18Avq
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən yanına mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyəti nisbi yaxşıdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıdan başlamış uşaq qətlləri 25 ildir ki, davam edir. Bu vəhşiliyin son təzahürlərindən biri Füzuli rayonunun Alxanlı kəndində bir az əvvəl öldürülən 1 yaş 6 aylıq körpə Zəhradır.
“Yeni Tərtər”
Teqlər: Digər
18Avq
QƏZETİN İLK REDAKTORU İLƏ MÜSAHİBƏ

–Tofiq müəllim, mən mətbuata təxminən sizinlə eyni vaxtda, yəni ötən əsrin 60-cı illərinin sonunda gəlmişəm. Yaxşı xatırlayıram, mən korrektor, siz isə yerli radio verilişlərinin təşkilatçı müxbiri işləyirdiniz. O dövrdə, bir rayonun radio verilişlərinin məktəb partası arxasından yenicə ayrılmış gəncə tapşırılması böyük məsuliyyət idi. Bu, necə mümkün olmuşdur?
–Bəli, razıyam ki, bu verilişlərin hazırlanması məsuliyyət tələb edirdi. Lakin o biri məsələlərə gəldikdə isə, təcrübəm olmasa da, bu sahəyə kifayət qədər marağım vardı. Orta məktəbi medalla bitirmişdim. Azərbaycan ədəbiyyatını gözəl bilirdim. Üstəlik özüm də yaradıcılıqla məşğul olurdum. Yəni şeir, hekayə yazırdım. Odur ki, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində həm müsahibədən müvəffəqiyyətlə keçdim, həm də verilən tapşırığı lazımi səviyyədə yerinə yetirdim. Ona görə də həmin vəzifədə işləmək üçün əmrim verildi, o zaman 17 yaşım vardı. Daha ətraflı »
Teqlər: Digər
18Avq
Baş redaktor Tofiq Yusif.“Yeni Tərtəri” öz övladı qədər sevir.Həm də “Yeni Tərtər”lə Tofiq Yusifi ən etibarlı dostlar hesab etmək olar. Qəzetin yaşaması üçün bəzən istəmədiyi adamlardan belə xahiş edir. Dizaynını heç kəsə etibar etmir.Əsəbi adamdır. Lakin bu, anidir, ötərgidir. Əslində hər bir əməkdaşı ürəkdən sevir, onlara böyük hörmət və qayğı bəsləyir. Vay o günə ki, kimsə kənar bir şəxs qəzetin hər hansı işçisi haqqında xoşagəlməz söz desin, onda bütün varlığıyla “üsyan”a qalxır.Hər bir işçinin dərdi-səriynən ayrıca maraqlanır, imkanı daxilində köməklik göstərir.İlk baxışdan sərt görünsə də, çox kövrək, həssas və səmimi bir şair ürəyi var.
Qələminə isə söz ola bilməz. Satirik yazıları dipçəkdə bitən bibər kimi zəhər-zəqqum, publisist yazıları isə maraqlı və oxunaqlıdır… Bunlara görə də qələmi ona böyük hörmət qazandırıb. Daha ətraflı »
Teqlər: Digər
18Avq
(Satirik qələmlə)
“Yalançı Allahın düşmənidir”, “Yalan, Allah yanında ən böyük günahlardan-dır”, “Yalançının evi yandı, heç kim inanmadı”, “Yalançı dəyirmandan başı unlu gəldi, inanmadılar”, “Yalançının vicdanı olmaz”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanla qurulan ev tez dağılar”, “Yalançını mənzilinə qədər qovarlar”…
* * *
Yalan haqqında bu hikmətli sözlər zamanın sınaqlarından keçib gələrək bu günümüzə çatıb və hər birində böyük bir ibrətamizlik var. Amma… İndiki zamanda kimdir ki, belə ağıllı kəlamlara əhəmiyyət verən?! Yalan olmasın, hamı yalan danışır. Ər arvadını aldadır, arvad ərini, qardaş bacını aldadır, bacı qardaşı, valideynlər övladlarını, övladlar valideynlərini, ailədə hamı bir-birinə yalan danışır. Cəmiyyətdə bir çox hallarda məmur vətəndaşa yalan danışır, vətəndaş məmura. Beləliklə aldatma vərdişləri get-gedə kütləvi hal almağa başlayıb. Daha ətraflı »
Teqlər: Digər
18Avq
QARABAĞA BÖYÜK QAYIDIŞ BU İL CƏBRAYILIN COCUQ MƏRCANLI KƏNDİNDƏN BAŞLADI

Avqustun 23-ündə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı iki rayonunun–Cəbrayıl və Füzulinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. İşğalın 24-cü ili Azərbaycan tarixinə həm də Böyük Qayıdışın başlanğıcı kimi düşdü. Məhz bu il–2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində böyük tikinti işlərinə başlanıldı və müasir tipli qəsəbə tikildi. Uzun illər doğma yerlərinə həsrət qalan ailələr bir-birinin ardınca kəndə qayıtmağa başladılar. Bu qayıdış hər kəsin qəlbində ümid çırağını daha da alovlandırdı. Çünki bu işğala, erməni özbaşınalığına artıq son qoyulmalıdır. Daha ətraflı »
Teqlər: Digər
10Avq
Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyillər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar – əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
10Avq
1813-1828-ci illərə qədər Azərbaycanın sahəsi: təxminən 410 min kv.km.
1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv. km.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan – sahəsi təxminən 130 min kv.km.
1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan Xanlığı – sahəsi 9 min kv.km.
Rusiya əsarəti altındakı Dərbənd xanlığı – sahəsi 7 min kv.km.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi – təxminən 114 min kv.km.
1920-ci ildə ADR-i işğal edən rus – Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri:
Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və gür cülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı – birlikdə sahəsi: təxminən 27,4 min kv, km. Daha ətraflı »
Teqlər: Digər
28İyl
Bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
28İyl
HUMANİZM PRİNSİPLƏRİNİN BƏRQƏRAR EDİLMƏSİNƏ TÖHFƏ VERƏN ÖLKƏ
Bugünkü dünyamız, indiki həyatımız ötən əsrlərdə olduğuna bənzəmir. Hər şey sürətlə dəyişməkdədir. Bəlkə də XXI əsrin bir günlük kəşfləri bəşəriyyəti ötən bir əsrdə olduğu qədər irəli aparır. Bəli, biz inkişaf edirik. Lakin insanlar nə qədər irəli getsələr də, sanki bəlalar, fəlakətlər bir o qədər də çoxalır. Dünyanı müharibələr, terror, digər xoşagəlməz hadisələr bürüməkdədir. Nədir bunun səbəbi və çıxış yolu nədədir?
Bu sual indi bütün ölkələri, o cümlədən Azərbaycanı düşündürməkdədir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dünyaya multikulturalizmin real həyatdan götürülmüş nümunələrini nümayiş etdirərək, çıxış yolunu ayrı-ayrı dinlərin, xalqların, konfessiyaların, etnosların birgə mehribançılıq və dinc şəraitdə yaşamasında olduğunu sübut edir. Yəni çıxış yolu insanlığın ən uca dəyərlərinin qorunub saxlanılmasında, humanizm prinsiplərinə əməl olunmasındadır. Daha ətraflı »
Teqlər: Digər
28İyl
TƏBRİKLƏR
TELEFONOQRAM
Hörmətli “Yeni Tərtər”çilər! Sizi Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibəti ilə səmimi təbrik edirəm!
Müstəqil Azərbaycanda mətbuata və mətbuat işçilərinə böyük önəm verilir. Mətbuat cəmiyyətimizi daim irəli aparan bir qüvvə hesab olunur.
Rayon icra hakimiyyəti aparatının yaxın köməkçisi olan “Yeni Tərtər” qəzeti də hazırda Tərtərdə həyata keçirilən uğurlu iqtisadi islahatların, quruculuq işlərinin, sosial layihələrin işıqlandırılmasında fəallıq göstərir.
Kollektivinizə çətin və şərəfli işində yeniyeni müvəffəqiyyətlər, hər birinizə cansağlığı arzulayıram.
Müstəqim Məmmədov,
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
TELEQRAM
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə.
Hörmətli Tofiq müəllim! Sizi və yaradıcı kollektivinizi 22 iyul – Azərbaycan milli mətbuatının yaranmasının 142 illiyi münasibətilə təbrik edir, sizə şərəfli peşənizdə, respublikamızın sosial-iqtisadi, mənəvi həyatının işıqlandırılmasında mətbuat işçilərinin rolunun daha da artırılmasında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun!
Raqub Məmmədov,
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar