSESKO-nun üzvü olsa da, Mehriban xanım səfir seçilənədək, təşkilatla münasibətlərimiz o qədər də sıx olmayıb. Heydər Əliyev Fondu ilə İSESKO-nun keçirdiyi işlər eyni istiqamətli olduğu üçün, bu təşkilatlar arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
    Həyata keçirilən tədbirlər sırasında uşaqlara qayğı göstərilməsi başlıca yer tutur. İSESKO tərəfindən bu istiqamətdə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə daha çox diqqət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş dayanır. Sağlamlıq imkanı məhdud uşaqların problemlərinə həsr olunan müxtəlif tədbirlər, konfranslar keçirilir.
    Bu gün Mehriban xanım Əliyeva təkcə Azəbaycanda deyil, bütün dünyada xeyirxahlıq, humanizm simvolu kimi tanınır. İSESKO-dakı fəaliyyəti ona bu missiyanı daha geniş miqyasda həyata keçirməyə imkan yaradır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Noy
    Digər YAP-ın YARADILMASININ 24-cü İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    dsc_0043-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2yapTərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsi önünə tər gül
    dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi olduğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirib. Ramiz.Şabanov olduqca çətin bir şəraitdə yaranmış partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşmasının, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının böyük çətinliklərə sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq, öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Digər HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİKAH MƏRASİMLƏRİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-248-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1_he-merkezHeydər Əliyev Mərkəzi rayonumuzda 2012-ci il oktyabr ayından fəaliyyət göstərir. Burada Ümummilli Lider, əbədiyaşar insan Heydər Əliyevin ideyalarının təbliği, tədqiqi işi həyata keçirilir. Təşkil etdiyimiz “Dəyirmi masa” tədbirlərində dövlətə və dövlətçiliyə sədaqət, inam önə çəkilir. Vətən, vətənpərvərlik mövzuları geniş təbliğ edilir.
    Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması da fəaliyyətimizin tərkib hissəsidir. Bu müqəddəs ocaqda yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili də əbəs deyil.
    Ailə kiçik dövlətdir. Onun təməli nə qədər möhkəm olarsa, ömrü də o qədər uzun olar. Belə mərasimlərin Heydər Əliyev Mərkəzində keçirilməsi ənənə halını alıb.
    2016-cı il ərzində Mərkəzdə 3 nikah mərasimi təşkil edilmişdir.
    Gənclər buranı ziyarət etdikləri zaman dahi şəxsiyyətin mükəmməl ailə modelini, valideynlərinə və ailə üzvlərinə olan hörmət, ehtiramın mümunəsini görürlər.
    Beləcə yeni qurulacaq ailənin məsuliyyətini hiss edir, onun qorunub saxlanılması yolunda fədakar olacaqlarına söz verirlər. Sonrakı illərdə bu nikahların uğurlu olduğu özünü təsdiq edir.
    Rayonumuzun nikaha hazırlaşan gənclərinə müraciət edirik. “Uğurlu nikahların sayını artırmaq üçün nikah mərasimlərinizi Heydər Əliyev Mərkəzində gerçəkləşdirin.”

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Teqlər:

  • 28Noy
    Digər ÜMUMDÜNYA UŞAQ GÜNÜ üçün şərhlər bağlıdır

    img_5240-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cHər il noyabr ayında planetimizdə Ümumdünya Uşaq Günü qeyd edilir. 1954-cü ildə BMT-nin Baş Məclisi uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü qeyd etməyi bütün dünya ölkələrinə məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında 1433137063_fad1e162_201072301220konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən, hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Uşaq hüquqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması məsələləri Heydər Əliyev Fondunun da daim məşğul olduğu məsələdir. Bu istiqamətdə işlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görülür.
    Heydər Əliyev Fondu hesabına Tərtər rayonunda da bir neçə müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə şəhərin Nizami küçəsində inşa olunan yaraşıqlı, hər cür şəraiti olan körpələr evi-uşaq bağçası istifadəyə verilmək üzrədir. Bütün bunlar dövlətimizin öz kiçik vətəndaşlarına olan qayğısının təzahürüdür.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Noy
    Digər Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması üçün şərhlər bağlıdır

