Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    DOĞMA YURDUN HƏSRƏTİ

    Изображение 002aghdam-p1-01–Azərbaycan tarixinə qara hərflərlə yazılan günlərdən biri də 23 iyul 1993-cü il –Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür.
    Bu sözləri redaksiyada mənimlə üzbəüz söhbət edən Ağdam rayonu Şotlanlı kənd sakini Nəzərov Möhlət Salman oğlu dedi. O, 1966-cı ildə anadan olub. Möhlətgil ailədə 10 uşaq olublar –8 qardaş, 2 bacı. Möhlət ailənin böyük oğludur. Gəncə Kənd Tə-sərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsini bitirib. Ailəlidir, 3 oğlu var. Hər üçü də ali təhsil alıb.
    Möhlət Nəzərov hazırda Tərtər rayonunun Qızıloba kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi işləyir. Deyir ki, ermənilər kəndimizi və bizə qonşu olan İlxıçı, Güllücə, Papravənd kəndlərini tez-tez atəşə tuturdular. Məcbur qalaraq kənddən axşam saat 5 radələrində çıxıb, Ağdərənin Seysulan kəndinə gəldik. Orada 10-15 gün qaldıq. Ermənilər bu kəndi işğal edəndə, Tərtər rayonunun Qaraqoyunlu meşəsində “Aeroport” deyilən ərazidə məskunlaş-dıq. Atam Salman kişi elə: “Ağdam!”–deyə-deyə 2003-cü ildə dünyasını dəyişdi. Anam Qəndab indi də bizimlə yaşayır.
    Möhlət müəllim qəddini düzəldərək dərindən ah çəkib dedi:
    –Bizim indiki vəziyyətimizi vətən həsrəti ilə yaşayanlar, doğma elindən, obasından uzaq düşənlər, canından çox sevdiyin torpağı yağılar tapdağında qalanlar bilər. “Alınmaz qala”–deyərdilər Ağdama. Amma əfsuslar olsun ki…
    Həyatda itirdiklərim qazandıqlarımdan çoxdur. Amma hamısından betəri və nisgilli olanı işğal olunmuş Ağdamın itkisidir. Hər çətinliyə dözmək olar, amma vətənin yağı düşmən əsarətində qalmasına yox!…
    …Bütün bunlarla yanaşı yenə də ümidimizi itirmirik. Digər işğalda qalan rayonlarımız kimi Ağdamın da azad olunacağı gün uzaqda deyil! –dedi Möhlət müəllim.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.