    “CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR”

    kivd1f1Qadınlara kişilərlə bərabər hüquqlar verilib

    Qədim zamanlardan Azərbaycanda qadına hörmətlə yanaşılıb. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.) deyib: “Cənnət anaların ayaqları altındadır”. Tomris, Sara xatun, Tutibikə kimi qadınlar öz əməlləri ilə tariximizin qızıl səhifələrini yazıblar.
    Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən seçkilərdə iştirak etmək hüququnun verilməsi olub.
    Hətta 70 il Sovetlər birliyinin tərkibində yaşayanda belə elmin, mədəniyyətin, digər sahələrin nümayəndələri olan Azərbaycan qadınları dərin zəkaları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə təkcə SSRİ məkanında deyil, bütün dünyada şöhrət qazanıblar.
    Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahə üzrə Azərbaycan hökuməti, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına,” 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya qoşulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Digər PAYIZIN NİSGİLLİ BİR GÜNÜ… üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-009Nisgilli bir payız günüydü… Hava elə yuxalmışdı ki, sanki göylər yağışa-yağmura dönüb, büsbütün yerə töküləcəkdi. Ətrafı duman da bürümüşdü. Elə bil dünyanın yuxalığını, göylərindən axan göz yaşlarını insanlardan gizlətmək istəyirdi ki, onun ağlamağını heç kəs görməsin. Bu göz yaşları ana təbiətin öz şair öğluna görə, bir az da elə təbiətin özünə bənzər təlatümlü bu narahat balası üçün tutduğu yasda göynəyə-göynəyə, sızıldaya-sızıldaya %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-013tökdüyü göz yaşlarıydı. Bələnmişdim dünyanın bu ağısına, təpədən-dırnağa dolmuşdum, bir himə bənd idim ki, gözlərimin yaşı yanağımdan sellənsin. Özümü hönkürməkdən zorla saxlayırdım. Kim deyir ki, kişilər ağlamamalıdır? Bu necə insafsız təkiddir?! Bəs onda mənim bugünkü günümdə olan kişilər belə məqamda nə etməlidirlər? İnfarktmı keçirməlidirlər?!
    …Ensiz, sürüşkən yollar payızın bu yağmurlu, nisgilli günündə bizi çılpaq dağların qoynunda yerləşən ucqar və qərib bir qəbiristanlığa aparırdı. O yerlərə birinci dəfə idi ki, gedirdim. Qəribə hisslər bürümüşdü məni. Kövrək duyğuların leysanında islanmışdım. Özümdən baş aça bilmirdim. Bizimlə həmdərd və həm-yoldaş olan qələm dostumuz, vəfalı bir insan Mahirə xanım İspiqızının bələdçiliyi ilə Gəncədən üzü Kəpəzə doğru yola başlamışdıq. Mahirə xanımın da təbiəti bu payızın havası kimi çox kövrəkdi və intizarla doluydu. Dindirmək mümkün deyildi, varlığı bir anda göz yaşına çevrilə, yanağı aşağı elə sellənərdi ki, adam özünü itirərdi. Düşünərdi: “İlahi, birdən bu xanım göz yaşına dönüb axar, tükənər!” Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Digər Veteranlarımız üçün şərhlər bağlıdır

    QÜRUR HİSSİ KEÇİRİR

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-1Torpaqlarımızın bütövlüyü uğrunda erməni quldurlarına qarşı vuruşub sağlamlığından keçən gənclərimizindən biri də Rafiq Fərhad oğlu Ağayevdir. Rafiq Ağayev 1966-cı ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Tərtər texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. 1984-86-cı illərdə Belorusiyanın Minsk şəhərində serjant rütbəsində xidməti borcunu yerinə yetirib. 1990-cı ildə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunub.
    Rafiqin ilk döyüş yolu Tərtərə ən yaxın olan Marquşevan kəndindən başlayıb. Oranın erməni quldurlarından təmizlənməsində digər polis əməkdaşları ilə birlikdə döyüşlərdə yaxından iştirak edib.
    O, Marquşevana ikinci həmlə zamanı baş nahiyyəsindən ağır yaralanıb. Bərdə və Bakı şəhərlərində 6 ay müalicə olunduqdan sonra 2-ci qrup əlil kimi xidmətdən azad edilib. Sonra ölkənin müxtəlif şəhərlərində müalicəsini davam etdirib. Qayıdandan sonra fərdi əməklə məşğul olur. Ailəlidir, iki övladı var. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşularkən başından aldığı ciddi yara onu 2-ci qrup əlil etsə də Marquşevanın erməni quldurlarından azad olunması onu daim sevindirir. Sevindirir, çünki vətən torpağının nəinki böyük bir kəndinin, eləcə də bir qarışının belə erməni dığalarından təmizlənməsi böyük şərəfdir. Buna görə də əlil olsa da, qoşulduğu mübarizədən daim qürur hissi keçirir.

    Mirzə Nəsir

    Teqlər:

  • 24Noy
    Digər Multikulturalizm Mərkəzinin daimi elmi seminarında mühüm məsələlər müzakirə olunub üçün şərhlər bağlıdır

    fotoseminar-2Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.

    Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq daimi elmi seminarın fəaliyyətini yüksək qiymətləndirib, seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.

    Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədri Etibar Nəcəfovun moderatoru olduğu, Akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb: “İclasın gündəliyində Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb”. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər 20 NOYABR FACİƏSİ üçün şərhlər bağlıdır

    1-a25 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
    Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
    İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Daha ətraflı »

    Teqlər: